TEKTONİK RELYEF FORMALARI

1) yer qabığının hərəkəti nəticəsində əmələ gələn formalar; 2) tam geomorfoloji təzahürü olan yer qabığının deformasiyası nəticəsində yaranmış qırışıqlıqlar, qırılma və pozulmalardiapirlər /Trifonov, 1966/. Р–формы рельефа тектонические tectonic relief forms
TEKTONİK PULLU RELYEF
TEKTONİK RELYEFİN İNVERSİYASI
OBASTAN VİKİ
İlkin tektonik relyef
İlkin tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
İllik tektonik relyef
İllik tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
Eol relyef formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Fluvial relyef formaları
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Tektonik dağ
Yer qabığının deformasiyası nəticəsində əmələ gələn dağdır.
Tektonik göl
Çökəklikləri tektonik proseslər nəticəsində (qrabendə) əmələ gəlmiş göldür. Məsələn: Baykal, İssık-Kul, Tanqanika, Nyasa və s.
Tektonik plitələr
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Tektonik xəritələr
Tektonik xəritələr (rus. тектонические карты, ing. tectonic maps) — bütünlüklə yerin və yaxud ayrı-ayrı regionlar daxilində yer qabığının inkişaf mərhələlərini, quruluşunu, tektonik strukturların morfologiyasını, inkişaf tarixini, maqmatizm və tektonika ilə əlaqəsini əks etdirən xəritələr.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Tektonik silah
Tektonik silah - təbii geoloji proseslərə təsir göstərməklə müəyyən ərazidə süni şəkildə zəlzələlərə, vulkan püskürmələrinə və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir . “Tektonik silah” termini və onun sinonimi “seysmik silah” 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü A. V. Nikolaev tərəfindən tektonik enerjisindən istifadə edərək dağıdıcı zəlzələyə səbəb ola biləcək bir şey kimi təyin olundu. Eyni zamanda o qeyd edib ki, “zəlzələ törətməyi qarşınıza məqsəd qoymaq son dərəcə şübhəli bir işdir” . İkinci Dünya Müharibəsi zamanı Yeni Zelandiyada tektonik silahlar yaratmaq cəhdləri olmuşdu. Seal layihəsi okeanın dibinə çoxsaylı partlayıcı yüklər yerləşdirməklə sunami yaratmaq məqsədi daşıyırdı. Sunamidən düşmən hədəflərini məhv etmək üçün istifadə edilməli idi. Lakin layihənin uğursuzluğuna baxmayaraq, 1999-cu ildə ekspertlər belə bir silahın yaradılmasının mümkün olduğunu qeyd etdilər. İki gizli sovet proqramı "Vulkan" və "Merkuri-18" (NIR No 2M 08614PK) mövcuddur - "Zəif seysmik sahələrdən istifadə edərək zəlzələ mənbəyinə uzaqdan təsir metodu və partlayış enerjisinin ötürülməsi". Bu proqramlar İkram Kərimovun rəhbərlik etdiyi Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutu ilə əlaqələndirilirdi. İKP MK və SSRİ Nazirlər Sovetinin 30 noyabr 1979-cu il tarixli 1384-345 / SS məxfi qərarında onun komandasının “kimyəvi yükün partlaması enerjisinin ötürülməsində” uğurlu təcrübələri qeyd edilmişdir.
Dövlət formaları
Dövlət formaları — ərazi quruluşu, prinsipləri, dövlət orqanlarının formalaşması və qarşılıqlı fəaliyyət üsulları, habelə hakimiyyətin həyata keçirilməsi metodları, müəyyən bir dövlət siyasətinin həyata keçirilməsini təmin edən bir quruluş, dövlətin daxili quruluşunun müəyyən bir modelidir. Xarici xüsusiyyətlərin bu dəsti bir vəziyyəti digərindən fərqləndirməyə imkan verir. Dövlətçiliyin müxtəlif formaları, siyasi, iqtisadi, tarixi daxil olmaqla müxtəlif amillərin vəziyyətinə təsirindən qaynaqlanır. Aralarında əsas olanlar bunlardır: milli dövlətlərin inkişafının tarixi ənənələri; milli dövlətçiliyin formalaşmasının tarixi xüsusiyyətləri; dövlətdəki sosial qüvvələrin real tarazlığı; dövlət əhalisinin milli tərkibi; Xarici təcrübə; yaşayış standartları; keçmiş metropolların əvvəllər onlardan asılı olan ərazilərdə dövlət forması seçiminə təsir dərəcəsi; dünya birliyinin rolu Dövlətin forması bu və ya digər şəkildə dövlətin qarşısında duran vəzifələrdən və yerinə yetirdiyi funksiyaların xüsusiyyətindən asılıdır. == Dövlət formalarının elementləri == Dövlətin formalarının elementləri: İdarəetmə forması — dövlət hakimiyyətinin ən yüksək orqanlarının təşkilat sistemi, onların formalaşma qaydası, səriştəsi, bir-biri ilə və əhali ilə əlaqəsi (ən qədim element: Qədim Yunanıstanda alimlər tərəfindən seçilməyə başlandı); Dövlət quruluşunun forması — dövlətin ərazi təşkili sistemidir (XVII–XVIII əsrlərdən bəri fəal şəkildə öyrənilmişdir); Dövlət (siyasi) rejim — dövlət hakimiyyətini həyata keçirmə metodları (elm yalnız XX əsrin əvvəllərində diqqət çəkməyə başladı). == Dövlət formalarının tipologiyası == === Dövlətin monokratik forması === Dövlət hakimiyyətinin təşkili avtokratiya prinsipinə əsaslanır. Dövlət hakimiyyəti ya bir nəfərin (Oman Sultanlığındakı teokratik monarxın), ya da bir dövlət orqanının (BƏƏ federasiyasının yeddi hissəsinin Əmirlər Ali Şurası) ya da müəyyən bir növ dövlət orqanlarının əlində cəmləşir (Almaniyadakı nasist rejimi və İtaliyanın faşist rejimi, 1979-cu ilə qədər Uqandadakı İdi Amin rejimi). Belə bir dövlət gücü qapalı bir totalitar sistem ilə xarakterizə olunur, hakimiyyət maraqlı qrupların ona təzyiq göstərməsi üçün bağlıdır, xüsusən də bu cür cəhdlər ağır repressiyalarla qarşılaşa bilər. Dövlətdə ideoloji monizm, təkpartiyalı sistem mövcuddur və ya bir lider partiyanın əvəzolunmazlığı prinsipi qəbul edilmişdir. == Həmçinin bax == Siyasi rejim == İstinadlar == == Ədəbiyyat == Чиркин, В. Е. Государствоведение: Учебник / В. Е. Чиркин.
İşsizliyin Formaları
İşsizliyin aşağıdakı formaları var Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır. Struktur işsizlik. Bəzən şirkətlər yeni texnalogiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir. Dövrü (tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Akkumlyativ relyef
Akkumulyativ relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.