tanrının verən (var) günü

bax Allahın verən (var) günü
Tanrı verəni, qurd yeməz.
tanrısına təpik atmaq
OBASTAN VİKİ
Tanrının Kilsəsi
Tanrının Kilsəsi və ya Ümumdünya Missiya Cəmiyyəti — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu sektanın davamçıları hesab edirlər ki, İsanın ruhu An Sanq-Honq adlı bir adamın vücuduna köçmüşdür, Jan Hil-Ca adlı qadın isə "Tanrının Anasıdır". Onlar bildirirlər ki, Yerdəki ailə sistemi səmavi ailə sisteminin əksi və kölgəsidir və Səmavi Ata (An), Səmavi Ana (Jan), həmçinin qardaş və bacıların (digər bəşəriyyət) mövcud olduğunu iddia edirlər. Tənqidçilərin fikrincə, bu kult ailələri məhv etmək üçün beyinlərə təsir göstərmək taktikasından istifadə edir. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Tanrının formulu
Tanrının formulu — portuqaliyalı jurnalist və yazıçı Joze Rodriges dos Santos tərəfindən yazılmış , 2006-cı ildə Portuqaliyada nəşr olunan dördüncü roman. 2006-cı ildə Portuqaliyada 100.000 tirajla ən çox satılan roman idi. Romanda Portuqaliyalı professor Tomas Noronhanın Albert Eynşteynin özünün hazırladığı düstur əsasında tanrının varlığının elmi sübutu axtarışından bəhs edilir. Macəra MKİ -nin iştirakı ilə İran , Tibet və Portuqaliyada baş verir . Kitabda son fizika nəzəriyyələrinə əsaslanan kainatın mənşəyi haqqında innovativ baxış təqdim olunur. 1951-ci ilin yazısıdır. Princeton, New Jersey şəhərinin kiçik bir küçəsində naməlum bir adam gizlənib, baş verən mənzərəni diqqətlə izləyir. Polisin müşayiət etdiyi kortej kiçik, diqqətəlayiq bir evdə dayanarkən, ağ saçlı bir qoca aparıcı avtomobildən tullanır. O, piyada zolağına gedərkən eyvandan təxminən eyni yaşda, həm də vəhşi ağ saçlı bir kişi enir və onu hərarətlə qarşılayır. Kölgələrdə gizlənən müşahidəçi MKİ-dir – həmkarları da yaxınlıqdadırlar, İsrailin yeni gələn baş naziri David Ben-Qurion və onun ev sahibi, məşhur alim Albert Eynşteyn arasında evin içərisində baş verən söhbəti qeyd edirlər.
Tanrının varlığı
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Tanrının iradəsi
Tanrının iradəsi və ya ilahi iradə — Yəhudi Bibliyasında, Əhdi-cədiddə və Quranda tapılan anlayış. Buna əsasən, tanrının iradəsi mövcud olan hər şeyin ilk səbəbidir. Akvinalı Fomaya görə, tanrı "ali xeyir"dir. "Teologiyanın cəmi" (sual 6, maddə 3) təsdiq edir ki, "tanrı özü təkcə mahiyyətcə xeyirdir". İsa Məsihdə iki təbiət var – insani və ilahi. Buna görə də Foma qeyd etmişdir ki, onda iki fərqli iradə mövcuddur: insan iradəsi və ilahi iradə.
Tanrının padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Tanrının yaraqları
Tanrının yaraqları (çin. 龍兄虎弟; ing. Armour of God) — Ceki Çanın 1986-cı ildə çəkdiyi komediya-döyüş filmi. Ceki (Ceki Çan) — macəra axtarıcısı, "Asiya şahini" ləqəbli xəzinə ovçusudur. O, Afrikadan qiymətli qılıncı qaçırır və onu Avropada hərraca qoyur. Yalnız beş predmeti saxlanılmış qılınc qədim Tanrının yaraqlarındandır. Əfsanəyə görə, Tanrının yaraqlarının məhv edilməsi Yer üzündə şər qüvvələrin hakimiyyətinə səbəb olacaqdır... Ceki Çan — Ceki Alan Tam — Alan Lola Forner — May Bannon Rosamund Kuan — Loreley Božidar Smiljanić — Kount Bannon Ken Boyle — Qrand Uizard Con Ladalski — Lama Robert O'Brien Boris Gregoric Kenni Bii Karina Lau Anthoni Çan Tanrının yaraqları filmi — azərbaycanca Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine YouTubedə Rəsmi treyler «Tanrının yaraqları» — Internet Movie Database saytında. « Tanrının yaraqları» (ing.) hkmdb.com saytında Tanrının yaraqları AllMovie saytında Tanrının yaraqları Rotten Tomatoes saytında (ing.) Charles, John. The Hong Kong Filmography , 1977-1997.
Tanrının Müqavimət Ordusu
Tanrının Müqavimət Ordusu (ing. Lord's Resistance Army - LRA) — həmçinin Tanrının Müqavimət Hərəkatı kimi də tanınan, bir militant qrup. Şimali Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir. Geniş insan hüquqları pozuntuları o cümlədən qətl, oğurlama, uşaq cinsi köləliyi, uşaqları hərbi əməliyyatlarda iştirak etməyə məcbur etməyə ittiham edilmişdir. Əvvəlcə onlar cənubi Uqandalı təcrid hiss edən etnik qruplarının hesabına Uqandanın mərkəzi hökumətinə qarşı bəzi Açolilər tərəfindən icra edilən böyük bir silahlı müqavimət hərəkatının nəticəsi və davamı idi. İdeoloji cəhətdən,qrup Açoli millətçiliyi, Afrika mistisizm və xristian fundamentalizminin qarışığıdır.
Tanrının dili (kitab)
Tanrının dili — Amerikalı bioloq Frensis Kollinsin bestseller kitabı. Adətən inancı qeyri-müəyyənlikdə, elmi də insanı maddi tərəfindən başqa, heç bir mənası olmayan həyatla məhdudlaşdırmaqda ittiham edirlər. Beləliklə, iki əks qütb kimi təqdim olunan elm və mənəviyyat arasında barışmaz "müharibə" yaranır. “Tanrının dili” kitabında elm və din arasındakı düşmənçiliyin yorğun stereotiplərini inkar edən Frensis Kollins oxucularını həm inancı, həm də rasionallığı əhatə edən biliyin vəhdətini tapmağa çağırır. Həm inanclı, həm aqnostik, həm də ateist üçün yazılmış bu kitab sübut edir ki, ağrı və əzabların ortasında qərar tapmış insan, məntiqi addımlardan yayınmadan iman gücünə istinad etməklə sıxıntılardan qurtula bilər. Kollinsin inanc yolundakı şübhələrlə mübarizədən bəhs edən şəxsi hekayəsi də xüsusi maraq doğurur. Bizi əhatə edən dünyaya baxışımızı formalaşdıracaq çoxsaylı yaradılış möcüzələri ilə tanış olmaq istəyirsinizsə, bu kitab mükəmməl seçimdir. Amerikanın tanınmış genetika alimi, fəlsəfə doktoru Frensis Kollins ˝Tanrının dili˝ əsərində bütün subyektiv yanaşmaları bir kənara qoyaraq ˝bir alim inanclı ola bilərmi?˝ və ya ˝inanclı insanın elmi qəbul etməsi etiqadı ilə ziddiyyət təşkil edirmi?˝ suallarına səmimiyyətlə cavab verməyə çalışır. ABŞ Milli Səhiyyə İnstitutlarının rəhbəri, Amerikanın iki ən yüksək təltifindən biri olan Prezident Azadlıq medalı, Templeton mükafatı da daxil olmaqla bir çox medal və mükafatların, fəxri adların sahibi, dəyərli elmi əsərlərin müəllifindən elm və inancın sazişi barəsində əsər, sözsüz ki, xüsusi çəkiyə sahibdir. Əsərin daha bir özəlliyi müəllifin uzun və keşməkeşli yollar qət etdikdən sonra bu kitabı qələmə almasıdır.
Tanrının sidr ağacları
Tanrının sidr ağacları (ərəb. أرز الربّ‎‎‎) — Livan sidr ağaclarının geniş meşələrinin son izlərindən biridir. Qədim zamanlarda Livan dağı üzərində salınmışdır.
Tanrının varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
İslamda Tanrının adları
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Tanrının oğlu (film)
Tanrının oğlu (ing. Son of God) — 2014-cü ildə, ABŞ-də epik bibliya dramı janrında istehsal olunmuş bədii filmdir. Film Mark Börnett və Roma Dauninin on saatlıq "Bibliya" mini-serialına əsaslanır. Film, serialın qısaldılmış versiyası kimi təqdim olunmaqla yanaşı, həmçinin serialda istifadə edilməmiş səhnələrin də istifadə ediləcəyi gözlənilir. Filmdə doğulmasından dirilməsinə kimi İsa Məsihin həyatı təsvir olunur. Dioqo Morqado — İsa Məsih Darvin Şou — Müqəddəs Pyotr Roma Douni — Məryəm Qreq Hiks — Ponti Pilat Sebastian Knapp — Həvari Yuhənna Amber Rouz Revah — Mariya Maqdalena Adrian Şiller — Kaiafa Andryu Bruk — Antonius Lui Delamere — Ponti Pilatın həyat yoldaşı Said Bey — Həvari Matfey Metyu Qravel — Həvari Foma Simon Kunz — Nicodemus Co Vredden — İuda İskariot Fraser Ayres — Barabbas Pol Mark Devis — Zealotlu Simon Co Koen — Müqəddəs İosif Leya Mimmak — Gənc Məryəm Rik Bekon — Herod Antipas Anas Şerin — Vifaniyalı Lazar Filmin "Bibliya" serialının qısa versiyası kimi təqdim ediləcəyi elan edilməklə yanaşı, serialın çəkilişləri zamanı lentə alınmış, lakin sonradan istifadə olunmamış şğsəhnələrin də bu filmdə istifadə ediləcəyi haqqında məlumat verilib. 28 fevral, 2014-cü ildə təqdim ediləcəyi gözlənilən filmin, PG-13 MPAA reytinqi ilə vizyona girəcəyi də təsdiqlənib.
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Azərbaycanda baş verən zəlzələlərin siyahısı
Bu siyahı Azərbaycanda baş verən zəlzələləri ehtiva edir.
Tanrının oğlu (film, 2014)
Tanrının oğlu (ing. Son of God) — 2014-cü ildə, ABŞ-də epik bibliya dramı janrında istehsal olunmuş bədii filmdir. Film Mark Börnett və Roma Dauninin on saatlıq "Bibliya" mini-serialına əsaslanır. Film, serialın qısaldılmış versiyası kimi təqdim olunmaqla yanaşı, həmçinin serialda istifadə edilməmiş səhnələrin də istifadə ediləcəyi gözlənilir. Filmdə doğulmasından dirilməsinə kimi İsa Məsihin həyatı təsvir olunur. Dioqo Morqado — İsa Məsih Darvin Şou — Müqəddəs Pyotr Roma Douni — Məryəm Qreq Hiks — Ponti Pilat Sebastian Knapp — Həvari Yuhənna Amber Rouz Revah — Mariya Maqdalena Adrian Şiller — Kaiafa Andryu Bruk — Antonius Lui Delamere — Ponti Pilatın həyat yoldaşı Said Bey — Həvari Matfey Metyu Qravel — Həvari Foma Simon Kunz — Nicodemus Co Vredden — İuda İskariot Fraser Ayres — Barabbas Pol Mark Devis — Zealotlu Simon Co Koen — Müqəddəs İosif Leya Mimmak — Gənc Məryəm Rik Bekon — Herod Antipas Anas Şerin — Vifaniyalı Lazar Filmin "Bibliya" serialının qısa versiyası kimi təqdim ediləcəyi elan edilməklə yanaşı, serialın çəkilişləri zamanı lentə alınmış, lakin sonradan istifadə olunmamış şğsəhnələrin də bu filmdə istifadə ediləcəyi haqqında məlumat verilib. 28 fevral, 2014-cü ildə təqdim ediləcəyi gözlənilən filmin, PG-13 MPAA reytinqi ilə vizyona girəcəyi də təsdiqlənib.
Tanrının yaraqları (film, 1986)
Tanrının yaraqları (çin. 龍兄虎弟; ing. Armour of God) — Ceki Çanın 1986-cı ildə çəkdiyi komediya-döyüş filmi. Ceki (Ceki Çan) — macəra axtarıcısı, "Asiya şahini" ləqəbli xəzinə ovçusudur. O, Afrikadan qiymətli qılıncı qaçırır və onu Avropada hərraca qoyur. Yalnız beş predmeti saxlanılmış qılınc qədim Tanrının yaraqlarındandır. Əfsanəyə görə, Tanrının yaraqlarının məhv edilməsi Yer üzündə şər qüvvələrin hakimiyyətinə səbəb olacaqdır... Ceki Çan — Ceki Alan Tam — Alan Lola Forner — May Bannon Rosamund Kuan — Loreley Božidar Smiljanić — Kount Bannon Ken Boyle — Qrand Uizard Con Ladalski — Lama Robert O'Brien Boris Gregoric Kenni Bii Karina Lau Anthoni Çan Tanrının yaraqları filmi — azərbaycanca Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine YouTubedə Rəsmi treyler «Tanrının yaraqları» — Internet Movie Database saytında. « Tanrının yaraqları» (ing.) hkmdb.com saytında Tanrının yaraqları AllMovie saytında Tanrının yaraqları Rotten Tomatoes saytında (ing.) Charles, John. The Hong Kong Filmography , 1977-1997.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == "Dənizçi Günü" peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində "Dənizçilər günü"nün qeyd olunması barədə qərar qəbul edilib.
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. == Haqqında == 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: == Müstəqillik illərində elm == Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır. Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar. Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır.
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. == Mənşəyi və tarixi == Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Həmrəylik günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla "Kanada Günü" adını aldı və daha millətçi bir quruluş qazandı.
Kəffarə günü
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. == Mənbə == Еврейская электронная энциклопедия. «Иом-Киппур».