Tante-Emma-Laden

der; -s, -¨ baqqal dükanı, baqqallıq
Tante
Tantieme
OBASTAN VİKİ
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Emma Becanyan
Emma Becanyan (erməni dilində: Էմմա Բեջանյան) — erməni müğənni. Eurovision 2011 mahnı müsabiqəsində Ermənistanı təmsil edən müğənni. 12 aprel 1984-cü ildə musiqiçi ailəsində anadan olmuşdur. Musiqi karyerasına 1993-cü ildə çıxmış ilk "Hayastan" adlı albomla başlamışdır. Musiqinin klipi də həmin il yayımlanmışdır. 2011-ci ildə Eurovision mahnı müsabiqəsində Ermənistanı təmsil edib. İlk albomu 2006-cı ildə yayımlanmışdır.
Emma Ekşteyn
Emma Ekşteyn (alm. Emma Eckstein‎; 1865–1924) — Avstriya sufrajisti, publisist. Ziqmund Freydin ilk və ən vacib pasineti kimi tanınır. 28 yanvar 1865-ci ildə Qaudensdorf şəhərində anadan olmuşdur. Liberal bir yəhudi ailəsində böyüyən Emma atası kimyaçı və ixtiraçı Albert Ekşteyn (1824-1881), anası Amaliya Ekşteyn (1836-1921) vəfatından sonra onların yaratdığı kağız fabrikini öz əlinə aldı. Emmanın beş bacısı və dörd qardaşı var idi. İki qardaşı uşaqlıqda ölmüşdür. Bacısı Tereza, qardaşları Qustav və Fridrix sonradan müxtəlif sahələrdə tanındılar. Ekşteyn ailəsi Freydlər ailəsi ilə dost idi. Onlar bəzi bayramları birlikdə keçirirdilər.
Emma Ferrer
Emma Ketlin Hepbern Ferrer (ing. Emma Kathleen Hepburn Ferrer; 1994, Morj[d], Vo kantonu) — Britaniya və İsveçrə modeli, rəssam və filantrop. 2014-cü ilin avqustunda "Harper's Bazaar" jurnalının üz qabığında şəkli çap olunmuş Florensiya İncəsənət Akademiyasının tələbəsi. Emma Ferrer 1994-cü ilin mayında İsveçrənin Morj şəhərində anadan olmuşdur. Həyatının 10 ilini Los-Ancelesdə, 10 ilini isə Florensiyada yaşamışdır. 2012-ci ildə Beynəlxalq Bakalavriat proqramı üzrə əsas qiymətləndirmədən uğurla keçərək, Florensiya Beynəlxalq Məktəbinin məzunu olmuşdur. 2016-cı ildə rəssamlıq üzrə Florensiya İncəsənət Akademiyasını bitirmişdir. Rəssamlıqda fəaliyyət istiqaməti insan bədəni və onun formasına əsaslanır. 2014-cü ildə Emma dəb sahəsində model kimi fəaliyyətə başlamışdır. 2014-cü ilin avqustunda üz qabığında Emma Ferrerin fotosu əks olunmuş "Harper's Bazaar" jurnalı işıq üzü gördü.
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
Emma Goldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Emma Hacıyeva
Emma Hacıyeva (rus. ́Эмма Гаджиева; 26 aprel 1989, Qızılyar, Dağıstan MSSR) — əvvəllər Rusiyanı, daha sonralar isə Azərbaycanı təmsil etmiş fiqurlu konkisürən. Fiqurlu konkisürmə üzrə idman ustası. 26 aprel 1989-cu ildə Qızılyar şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. 48 saylı Moskva şəhər Uşaq-Gənclər İdman Məktəbi və MOİK Bakı klublarında çıxış edib. 2005-ci ildə Azərbaycan çempionatının gümüş medalını qazanıb. 2008/2009 mövsümündə böyüklər arasında dünya və Avropa çempionatında iştirak edib. 2009-cu ilin sentyabr ayında Almaniyanın Oberstdorf şəhərində baş tutan və Vankuver Qış Olimpiya Oyunlarına seçmə xarakteri daşıyan "Nebelhorn Trophy" yarışında iştirak edib. 20 yaşında peşəkar karyerasını başa vurub.
Emma Knox
Emma Noks (2 mart 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Emma Noks, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Emma Noks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Emma Noks, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Emma Maki
Emma Maki (ing. Emma Mackey; 4 yanvar 1996, Le-Man[d]) — fransız-britaniyalı aktrisa. "Seks tərbiyəsi" teleserialında Meyv Uayli rolunu canlandırmaqla məşhurluq qazanıb. Emma Maki 4 yanvar 1996-cı ildə Fransanın Le-Man şəhərində anadan olub. Məktəb direktoru olan atası Filipp fransızdır, anası Reyçel isə britaniyalıdır. Maki Sablé-sür-Sart kommunasında böyüyüb. 2013-cü ildə Nantes Kollecində Yüksək Fəxri diplomla bakalavr dərəcəsini almışdı, daha sonra Lids Universitetində ingilis dili və ədəbiyyatını öyrənmək üçün İngiltərəyə köçdü. Təhsilini 2016-cı ildə bitirdi. Hal hazırda Londonda yaşayır.
Emma Makkey

Emma Marrone
Emma Marrone (25 may 1984, Florensiya) — İtaliyanın məşhur pop-rok müğənnisi. 25 may 1984-cü ildə İtaliyanın Florensiya şəhərində anadan olub. Emma 2010-cu ilin mart ayında İtaliyanın böyük talant şoularından olan "Amici di Maria De Filippi"-də qələbə qazanıb. 2012-ci il 18 Fevralda isə o, "Non è l'inferno" mahnısı ilə ənənəvi, məşhur "San Remo Musiqi Festivalı"-nda qalib gəlib. Emma Marrone La Mia Città mahnısı ilə 2014-cü ildə İtaliyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Emma Morano
Emma Morano (it. Emma Martina Luigia Morano) — Dünyanın ən uzunömürlü insanlarından biri. 2016-cı ilin 13 mayından, 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunmuşdur. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olmuş şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən sonra ən uzunömürlü avropalı olaraq tanınır. Emma Morano 1899-cu ilin 11 noyabr tarixində İtaliyanın Verbaniya şəhərində Covanni Morano və Matilda Breşiyananın ailəsində anadan olmuşdur. 8 övladın ən böyüyü olan Emma Moraonun 5 bacısı, 3 qardaşı vardı. Ailəsində anası, xalası və bacısı 90 yaşına qədər yaşamışdır. Bacısı Angela Morano 1908-ci ildə anadan olmuş və 2011-ci ildə 102 yaşında vəfat etmişdir. Ailə başçısı Covanni Moranonun işi səbəbindən ailə bir müddət sonra Ossola şəhərinə köçür.
Emma Məlikova
Emma Qələndər qızı Məlikova (30 yanvar 1949) — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014). Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Emma Noks
Emma Noks (2 mart 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Emma Noks, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Emma Noks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Emma Noks, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Emma Piriyeva
Emma Qələndər qızı Məlikova (30 yanvar 1949) — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014). Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Emma Qoldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Emma Qullstrand
Emma Roberts
Emma Roberts (10 fevral 1991, Raynbek[d], Nyu-York ştatı) — ABŞ aktrisası. Emma Roberts 10 fevral 1991-ci ildə Nyu-York ştatında yerləşən Raynbek qəsəbəsində anadan olub, atası aktyor Erik Roberts anası isə Kelli Kanninqemdir. Onun bibisi aktrisa Culiya Robertsdir.
Emma Shapplin
Emma Shapplin — Emma Shapplin əsil adı Marie-Ange Chapelain 19 may 1974 -cü ildə Parisin cənub rayonlarından birində anadan olmuşdur, Fransız saprano səsə malik xanım müğənnidir. Onun atası polis, anası isə katibə olmuşdur. Ailənin 3-cü uşağıdır. Uşaqlığının ilk illərində oğlan uşaqları kimi geyinməyi və davranmağı xoşlayırdı. Futbola və ağaclara çıxmaq kimi qız uşaqlarına xas olmayan xüsusiyyətləri var idi. Musiqi və müğənnilik ilk illərdə onun üçün uzaq kəlmələr idi. 14 yaşında onun həyatı bir dostunun onu öz musiqi müəllimi ilə tanış etməsilə dəyişmişdir. 70 yaşı olan bu müəllim dostu ilə Marie-Ange Chapelain-ə də musiqi dərsi verməyə başladı. Əvvəl-əvvəl bu dərslər ona darıxdırıcı gəlsə də, daha sonra onda musiqiyə bağlılıq yaranmağa başladı. Bütün boş vaxtlarında öz səsini məşq etdirən gənc sənətkar müəlliminin köməyilə yaxşı soprano səsə malik oldu.
Emma Syoberq
Emma Syoberq (isv. Sjöberg, 13 sentyabr 1968, Danderyud[d], Stokholm leni[d]) isveçli model və aktrisadır. İsveçin Stokholm şəhərində anadan olmuşdur. 175.5 sm boyunda mavi gözlü sarışındır.1994–2000-ci illərdə Ace of Base qrupunun yaradıcılarından biri olan Ulf Ekberqlə evli olmuşdur. Aktrisa karyerasına 1995-ci ildə və 4 Taksi filmində (1998–2007) çəkilməklə Fransanın populyar aktrisalarından birinə çevrilmişdir. Öz vətənində isə Emma daha çox teleaparıcı və model kimi tanınır. I 12 fevral 2003-cü ildə Hans Viklundla evlənmişdir və iki övladları var.
Emma Terner
Emma Luiza Terner və ya E L Terner — ingilis ornitoloq və qabaqcıl quş fotoqrafı idi. Terner vəhşi təbiət fotoqrafı Riçard Kearton ilə tanış olduqdan sonra 34 yaşında fotoqrafiya ilə məşğul olmağa başladı. O, 1901-ci ildə Kral Fotoqrafiya Cəmiyyətinə (KFC) qoşulmuş və 1904-cü ilə qədər öz foto slaydları ilə təsvir edilmiş çıxışlar etməyə başlamışdır. Terner 1908-ci ildə, 41 yaşında peşəkar mühazirəçi adını alır. Terner hər ilin müəyyən bir hissəsini Norfolkda keçirirdi. Onun 1911-ci ildə Norfolkda çəkdiyi yuva quran danquşunun şəkli növün 19-cu əsrin sonlarında müvafiq ərazidə nəsli kəsildikdən sonra yuva quran quş olaraq Birləşmiş Krallığa qayıtmasının ilk sübutu idi. Turner səkkiz kitab və çox sayda jurnal və jurnal məqaləsinin müəllifi olmuş və onun çəkdiyi Böyük maygülü fotosu onun KFC-nin Qızıl medalına layiq görülməsinə səbəb olmuşdur. Emma Luiza Terner 9 iyun 1867-ci ildə Kent ştatının Royal-Tanbric-Uells ştatının Lanqton-Qrin şəhərində Con və Emma Ternerin ailəsində anadan olub. O, Meri adlı bacısı və Con və Frenk adlı qardaşlarından sonra ailənin dördüncü və sonuncu övladı idi. Onun atası üç işçisi olan paltar satıcısı və baqqal idi.
Emma Uotson
Emma Uotson (tam adı; Emma Şarlotta Dyuyerre Uotson, ing. Emma Charlotte Duerre Watson; 15 aprel 1990[…], Le Mare[d], Paris) — Böyük Britaniya aktrisası. Emma Uotson 2001-ci ildən başlayaraq bütün səkkiz Harri Potter filminin hər birində Deniel Redkliff və Rupert Qrintlə yanaşı rol alaraq bu filmlər seriyasında yaratdığı Hermiona Qreyncer obrazı ilə məşhurlaşıb. Hermiona olaraq heyətə daxil olarkən onun doqquz yaşı var idi və daha əvvəl yalnız məktəb tamaşalarında oynamışdı. On il ərzində, Uotson dünya şöhrəti, mühüm təriflər və 10 milyon funtdan artıq pul qazanmışdı. 2007-ci ildə Uatson iki filmdə yer almışdır: "Balet ayyaqqabları" romanı əsasında çəkilən film və Despero adlı cizgi film. Balet Ayaqqabıları filmi 2007-ci ildə nümayiş etdirilmiş və 5,2 milyon tamaşaçı sayı toplamışdır. Dikamillo romanı əsasında çəkilmiş Despero cizgi filmi isə 2008-ci ildə ekranlara çıxmış və 70 milyon dollar gəlir əldə etmişdi. İlk modellik təcrübəsini isə 2009-cu ildə Burberrynin payız-qış mövsümündə etmişdir. 2011-ci ildən 2014-cü ilə kimi film çəkilişlərinə ara verib təhsilini davam etdirərək Braun Universiteti və Oksford universitetində təhsil almış və 2014-cü il may ayında Brown universitetini İngilis ədəbiyyatı ixtisası üzrə bitirmişdi.
Emma Viklund
Emma Syoberq (isv. Sjöberg, 13 sentyabr 1968, Danderyud[d], Stokholm leni[d]) isveçli model və aktrisadır. İsveçin Stokholm şəhərində anadan olmuşdur. 175.5 sm boyunda mavi gözlü sarışındır.1994–2000-ci illərdə Ace of Base qrupunun yaradıcılarından biri olan Ulf Ekberqlə evli olmuşdur. Aktrisa karyerasına 1995-ci ildə və 4 Taksi filmində (1998–2007) çəkilməklə Fransanın populyar aktrisalarından birinə çevrilmişdir. Öz vətənində isə Emma daha çox teleaparıcı və model kimi tanınır. I 12 fevral 2003-cü ildə Hans Viklundla evlənmişdir və iki övladları var.
Emma Watson
Emma Uotson (tam adı; Emma Şarlotta Dyuyerre Uotson, ing. Emma Charlotte Duerre Watson; 15 aprel 1990[…], Le Mare[d], Paris) — Böyük Britaniya aktrisası. Emma Uotson 2001-ci ildən başlayaraq bütün səkkiz Harri Potter filminin hər birində Deniel Redkliff və Rupert Qrintlə yanaşı rol alaraq bu filmlər seriyasında yaratdığı Hermiona Qreyncer obrazı ilə məşhurlaşıb. Hermiona olaraq heyətə daxil olarkən onun doqquz yaşı var idi və daha əvvəl yalnız məktəb tamaşalarında oynamışdı. On il ərzində, Uotson dünya şöhrəti, mühüm təriflər və 10 milyon funtdan artıq pul qazanmışdı. 2007-ci ildə Uatson iki filmdə yer almışdır: "Balet ayyaqqabları" romanı əsasında çəkilən film və Despero adlı cizgi film. Balet Ayaqqabıları filmi 2007-ci ildə nümayiş etdirilmiş və 5,2 milyon tamaşaçı sayı toplamışdır. Dikamillo romanı əsasında çəkilmiş Despero cizgi filmi isə 2008-ci ildə ekranlara çıxmış və 70 milyon dollar gəlir əldə etmişdi. İlk modellik təcrübəsini isə 2009-cu ildə Burberrynin payız-qış mövsümündə etmişdir. 2011-ci ildən 2014-cü ilə kimi film çəkilişlərinə ara verib təhsilini davam etdirərək Braun Universiteti və Oksford universitetində təhsil almış və 2014-cü il may ayında Brown universitetini İngilis ədəbiyyatı ixtisası üzrə bitirmişdi.
Emma Şapplin