TƏRLAN

I
сущ.
1. сокол:
1) хищная птица с сильным клювом и длинными острыми крыльями, парящая во время полёта
2) перен. о мужчине, юноше, отличающемся удалью, отвагой, красотой
3) в образных сравнениях: о смелых, храбрых азербайджанских лётчиках и управляемых ими самолётах. Uçun, tərlanlarım, öpürəm sizi (S. Vurğun) летите, соколы мои, целую я вас (С. Вургун)
2. перен. в образных сравнениях (о любимой)
II
прил. соколиный. Tərlan yuvası соколиное гнездо
TƏRKÖYNƏK
TƏRLƏDİCİ
OBASTAN VİKİ
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərəcov Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Tərlan (Komican)
Tərlan (fars. طرلان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 59 ailədə 62 nəfəri kişilər və 83 nəfəri qadınlar olmaqla cəmi 145 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Tərlan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Tərlan (Komican) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. Digər Tərlan (quş) — yırtıcı quş Tərlan (balet) — Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet.
Tərlan Amanaliyev
Tərlan Atakişiyev
Tərlan Eyniyev
Tərlan Fərzullayev
Tərlan Yaşar oğlu Fərzullayev (20 iyun 1979, Lənkəran) — Azərbaycan aktyoru. "Bacanaqlar" teleserialındakı roluna görə tanınır. "Qonşular", "Aramızda qalsın", "Üç Bacı", "Qız atası" kimi teleseriallarda çəkilmişdir. == Həyatı == Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Tərlan Fərəcov
Fərəcov Tərlan Hüseyn oğlu — texnika elmləri doktoru. == Həyatı == Fərəcov Tərlan Hüseyn oğlu Azərbaycan Respublikasının Puşkin rayonunda anadan olmuşdur. 1955-ci ildə "Neft yataqlarının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə "Gürganneft" trestində müxtəlif vəzifələrdə işləmişdir. 1958-1968-ci illərdə AzETNÇİ-da böyük mühəndis işləmişdir. 1963-cü ildə "Quyuların qazılması zamanı elastik-plastik süxurların mexaniki xassələrinin və səmərəli dağılmasının tədqiqi" mövzusunda namizədlik, 1968-ci ildə isə "Böyük dərinliklərdə qazıma zamanı dağ süxurlarının dayanıqlığı və dağıdılması proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1994-cü illərdə Fərəcov T.H. həmçinin AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında pedaqoji fəaliyyət göstərmiş, "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri olmuşdur. == Elmi fəaliyyəti == Fərəcov T.H. dağ süxurlarının dağılması mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının dağılması və deformasiyası məsələlərinin tədqiqi. Fərəcov T.H. 45 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.
Tərlan Fətullayev
Tərlan Göyçəli
Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü == Həyatı == Tərlan Göyçəlinin Göyçə aşıqları haqqında silsilə oçerkləri və bir çox tarixi, elmi və publisist əsərləri aşıq sənətinin öyrənilməsinə həsr olunmuşdur. == Kitabları == Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. 246 səh. Tərlan Göyçəli. "Ömrümün mənası dağlarda qaldı". Bakı.
Tərlan Gülüşov
Tərlan Kərimov
Tərlan Kərimov (14 sentyabr 1986, Sumqayıt) — Azərbaycanı təmsil edən samboçu və cüdoçu, sambo üzrə Avropa Çempionatlarının qalibi. == Karyerası == Tərlan Kərimov 2008-ci ildə Tbilisi şəhərində (Gürcüstan) sambo üzrə Avropa Çempionatının bürünc medalına sahib oldu. Bir il sonra, 2009-cu ildə isə Tərlan Kərimov Milan şəhərində (İtaliya) baş tutan sambo üzrə Avropa Çempionatının qalibi oldu. Sambo ilə paralel olaraq Tərlan Kərimov cüdo ilə də məşğul olurdu. 2008, 2009 və 2010-cu illərdə Tərlan Kərimov cüdo üzrə Azərbaycan Çempionatlarını qızıl medallarla başa vurdu. 2010-cu ildə Tərlan Kərimov həm də Avstriyanın Vyana şəhərində və Misirin Qahirə şəhərində baş tutan IJF World Cup seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. 2011-ci ildə Tərlan Kərimov yanvarda Azərbaycanda IJF World Masters beynəlxalq turnirini bürünc medalla başa vurdu. Daha sonra isə Tərlan Kərimov apreldə İstanbul şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Həmin ilin avqustunda Tərlan Kərimov həm də Paris şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Tərlan Kərimov 2012-ci ilin mayında Azərbaycanda IJF Qran-Pri beynəlxalq turnirində bürünc medala sahib oldu.
Tərlan Musayeva
Tərlan Musayeva (Musayeva Tərlan Həsən qızı; 22 yanvar 1955, Kələntərli, Bərdə rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezident təqaüdçüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü. == Həyat və fəaliyyəti == 22 yanvar 1955-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonu Kələntərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Tərlan Musayeva 1972-ci ildə Mirbəşir (indiki Tərtər) şəhəri 1 saylı orta məktəbini bitirmiş, həmin ildə Bərdə rayonunun 105 saylı kənd texniki peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə peşə məktəbini sürücü mexanik ixtisası üzrə bitirərək, Bərdə rayonu "Kommunizm" kolxozunda mexanizator kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində fərqləndiyinə görə dövlət tərəfindən "Qırmızı əmək bayrağı" ordeni, Xalqlar dostluğu ordenləri ilə təltif edilmiş, həmçinin Azərbaycan SSRİ və SSRİ Lenin komsomolu mükafatlarına layiq görülmüşdür. Eyni zamanda, Xalq nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını almışdır. Habelə, Paşa Angelina, Tursnoy Axundova və Sevil Qazıyeva adına mükafatlara və bir neçə fəxri fərmanlara layiq görülmüşdür. 1980-ci ildə kinorejissor Yalçın Əfəndiyev tərəfindən Tərlan Musayeva haqqında sənədli film çəkilmişdir. Tərlan Musayeva 23 yaşında SSRİ Ali Sovetinin (X–XI çağırış) ən gənc deputatı olmuşdur. 1995-ci ildə 56 saylı Bərdə rayon seçki dairəsindən majoritar qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Tərlan Məmmədov
Tərlan Həzarpaşa oğlu Məmmədov ( ) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Tərlan Məmmədov 2 may 1958-ci ildə Dəvəçi rayonunda anadan olub. Molekulyar biologiya, molekulyar biotexnologiya və biokimya elmi sahələrində fəaliyyət göstərən və mühüm elmi kəsflər və ixtiralar edən dünyanin aparıcı alimlərdən biridir. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra AMEA-da aspiranturaya daxil olub və Biokimya ixtisasi üzrə namizədlik və Molekulyar Biologiya ixtisasi üzrə Doktorluq disertasiyasi mudafiyə edib və sonra Professor dərəcəsini alib. 1998-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasinda çalismişdir. 1998-ci ildən hal hazira kimi dünyanın bir necə nüfuzlu elm və təhsil mərkəzlərində və Universitetlərində molekulyar biologiya və molekulyar biotexnologiya sahəsində tədqiqatlar aparir. 1998–2002-ci illərdə Yaponiyanın Tohoku Kənd Təsərrüfatı Elmi Mərkəzində, Kiyoto Universitetində və Kənd Təsərrüfatı Elmləri üzrə Yaponiya Beynəlxalq Tədqiqatlar Mərkəzində çalışmişmişdir. 2002–2009-cu illərdə ABŞ-in Nebraska–Linkoln Universitetinin Professor vəzifəsində fəaliyyət göstərmişdir. 2009–2014-cü illərdə ABŞ-da Molekulyar Biotexnologiya mərkəzində qrup rəhbəri kimi elm və molekulyar biotexnologiya sahəsində fəaliyyətimi davam etdirmişdir. 2014-cü ildə Türkiyənin Akdeniz Universitetinə dəvət olunmuş və hal hazirda Universitetin fəxri professor vəzifəsində çalışır.
Tərlan Novruzov
Novruzov Tarlan Cabbar oğlu — ədəbiyyatşünas, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1993), professor (1995). == Həyatı == Tərlan Novruzov 1947-ci il yanvarın 20-də Yardımlı rayonundakı Bürzümbül kəndində kolxozçu ailəsində doğulmuşdur. Yardımlı rayonundakı M.F.Axundov adına orta məktəbi bitirmişdir (1963). Sonra həmin rayonda birillik pedaqoji kursu bitirmişdir (1964). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsilini davam etdirmişdir (1965-1969). İnstitutun Azərbaycan dilçiliyi kafedrasında assistent, sonra müəllim vəzifəsində işləmişdir (1969-1974). Orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1974-1983), M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş müəllim olmuşdur (1984). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan, rus və xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim, dosent vəzifələrində çahşmışdır (1985-1993). Hazırda həmin kafedranın professorudur (1993-cü ildən). Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünas kimi elmi tədqiqatla məşğul olmuşdur.
Tərlan Novxanı
Tərlan Novxanı (16 oktyabr 1985, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni, aktyor, bəstəkar. == Həyatı == Cavadov Tərlan Xanlar oğlu 16 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən, 20 Yanvar qurbanı Rüstəm Əliyevin adını daşıyan 3 №-li tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin avtonəqliyyat fakültəsində, 2003-2008-ci illərdə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətini keçərək, baş əsgər rütbəsini alıb. == Şəxsi həyatı == Tərlan Novxanı 2005-ci ildə ailə həyatı qurub və iki övladı - bir oğlu və bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 14 yaşından meyxana oxumağa başlayıb. İlk ustadı - meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb.
Tərlan Poladov
Tərlan Mollaçı oğlu Poladov (d.8 iyun 1968, Azərbaycan, Bakı) — sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının "əməkdar məşqçisi". == Həyatı == 1968-ci il iyun ayının 8-də Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlib. 1986-cı ildə 53 nomrəli orta məktəbi bitirib. 1986–1993-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır. === Ailəsi === Evlidir, üç övladı var. == İdman fəaliyyəti == Cüdo və samboda beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ yığmasının tərkibində bir sıra yarışların qalibi və mükafatçısı olub. 1992-ci ilin iyun ayının əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərində sambo üzrə Avropa çempionu olmuşdur. (Zülfiyyə Hüseynova və Ceyhun Məmmədovla birgə) 1993-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində cüdo güləşindən idman növündən Avropa ikincisi olub. Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiridir.
Tərlan Qasımov
Tərlan Qasımov (5 may 1974, Ucar rayonu) — ictimai xadim, "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri, "Kaspi" qəzetinin və jurnalının Arxangelsk vilayətində təsisçisi. == Bioqrafiyası == Tərlan Qasımov 1974-cü il mayın 5-də Ucar rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Sosial-Siyasət Universitetinə daxil olmuşdur. 1997-ci ildən Rusiyanın Arxangelsk şəhərində yaşayır və işləyir. 2015-ci ildən "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri olmuşdur. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Arxangelsk bölgəsinin "Azərbaycan Diasporu" rəhbərliyi === Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun başçılığı ilə Arxangelsk vilayətinin nümayəndə heyəti 2016-cı ildə Arxangelsk vilayətinin "Azərbaycan diasporu" təşəbbüsü ilə Bakıda keçirilən VII Rusiya-Azərbaycan Regionlararası Forumunda rəsmi olaraq iştirak edib. Diaspor, həmçinin, mayın 1-də və 9-da Rusiya tətillərinin qeyd olunmasında fəal iştirak edib, burada Azərbaycan diasporunun nümayəndələri ölümsüz alayın hərəkətinə qatıldılar. Azərbaycan diasporu şəhərin gününə, milli birlik günü, onun mədəniyyətini və milli irsinin müxtəlifliyini layiqincə təqdim edən tədbirlərdə iştirak etdi. 2016-cı ildə Arxangelsk vilayətinin Hökumətinin dəstəyi ilə Arxangelsk vilayətindəki Azərbaycan mədəniyyətinin günləri açıqlanıb.
Tərlan Quliyev
Tərlan Şahmurad oğlu Quliyev ( ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan İnter Bakı PİK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Həmçinin bax == Tərlan Quliyev 19 aprel 1992-ci ildə Bakıda anadan olub. == Statistikası == === Klub === 21 May 2016 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Azərbaycan hesablamasının birinci siyahısındadır..
Tərlan Rzayev
Tərlan Əhmədov
Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu. == Bioqrafiya == Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb. 90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir. 2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır. 2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır.
Tərlan Əliyarbəyov
Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu – 15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor. == Həyatı == Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailədə anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927–1941-ci illərdə iki dəfə M. V. Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1914–1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, 205-ci Şamaxı piyada alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918–1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi.
Tərlan Rəsulov
Tərlan Aqşin oğlu Rəsulov (27 avqust 1968, Bakı) – Azərbaycan teatr rejissoru, Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının (dOM Teatrı) yaradıcısı və rəhbəri, spontan aktyorluq metodunun müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mədəniyyət Mərkəzinin müdiri, Aktyor və rejissor hazırlığı üzrə Eksperimental Teatr laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tərcüməçi, prodüser. Azərbaycan Respublikası Mədəniyyət nazirliyi yanında Ekspert Şurasının üzvü. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı. "MANIFEST XXL Teatr. Gələcəyə qayıdış"ın müəllifi. == Həyatı == Tərlan Rəsulov 27 avqust 1968-ci ildə Bakı şəhərində aktyor, vokalçı və pedaqoq Aqşin Rəsulov ailəsində anadan olub. Babası Dadaş Rəsulzadə Cənubi Azərbaycanda, Ərdəbil şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul imtahanlarından uğurla keçərək həyat təcrübəsi qazanmağa üstünlük verib. 1986–88-ci illərdə Sovet Ordusunda, Almaniyada Məhdud Sovet Kontingenti sıralarında xidmət edib.
Məmmədağa Tərlanov
Məmmədağa Əlibaba oğlu Tərlanov (16 mart 1918, Bakı – 9 dekabr 1988, Bakı) — Azərbaycan təsviri və tətbiqi sənətinin tədqiqatçısı, sənətşünas alim, professor, müəllim, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == 1918-ci il martın 16-da Bakıda dünyaya göz açmışdır. Əslən Bakının Novxanı kəndindən olan rəssam 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, 1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. Həmin ilin iyun ayında cəbhəyə yollanmışdır. 1945-ci ilin əvvəllərində cəbhədə ayağından ağır yara alan Məmmədağa əvvəlcə Moskvaya, müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1947–1951-ci illər olduqca ağır, gərgin zəhmət tələb edən dövr idi.
Tərlan Musayeva (film, 1980)
Tərlan Məmmədov (bioloq)
Tərlan Həzarpaşa oğlu Məmmədov ( ) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Tərlan Məmmədov 2 may 1958-ci ildə Dəvəçi rayonunda anadan olub. Molekulyar biologiya, molekulyar biotexnologiya və biokimya elmi sahələrində fəaliyyət göstərən və mühüm elmi kəsflər və ixtiralar edən dünyanin aparıcı alimlərdən biridir. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra AMEA-da aspiranturaya daxil olub və Biokimya ixtisasi üzrə namizədlik və Molekulyar Biologiya ixtisasi üzrə Doktorluq disertasiyasi mudafiyə edib və sonra Professor dərəcəsini alib. 1998-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasinda çalismişdir. 1998-ci ildən hal hazira kimi dünyanın bir necə nüfuzlu elm və təhsil mərkəzlərində və Universitetlərində molekulyar biologiya və molekulyar biotexnologiya sahəsində tədqiqatlar aparir. 1998–2002-ci illərdə Yaponiyanın Tohoku Kənd Təsərrüfatı Elmi Mərkəzində, Kiyoto Universitetində və Kənd Təsərrüfatı Elmləri üzrə Yaponiya Beynəlxalq Tədqiqatlar Mərkəzində çalışmişmişdir. 2002–2009-cu illərdə ABŞ-in Nebraska–Linkoln Universitetinin Professor vəzifəsində fəaliyyət göstərmişdir. 2009–2014-cü illərdə ABŞ-da Molekulyar Biotexnologiya mərkəzində qrup rəhbəri kimi elm və molekulyar biotexnologiya sahəsində fəaliyyətimi davam etdirmişdir. 2014-cü ildə Türkiyənin Akdeniz Universitetinə dəvət olunmuş və hal hazirda Universitetin fəxri professor vəzifəsində çalışır.
Tərlan Məmmədov (əsgər)
Tərlan Nur Yaşar
Tərlan Yaşar oğlu Fərzullayev (20 iyun 1979, Lənkəran) — Azərbaycan aktyoru. "Bacanaqlar" teleserialındakı roluna görə tanınır. "Qonşular", "Aramızda qalsın", "Üç Bacı", "Qız atası" kimi teleseriallarda çəkilmişdir. == Həyatı == Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Значение слова в других словарях