TƏZƏBİNƏ

прил. рах. цӀийиз бине кутунвай, цӀийиз хзан (кӀвал-югъ) туькӀуьрнавай, кӀвал эцигнавай, цӀийи чкада яшамиш жезвай.
TƏZƏBƏY
TƏZƏCƏ
OBASTAN VİKİ
Təzəbinə
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.

Digər lüğətlərdə