texnika-xidmət

texnika-xidmət, sahəsi
texnika
texnika-sənaye
OBASTAN VİKİ
Texnika
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Hərbi texnika
Hərbi texnika — hərbi əməliyyatların aparılması və təmin edilməsi, hərbi heyətin təlim edilməsi və verilən tapşırığı yerinə yetirilməsi üçün istifadə edilən texnika.
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Ox (texnika)
thumb|200px|Maşın hissəsi — ox Ox — maşın hissəsi olub yalınz eninə (əyilməyə işləyən) yüklənən hissələrin bir-biri ilə birləşdirilməsi üçün tətbiq edilir. Oxlar momenti ötürə bilmirlər, ancaq oxboyu qüvvəni nisbətən qəbul edə bilirlər. Oxlar tərpənməz və ya hərəkətli olurlar. Tərpənməz oxlarda fırlanan hissələr bərkidilir. Hərəkətli oxlarda isə əksinə olaraq hissələr sərt bağlanır.Burada çox vaxt ox hissəyə düşən yükü yastığa ötürmək üçün tətbiq edilir. Uc hissəsində başqa hissəyə bərkidilmək üçün yastı hissə nəzərdə tutulursa buna çapfa deyilir.
Qaynaq (texnika)
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur. Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər. Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Texnika (dəqiqləşdirmə)
Texnika – [yun. techne, technike – bacarıq, incəsənət, ustalıq]. Texnika termini aşağıdakı mənalarda istifadə oluna bilər: Texnika — ictimai istehsalatda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. Məsələn, elm və texnika, texnikanın inkişafı, elm və texnikanın nailiyyətləri, qabaqcıl texnika; Texnika — insanlara maddi nemətlər əldə etmək üçün ətraf mühitə təsir etməyə imkan verən və tarixən inkişafda olan istehsal alətlərinin toplumu; Texnika — cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissəsi; Texnika — maşınlar, mexanizmlər, cihazlar, alətlər toplumu; Texnika — müəyyən bir sahədə (incəsənətdə, idmanda və s.) tətbiq olunan üsullar toplumu; Texnika — istehsal proseslərinin yerinə yetirilməsi, həmçinin istehsalla əlaqədar olmayan tələblərin ödənilməsi üçün yaradılan vasitələr məcmusu; Texnika — istehsal-iqtisadi fəaliyyətin əmək məhsuldarlığının və məhsul keyfiyyətinin yüksəldilməsi, əməyin asanlaşması, əl əməyinin azaldılması, insanların məişət xidmətinin yaxşılaşdırılması, həyat tərzinin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş texniki vasitələr toplusu. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Texnika Bank
"Texnika Bank" — Azərbaycan Respublikasında özəl bank. == Tarixi == Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. ilk fəaliyyətə başladığı zaman "RəşadBank" adı ilə xidmət göstərib.Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. == Göstəriciləri == Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln. dollar məbləğində kredit almışdır.
Yastıq (texnika)
Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. Yastıqların əsas növləri: Yırğalanma yastıqları Sürtünmə yastıqları Hidrostatik yastıqlar Qazlı dinamik yastıqlar Maqnit yastıqlarıMaşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. ==== Yırğalanma yastıqları ==== Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar. Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Hərbi xidmət
Hərbi xidmət == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. == Meteoroloji müharibə == Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. == Türkiyədə gizli xidmət == Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Xidmət iqtisadiyyatı
Xidmətlərdə iqtisadiyyatı son iki iqtisadi hadisədən birinə və ya hər ikisinə aid edilə bilər: Sənayeləşmiş ölkələrdə xidmət sektorunun əhəmiyyətinin artması. Mövcud Fortune 500 siyahısında əvvəlki onilliklərə nisbətən daha çox xidmət şirkəti və daha az istehsalçı var. Məhsul təklifində xidmətin nisbi əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrdə xidmət iqtisadiyyatı əsasən maliyyə xidmətləri, qonaqpərvərlik, pərakəndə satış, səhiyyə, sosial xidmətlər, informasiya texnologiyaları və təhsildə cəmlənmişdir. Bu gün məhsullar əvvəlki onilliklərə nisbətən daha yüksək bir xidmət hissəsinə malikdir. İdarəetmə ədəbiyyatında buna məhsul servisləşdirmə və ya məhsul xidmət sistemi deyilir. Bu gün demək olar ki, hər məhsulun bir xidmət hissəsi var.Məhsul və xidmət arasındakı köhnə ikitirəlik, xidmət məhsulu davamı ilə əvəz edilmişdir. Bir çox məhsul xidmətə çevrilir. Məsələn, IBM öz işinə bir xidmət işi kimi baxır. Hələ də kompüter istehsal etməsinə baxmayaraq fiziki mallara "iş həlləri" sənayesinin kiçik bir hissəsi kimi baxır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Xidmət səviyyəsi
Xidmət səviyyəsi (ing. grade of service; rus. уровень обслуживания) — kütləvi telefon şəbəkəsi kimi kollektiv istifadəli rabitə şəbəkələrində trafikin emalının keyfiyyət göstərici. Xidmət səviyyəsi, istifadəçinin "bütün kanallar tutulub" siqnalını alma ehtimalının birə tamamlanma əmsalıdır. Məsələn, xidmətin səviyyəsinin 0.002 olması onu göstərir ki, normal şəraitdə bütün çağırışların 99.8 faizində bağlantı alınır. Grandstream avadanlığının bazası əsasında Çağrı Mərkəzi üçün standart həllər. IP telefoniya həlli daxildir. == Həllin məqsədi == Kütləvi zənglərin qəbulu üçün şəhər telefon şəbəkəsinə inteqrasiya olunmuş çoxxətli IP telefoniya sisteminin yaradılması.Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması. == Tələblərin siyahısı == Eyni zamanda daxil olan kütləvi zənglərin qəbulu və emalı üçün sistemin etibarlı fəaliyyətini təmin etmək. Çağrı Mərkəzində Kommunikasiyaların montaj xərclərini azaltmaq.
Bakı Texnika Komitəsi
Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan. == Yaradılması və faəliyyəti == Əsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu. == Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı.
Texnika elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Texnika elmləri namizədi
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. == Haqqında == Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.