Tiger 131
Tiger 131 Nasist Almaniyası ilə İkinci dünya müharibəsi zamanı Şimali Afrika kampaniyası zamanı Tunisdə Böyük Britaniya ordusuna məxsus 48-ci Tank Alayı tərəfindən ələ keçirilmişdir. Tank hal-hazırda Bovington tank muzeyində sərgilənir.
Müttəfiqlər tərəfindən Tiger adı ilə tanınan tanka almanlar Panzerkampfwagen VI, Tiger I (H1), Sd.Kfz 181 adı vermişdilər. Tankın qülləsi A. Wegmann tərəfindən istehsal edilərkən, gövdəsi də Kasseldə, Henschel şirkəti tərəfindən istehsal edilirdi. Tankın 250122 şassi nömrəsi ilə 1943-cü ilin yanvar və ya fevral aylarında istehsalı tamamlanmışdır. Tunisə 1943-cü ilin 12 mart-16 aprel tarixləri arasında göndərilmişdir. Tankın tank qülləsində yazılmış nömrəsi 131 olmuşdur. Şimali Afrika kampaniyası zamanı Tunisdə olan Vermaxtın 504 nömrəli Schwere Heerespanzerabteilung'un (Almaniya ağır tank taboru) əvvəlcə 1 nömrəli qolunun, sonra isə 3 nömrəli qolunun tərkibinə daxil edilmişdir.
Müttəfiq qüvvələrinin Tunis üzərinə önəmli hesab ediləcək bir hücuma başlayacağı xəbərini alan almanlar, 20/21 aprel gecəsində sürpriz bir hücuma başladılar.
Djebel Caffa adlı təpənin şimal yamacında olan bir keçiddə daxil olmaqla, dörd bir tərəfdən ingilislərin 48-ci tank alayının üzərinə hücuma keçdilər.