tat
tatar
OBASTAN VİKİ
Tatami daşları
Tatami daşları (畳石, Tatami-ishi) – Yaponiyanın Okinava prefekturasının Kumecima şəhəri yaxınlığında yerləşən təbiət abidəsi. Kume adasının cənub-şərqindəki kiçik O adasının cənub sahilində, Kumecima Prefektural Təbiət Parkında yerləşir. Təbiət abidəsi bir-birindən nazik sərhədlərlə ayrılmış pentaqonal və heksaqonal qayalardan ibarətdir. Hər qayanın diametri 1–1,5 metrdir. Qayalar şimaldan cənuba 50 metr boyunca, qərbdən şərqə isə 250 metr uzunluğunda uzanır. Miosen dövründə andezitik lavanın soyuyaraq sütunvari yığılmasından əmələ gəlmişdir. Abidə tatami otaqlarına bənzədiyi üçün belə adlandırılıb. Bəzən isə tısbağa qınındakı kiçik sipərlərə bənzədilir. 1967-ci ildə Ryukyu hökuməti tərəfindən Milli Abidə kimi təsdiqlənmişdir. 1971-ci ildə imzalanan Okinava Reverziya Müqaviləsindən sonra Prefektural Mədəni Abidə statusu almışır.
Tatami (yapon zirehi)
Tatami (畳胴具足) və ya tatami gusoku (畳む, "Tatami" - "qatlamaq", "gusoku" - "zireh") — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh. Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi. == Quruluşu == Tatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir. Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir.Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir. Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər."Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami do və karuta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş, kitabın 91-ci səhifəsində tatami do karuta gane do və kikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatami zirehini göstərmişdir. == Növləri == === Karuta tatami zirehi === [[Karuta (yapon zirehi)|Karuta]] kiçik dördbucaqlı və kvadrat dəmir (bəzən dəri) lövhəciklərdir və arxadan parçaya tikilir. === Kikko tatami zirehi === [[Kikko (yapon zirehi)|Kikko]] kiçik altıbucaqlı dəmir və ya dəri lövhəciklərdir və arxadan parçaya tikilir. Adətən kusari ilə bir-birinə birləşir.