TAKSİ

[ing., fr. taxi] такси (физвай рехъ ва адан гьакъи гьисабун патал счётчик алай инсанар ва я ппар тухудай автомобиль); // таксидин (мес. шофёр); таксийрин.
TAKELAJÇI
TAKSİÇİ
OBASTAN VİKİ
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Taksi (dəqiqləşdirmə)
Taksi — müəyyən ödəniş haqqı qarşılığında müəyyən yerə getmək üçün sürücüsü olan avtomobildir.
Taksi (film)
Taksi — müəyyən ödəniş haqqı qarşılığında müəyyən yerə getmək üçün sürücüsü olan avtomobildir.
Taksi 2
Taksi 2, Gérard Krawczykin rejissoru olduğu 2000-ci il istehsalı Fransız komediya və aksiyon filmidir. Marsel şəhərindəki bir taksi sürücüsü Danielə həmin şəhərdə olan bir yapon nazirin sürücüsü olmaq və ona şəhəri göstərmək tapşırılır. Ancaq səyahət zamanı idarəolunmaz hadisələr onu bir yapon yakuza dəstəsinin arxasınca getmək üçün polislə əməkdaşlığa məcbur edir.
Taksi 3
Taksi 3, Gérard Krawczykin rejissoru olduğu 2003-cü ildə ekranlara çıxmış Fransız komediya və döyüş filmidir. Sylvester Stallone filmin qonağı olmuşdur. Daniel və Marsel polisinin şən bir qrupu başqa bir macəraya başlamaq üçün yığışır. Bu dəfə Şaxta baba geyimində gəzən Şaxta baba dəstəsi qovulur. Beləliklə, Emilie yenə də tamamilə dəyişdirilmiş Peugeot 406 ilə cinayətkarları ədalət mühakiməsinə çıxarmaq vəzifəsini Daniel üzərinə qoyur. Marseldən Tignesə, Cannebieredən xizək sürmə yamaclarına kimi onlar birlikdə hərəkət edirlər.
Taksi 4
Taksi 4 (T4xi olaraq da adlandırılır), Gérard Krawczykin rejissoru olduğu 2007-ci ildə istehsal olunmuş Fransız komediya filmidir. Ssenarisi Luc Bessona məxsus film, 2003-cü ildə buraxılmış Fransız döyüş/komediya filmi olan Taksi 3-ün davamıdır. Serianın digər filmlərində olduğu kimi Samy Naceri də "Daniel Morales" taksi sürücüsünü canlandırır, lakin bu dəfə maşını Peugeot 407-dir. Frédéric Diefenthal "Émilien Coutant-Kerbalec", Jean-Christophe Bouvet "General Bertineau" rolunu oynayır. Filmdə ayrıca Fransız futbolçu Djibril Cissé də rol alır, Bernard Farcy, Emma Sjöberg də filmdə iştirak edirlər. Komissar Gilbert adi bir otel təmizləyicisinin terrorçu olduğunu və məşhur futbolçu Cibril Sissenin qanunsuz bir mühacir olduğunu düşünmüşdür. Belçikalı bir cinayətkar Afrikaya göndərilmədən əvvəl 24 saat müddətində Marsel polisində nəzarətdə saxlanılır. Emilien o qədər sadəlövh bir polisdir ki, oğru bunu dərk edərək asanlıqla Emilieni günahsız bir insan olduğuna inandırır.
Taksi 5
"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub. Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir. Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.
Taksi sürücüsü
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Taksi (film, 1998)
Taksi (fr. Taxi) — kinokomediya, döyüş, macəra və detektiv janrlarını özündə ehtiva edən fransız filmidir. Dünya üzrə 200 mln dollar gəlir gətirməklə, Fransanın ən uğurlu filmlərindən biri hesab edilir. Çəkiliş studiyaları ARP, TF1 Films Productions, Le Studio Canal+, Cofimage 9, Studio Image 4, EuropaCorp (Aktyor) olmuşdur. Hadisələr Marseldə cərəyan edir. Filmdə Pizza kuryeri işindən çıxmış və taksi fəaliyyəti ilə məşğul olmağa başlayan gənc oğlan Danieldən bəhs edilir. Daniel və Emilyen bankları asanlıqda qarət edən "Mersedesdə (Mercedes-Benz E-klass— (W124) — model 500E. avtomobil 5 litrlik V8 tipli mühərriklə təchiz edilmişdir) gəzən" alman mütəşəkkil cinayət dəstəsini tutmağa çalışırlar. Nəhayət, Danielin sayəsində, bu, onlara nəsib olur.
Taksi (film, 2015)
Taksi (fars. تاکسی‎‎) — 2015-ci ildə ekranlara çıxmış dram janrında olan İran filmi. 65-ci Berlin Beynəlxalq Film Festivalında ən yüksək mükafat olan "Qızıl ayı" mükafatına layiq görülüb. "Taksi" 2010-cu ildə kino çəkilişlərinə rəsmi olaraq qadağa aldıqdan sonra Cəfər Pənahinin çəkdiyi sayca üçüncü filmidir. Film maşının qabağdakı cihaz lövhəsinə quraşdırılmış kamera vasitəsilə lentə alınıb. Rejissor bu üsuldan rəsmilərin diqqətini cəlb etməmək üçün istifadə edib. Filmdəki hadisələr Tehran küçələrində şütüyən taksidə baş verir. Taksinin sürücüsü rejissor Cəfər Pənahidir. Taksiyə minən sərnişinlər hərəsi öz həyatını danışır və bu ümumilikdə Tehrandakı abu havanı özündə göstərir. Rejissor onlarla söhbət zamanı İrandakı həyat tərzinin obrazını yaradır.
Taksi sürücüsü (film)
Taksi sürücüsü (ing. Taxi Driver) — 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş amerikan filmi. Ssenarisi Paul Schrader tərəfindən yazılmış və baş rollarda Robert De Niro və Codi Foster çəkilmişdir. Nyu-York şəhərində çəkilən film taksi sürücüsü və veteran Travis Bikl (De Niro) və onun gecələr şəhərdə işlədiyi zaman pisləşən psixi vəziyyətindən bəhs edir. Film 7 fevral 1976-cı ildə Columbia Pictures tərəfindən kinoteatrlarda nümayiş etdirilmiş və həmin ildə Kann Film Festivalının Palma budağı, o cümlədən 49-cu Akademiya Mükafatlarında ən yaxşı film, ən yaxşı aktyor (De Niro üçün) və ən yaxşı ikinci plan qadın rolu (Foster üçün) daxil olmaqla çoxsaylı mükafatlar almışdır.
Taksi 5 (film, 2018)
"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub. Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir. Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.
Taksi sürücüsü (film, 1976)
Taksi sürücüsü (ing. Taxi Driver) — 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş amerikan filmi. Ssenarisi Paul Schrader tərəfindən yazılmış və baş rollarda Robert De Niro və Codi Foster çəkilmişdir. Nyu-York şəhərində çəkilən film taksi sürücüsü və veteran Travis Bikl (De Niro) və onun gecələr şəhərdə işlədiyi zaman pisləşən psixi vəziyyətindən bəhs edir. Film 7 fevral 1976-cı ildə Columbia Pictures tərəfindən kinoteatrlarda nümayiş etdirilmiş və həmin ildə Kann Film Festivalının Palma budağı, o cümlədən 49-cu Akademiya Mükafatlarında ən yaxşı film, ən yaxşı aktyor (De Niro üçün) və ən yaxşı ikinci plan qadın rolu (Foster üçün) daxil olmaqla çoxsaylı mükafatlar almışdır.
Kanadada öldürülmüş taksi sürücülərinin siyahısı
Yandex.Taksi
Yandex.Taxi — Rusiya, MDB, Şərqi Avropa, Afrika və Yaxın Şərqdə sürücülük və qida texnologiyası sahəsində ixtisaslaşmış Rusiyanın İT şirkəti Yandex tərəfindən hazırlanmış və taksi sifarişinə xüsusi önəm verən bir tətbiqdir. Yandex.Taxi Rusiya, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Serbiya, İsrail, Fil Dişi Sahili, Finlandiya, Qana və Rumıniyanın 300-dən çox böyük şəhərində aktiv şəkildə fəaliyyət göstərir. Son beş ölkədə Yango adlı bir marka altında fəaliyyət göstərir. Xidmət yarandığı gündən bəri 36 milyondan çox insan tərəfindən istifadə edilmişdir. 2018-ci ilin sentyabr ayından sistemdə 700 mindən çox sürücü qeydiyyatdan keçib. Yandex.Taxi 2018-ci ilin dekabr ayından etibarən qida çatdırılması üçün Rusiyada Yandex Eats adı altında istifadəçilərə xidmət göstərir. Yandex.Taxi ilk dəfə 2011-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 11 taksi dayanacağı və 1000 sürücüsü ilə fəaliyyətə başladı. Xidmət ilk dəfə işə salındıqda Android və iOS telefonları üçün mobil tətbiq kimi təqdim edildi və vebsayt 28 iyun 2012-ci ildə istifadəyə verildi. 2012-ci ildən etibarən Yandex.Taxi özü tərəfindən edilən taksi zəngləri üçün komissiya almağa başladı. Tigran Khudaverdyan, Yandex.Taxi xidmətini 2014-cü ildə öz üzərinə götürdü.
2013 Taksim Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Taksidermiya
Taksidermiya (ing. Taxidermy) — heyvan cəsədlərinin görünüşünü itirməməsi üçün həyata keçirilən proses. Taksidermiya vasitəsilə heyvanların daxili orqanları çıxarılır və heyvanın qarın hissəsinə müxtəlif dərmanlar vurulur. Bu üsul ilə heyvanların görünüşünü 5 il müddətinə saxlamaq mümkündür. Taksidermiya tam olaraq mumiyalama sənəti sayılmır.
Taksidermiya (film, 2006)
"Taksidermiya" (ing. Taxidermia) — macar rejissoru Dyörd Palfinn qorxu filmi. 2006-cı ildə ekranlaşdırılmışdır. Film Layoş Parti Nadın hekayələri motivləri əsasında çəkilmişdi. Film Macarıstan-Avstriya-Fransanın birgə istehsalıdır. Filmdə 3 nəsil kişinin həyatı göstərilmişdi. Birinci hekayə İkinci Dünya Müharibəsində qırılmış taleyi olan leytenantdan başlayır. Sonra hekayə onun oğlu Kalmanla davam edir. Kalman Olimpiya oyunlarında iştirak edir, orada o gözəl Gizellanı görür və ona aşiq olur. Gizella hamilə olur və oğul doğur.
Taksim (İstanbul metropoliteni)
Taksim metrostansiyası (türk. Taksim metro istasyonu) — İstanbulun ən populyar meydanı olan Taksim meydanı altında yerləşən, M2 və F1 xəttlərində yerləşən stansiya. İstanbulun ən çox izdihamlı metro stansiyasıdır. Günün pik saatlarından asılı olaraq, anbardan boş nəqliyyat vasitələri Taksim stansiyasından 4.5 ilə 9 dəqiqəlik aralıqlarla gedirlər. Hər gün 394 reys qəbul edən stansiya günlük xəttdən istifadə edən 195 min sərnişinin böyük bir hissəsini qəbul edir. Taksim stansiyasının ikinci mərtəbəsində, yer səviyyəsindən 23.5 metr yüksəklikdə olan və dörd mərtəbədən ibarət olan Taksim-Kabataş funikulyor xətti üçün bir ötürmə stansiyası da yerləşir. Adı çəkilən marşrut üzrə metro xəttinin inşası üçün ilk konkret addım 7 mart 1992-ci il tarixində Garanti Koza-Enka-Doğuş müştərək müəssisələrinə xəttin inşası yolu ilə dövrün dəyərləri 757.882.080.574 TL tender yolu ilə həyata keçirilmişdir. İlk tender Taksim-4-cü Levent ərazisini əhatə edən xəttin Taksim-Şişli ətəyindən ibarət ilk üç stansiyanın inşası üçün tikilmişdir. Stansiyanın təməli 19 avqust 1992-ci ildə qoyuldu və 12 iyun 1994-cü ildə Şişli tunelinə bağlandı. Satın alınan nəqliyyat vasitələri ilk dəfə yüklənmiş, bütün xətt başa çatdıqdan sonra 11 yanvar 1999 tarixində, bundan sonra ilk sınaq 25 mart 1999-cu ildə həyata keçirildi.
Taksim Cümhuriyyət Abidəsi
Cümhuriyyət abidəsi — İstanbulda mövcud olan, Taksim meydanında yerləşən abidədir.
Taksim Gəzi Parkı
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır. Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü. Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir. Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi. 28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.
Taksim Meydanı
Taksim meydanı — İstanbulun Bəyoğlu səmtində yerləşən Taksim Meydanı İstanbul şəhərinin ən məşhur məkanlarından biridir. Restoranları, mağazaları, otelləri, əyləncə və mədəniyyət məkanları ilə İstanbulun ən böyük turizm mərkəzlərindən biridir. Cümhuriyyət dövründə meydana çevrilən Taksim meydanı bir çox siyasi və ictimai tədbirlərə də ev sahibliyi etdi. Meydandakı trafiki qismən yerə endirən Taksim Piyadalaşma Layihəsi 2013-cü ildə qismən tamamlandı. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 2020-ci ilin fevral ayında başlayan beynəlxalq dizayn yarışmasında İstanbulluların səsverməsi ilə birinci olacaq layihəyə görə Taksim Meydanının yenidən təşkil edilməsinə qərar verilmişdir. Taksimi bir istiqamət olaraq təyin etmək mümkün deyil. Onu daha çox meydan və onu əhatə edən tikililər toplusu kimi görmək daha düzgündür. Meydana çevrilməmişdən əvvəl köhnə evlər düzülmüş dar bir ərazi olan ərazi genişləndirilərək meydana çevrildikdən sonra zamanla indiki simasını aldı. Meydanın ortasındakı Cümhuriyyət Abidəsi milli günlərdə təkcə tədbir məkanı kimi istifadə edilmir, həm də İstiqlal küçəsi və ətraflarında vaxt keçirməyə gələnlərin görüş yeri kimi də xidmət edir. Taksim meydanının başlanğıcından Tünel meydanına qədər Nostalji tramvay hərəkət edir.
Taksin Çinnavat
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…], Sankanpxenq[d]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Taksibus
Taksibus (ing. taxibus) — taksi ilə avtobus arasında düşən nəqliyyat növü. İcarəyə götürülən bu nəqliyyat vasitələri adətən avtobuslardan kiçikdir və sərnişinləri cədvəli olmayan sabit və ya yarıstasionar marşrutla aparır, lakin bütün oturacaqlar dolduqdan sonra yola düşür. Onlar sərnişinlərini götürmək və ya endirmək üçün istənilən yerdə dayana bilərlər. Buna adətən inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Taksibus kimi istifadə edilən nəqliyyat vasitələri dörd yerlik avtomobillərdən mikroavtobuslara qədər dəyişir. Onlar tez-tez sahibi tərəfindən idarə olunur. Vikianbarda Taksibus ilə əlaqəli mediafayllar var.
Taksim məscidi
Taksim məscidi (türk. Taksim Camii) — İstanbulun Bəyoğlu səmti, Taksim meydanında yerləşən məscid. Taksim məscidinin memarları Şəfiq Birkiyə və Səlim Dalamandır. Məscidin tikintisinə 2017-ci il fevralın 9-da başlanılıb. Məscidin açılış mərasimi, 2021-ci il mayın 28-də Cümə namazından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak ilə gerçəkləşmişdi. Mərasimdən əvvəl Taksim meydanına gül suyu səpilmişdi. Taksim meydanında məscid tikilməsi fikri ilk dəfə 1968-ci ildə gündəmə gəlib və layihənin gerçəkləşdiriləcəyi ərazi 1977-ci ildən rayonlaşdırma planına əsasən məscid kimi müəyyən edilib. Lakin, 1983-cü ildə Dövlət Şurasının qəbul etdiyi qərara görə tikinti baş tutmadı. 1990-cı illərdə məscidin tikintisi yenidən gündəmə gətirildi. Məscid layihəsi məsələsi, 2011-ci ildə yenidən müzakirə mövzusu oldu.

Digər lüğətlərdə