Tənzimləyici İstiqraz

müflisləşmə riski altında olan şirkətin yenidən kapitallaşması zamanı, kreditorların qarşılıqlı razılığı əsasında, dövriyyədə olan istiqrazların əvəzlənməsi üçün buraxılan istiqraz.
Tənzimlənmənin Qeyri-Tarif Üsulu
Tərəflər
OBASTAN VİKİ
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Avtomatik tənzimləyici
Avtomatik tənzimləyici – texnoloji prosesin gedişini, yaxud aparat və qurğuların iş rejimini xarakterizə edən parametrləri avtomatik tənzimləyən qurğu və ya qurğular kompleksi. Prosesləri lazımi rejimdə saxlayan sadə quruluşlar (su saatlarındakı səviyyə tənzimləyicisi, fırlanma sürətini tənzimləyən rəqqaslar və s.) hələ qədim zamanlardan məlum idi. İ. İ. Polzunovun qazanda suyun səviyyəsini sabit saxlayan üzgəcli tənzimləyicisi (1765), C. Uattın buxar maşını valının fırlanmasını sabitləşdirmək üçün hazırladığı tənzimləyici (1784) sənayedə geniş tətbiq edilən ilk tənzimləyicilərdir. Avtomatik tənzimləyici həssas elementin (vericinin) köməyilə tənzimlənən kəmiyyəti, yaxud həyəcanlandırıcı təsiri ölçür, çevirici və ya hesablama qurğusu vasitəsilə obyektin tənzimlənən orqanına təsirlər hasil edir. Tənzimləyici təsir obyektin tənzimlənən (icra) orqanına birbaşa həssas elementdən (birbaşa təsirli tənzimləyici), ya da əvvəlcədən gücləndirildikdən sonra (dolayı təsirli tənzimləyici) verilə bilər. Avtomatik tənzimləyicinin tərkibində tənzimləmə prosesinin dayanıqlılığını və lazımi keyfiyyətini təmin edən kompensasiya qurğusu da ola bilər. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0. M. Horn, N. Dourdoumas: Regelungstechnik.
PİD tənzimləyici
Proporsional-inteqral-diferensial tənzimləyici (PİD tənzimləyici) — əks-əlaqəli idarəetmə dövrəsində istifadə olunan idarəedici qurğu. PİD tənzimləyici avtomatik idarəetmə sistemlərində idarəedici siqnalın formalaşması üçün lazımi dəqiqlik və keyfiyyətdə keçid prosesinin əldə edilməsi məqsədi ilə istifadə olunur. Bu tənzimləyici fasiləsiz olaraq tapşırıq siqnalı və prosesin ölçülmüş dəyişəni arasında fərq kimi e ( t ) {\displaystyle e(t)} xətanın qiymətini hesablayır və proporsional, inteqral, diferensial tənzimləmə qanunları əsasında sistemə düzəliş tətbiq olunur. Bu əsasən mühərriklərin və invertorların idarəedilməsində istifadə olunur.
Xarici istiqraz
İkivalyutalı istiqraz
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir; "Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil Чепурнова Н. М., Серёгин А. В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А. Н., Дмитриев Ю. А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т. В. Происхождение государства и права. Учеб.