Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bars xaqan
Bars xaqan (v. 711) — VII əsrin ikinci yarısından 710/711-ci ilədək hakimiyyətdə olmuş Qırğız xaqanlığı hökmdarı. == Hakimiyyəti == Həyatının ilk dövrlərinə aid məlumat azdır. Əvvəllər bəy olsa da, sonra müstəqillik əldə etmiş və İltəriş xaqanın qızı ilə evlənib İnanc Alp Bilgə xaqan adını götürmüşdü. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710-711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. == Epiqrafik abidələr == Bəzi tədqiqatçılar Bars xaqanın əslində Manas olduğunu düşünür. Sergey Klyaştornı belə düşünür ki, Altın Göl yazıları Bars xaqanın iki ekiz övladı haqqındadır. == Müasir mədəniyyətdə == 2011-ci ildə Oş şəhərində heykəli ucaldılmışdır.
Ak Bars Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.
Bars tipli sualtı qayıq
"Bars" tipli sualtı qayıq — XX əvvəllərində Rusiya sualtı qayıqlarının seriyası. "Bars"lar Baltik dənizində Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi zamanı fəal iştirak etmişdir. Onların fəal xidməti 1930-cu illərə qədər davam etmişdir. Bu seriya o illərdəki bütün Rusiya sualtı layihələrinin əksəriyyətini təşkil edirdi. 24 qayıqdan 20-si tamamlanmış, 4-ü Birinci Dünya müharibəsində batmış, 3-ü sülh dövründə batmış, 4-ü Almaniya tərəfindən qənimət kimi götürülmüşdür. "Bars" sualtı qayıqların tikintisi üzrə professor və mütəxəssis İvan Bubnovun beşinci layihəsi olmuşdur. İlkin mərhələdə layihənin ilk variantı "Morj" tipi ilə eyni vaxtda hazırlanmışdır, ondan daha böyük yerdəyişmə, yanacaq tutumu və mühərrik gücü ilə fərqlənirdi. Bəzi mənbələrdə "Bars" tipi "II Morj seriyası", Nikolayevdə inşa edilmiş altı gəmi isə "Qu quşu" və ya "III Morj seriyası" kimi təsnif edilir. Vəsait çatışmazlığı səbəbindən belə gəmilərin tikintisinə başlanılmamışdı, 1912-ci ilin martında sifarişlərin olmaması səbəbindən İvan Bubnov Baltik gəmiqayırma zavodundan istefa vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. А. Ковалёв.
Artur Barseqyan
Barsakelmes
Barsakelmes (qaz. Барсакелмес) — Aral dənizində yerləşən keçmiş ada. İnzibati cəhətdən Qazaxıstanın Kızılorda vilayəti Aralsk yaronu ərazisinə daxildir. Türk dillərindən tərcümədə «getsə — gəlməz» anlamında işlədilir. Barsakelmes haqqında ilk coğrafi qeydləri 1848-ci ilin avqustunda A. Maksetev vermişdir. A. Akisev isə adanın toporafiyasını tərtib etmişdir. Taras Şevçenko yerli flora və fauna haqqında məlumat yermişdir. A jumping hörümçəyi adanın şərəfinə 1998-ci ildə Sitticus barsakelmes olaraq adlandırılmışdır. Aralsk şəhərindən 180 km cənub-qərbdə yerləşir. İllik yağıntının miqdarı 128 mm olmuşdur.
Barsbay
Əşrəf Seyfəddin Barsbay — 1422–1438-ci illərdə Misirin doqquzuncu Burci Məmlük sultanı. Çərkəz əsilli idi və ilk Burci sultanı Barququn keçmiş qulu idi. 16 illik hakimiyyəti Misirdə Məmlük dövrünün standartlarına nisbətən uzun bir hökmranlıq etdi. Onun hakimiyyəti nisbətən təhlükəsizlik və sabitliklə, az sayda müharibə və ya üsyanla qeyd edildi. Göründüyü kimi, eyni zamanda xəsislik və pis xasiyyətli olduğu qədər eyni zamanda kasıblara və sufilərə qarşı xeyirxahlığı olmuşdur. Məmlük dövlətində bir sıra inzibati islahatlara, o cümlədən sultanlığın hərbi cəhətdən möhkəmləndirilməsinə və Yəmən ilə Avropa arasında Qırmızı dəniz ticarətinə Misirin müstəsna hüquqlarının verilməsinə cavabdeh idi. Bu müddətdə Hind okeanı ticarət yollarını Ciddədən (Qahirəyə yaxın) yönləndirdi və şəkər və bibər üzərində bir dövlət inhisarını da tətbiq etdi. Qırmızı dənizdəki fəaliyyətləri, əvvəlki əsrdə tənəzzülə uğrayan mühüm bir liman olan Aidhabın 1426-cı ildə sonuncu dəfə süqutunu əhatə etdi. 1426–1427-ci illərdə Kipri ​​yenidən geri aldı, kralını ələ keçirdi və xərac verməyə məcbur etdi.1430-cu ildə Misirdə qıtlıq və vəba hökm sürdü. Barsbay dövrünün digər müsəlman hökmdarları ilə, yəni Benqal sultanı Cəlaləddin Məhəmməd şah ilə yaxşı əlaqələrə sahib idi.
Barsbek
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Barselona
Barselona — İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri. Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Barselona adı qədim yunan dilindən götürülmüşdür: "Βαρκινών", "Barcino", "Barcelo", "Barceno". İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır. Əməvi fəthləri zamanı bu şəhər Bərşəlunə (برشلونة) adı ilə tanınırdı. Orta əsrlərdə şəhər "Barchinona", "Barçalona", "Barchelona" və "Barchenona" adları ilə tanınmışdır. == Ümumi məlumat == Əhalisi 1,57 milyon (2005) nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası bizim eradan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək, şəhərə Barsina (Barsilo) adını veriblər. 713-cü ildə ərəblər, ardınca 801-ci ildə franklar bu şəhərə sahib çıxıblar.
Barselona FK
Barselona FK (isp. Fútbol Club Barcelona, kat. Futbol Club Barcelona) — Barselona şəhərini təmsil edən Kataloniya bölgəsindən olan ispan futbol klubu. 1899-cu ildə Joan Gamper başçılıqı ilə bir qrup İsveçrə, İngiltərə və Kataloniyadan olan futbolçularla birlikdə qurulan klub, Kataloniya mədəniyyətinin və katalanizmin simvoluna çevrildi, məhz buna görə klubun devizi Més que un club (Bir klubdan daha artıq) oldu. Dünyanın ən bahalı (4.08 milyard) və ən zəngin (840.8 milyon) birinci komandasıdır. Rəsmi Barselona himni Cant del Barça, Jaume Picas və Josep Maria Espinas tərəfindən yazılmışdır.Ölkə yarışlarında Barselona 26 La Liqa, 30 Kral Kuboku, 13 İspaniya Superkuboku və 2 İspaniya Liqa Kuboku, 3 Yeva Duarte Kuboku sahibidir. Ölkədaxili ən çox kubok qazanan komandadır (74). Həmçinin , Top 5 liqada ən çox rəsmi kubok sahibi olan komandadır (91). Beynəlxalq yarışlarda isə klub Barselona 5 UEFA Çempionlar Liqası, 5 UEFA Superkuboku, 4 UEFA Kuboklar Kuboku, 3 FİFA Klublararası Dünya Çempionatı qazanıb.Barselona dünyanın ən çox dəstəklənən komandalarından biridir və idman komandaları arasında dünyanın ən böyük sosial mediasına sahibdir. Bundan başqa Ronaldo, Romario və Ronaldinyo da daxil olmaqla FİFA-nın ilin ən yaxşı oyunçusu mükafatını rekord sayda 7 dəfə qazanıb, o cümlədən Qızıl top mükafatını 11 dəfə qazanıblar.
Barselona FK muzeyi
Barselona FK muzeyi 1984-cü il 24 sentyabrda prezidenti Yosep Luis Nunez tərəfindən açılmışdır. 2000-ci ildə onun sələfi Xoan Qaspart tərəfindən muzey Prezident Nunez muzeyi olaraq adlandırıldı. 2010-cu il 15 sentyabrda uzun müddətlik təmir işlərindən sonra muzey yenidən açılmışdır.Yenidən təmir olunduqdan sonra muzey 3 bölməyə ayrıldı ki, buraya 3D kino görünən və eşidilən ekrana toxunuşlu bölmə və "Barselona" klubunun tarixi barədə məlumat verən bölmə daxildir. Birinci bölməyə foto kolleksiyalar, sənədlər və kuboklar olan interaktiv şüşə divar daxildir ki, məhz bu ekrana toxunaraq sərgilənənlər barədə məlumatı oxumaq mümkündür. Şüşə divar lazer texnologiya ilə təchiz edilmişdir. İkinci bölmədə isə Salvador Dali, Xoan Miro və Antoni Tapiyes kimi yerli sənətkarların şəxsi incəsənət kolleksiyaları nümayiş etdirilir. Üçüncü bölmədə isə Futbolart Collection klubun sahib olduğu hər bir kubok və ya onun bənzərini nümayiş etdirir.Futbolart Collection-da nümayiş olunan predmetlərə 1992-ci ilin UEFA Çempionlar Liqasının finalında Ronald Kumanın fərqləndiyi butslar daxilidr ki, məhz "Sampdoriya"ya qarşı keçirilən matçın 111-ci dəqiqəsində fərqlənərək "Barselona"nın ilk avropa səviyyəli turnirdə qələbəsində pay sahibi olmuşdur.Muzey 3500 kv metr ərazini əhatə edir və il ərzində 1.2 milyon ziyarətçini qəbul edərək Barselona şəhərində Pikasso muzeyindən sonra ikinci ən çox ziyatəçi qəbul edən muzeydir.
Barselona FK məşqçilərinin siyahısı
Barselona FK prezidentlərinin siyahısı
"Barselona" Futbol Klubu — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərini təmsil edən, İspaniyanın ali futbol liqası olan La Liqada çıxış edən futbol klubu. 1899-cu ildə qurulandan bəri klubun 41 fərqli prezidenti olmuşdur. Klub üzvlərinə məxsus olan "Barselona" FK-da prezident məhdud məsuliyyətli cəmiyyətdə olan sistemə bənzər şəkildə səsvermə yolu ilə seçilir. Prezident klubun ümumi rəhbərliyi, o cümlədən oyunçular və heyət ilə rəsmi müqavilələr bağlamaq məsuliyyətini daşıyır. İspaniyada klub prezidentinin rəqib komandanın prezidenti ilə birlikdə əsas komanda matçlarını izləməsi adətə çevrilmiş bir haldır. == Tarixi == 22 oktyabr 1899-cu il tarixində İsveçrə idmançısı Joan Qamper "Los Deportes" (azərb. İdman‎) qəzetində şəhərdə bir futbol klubu yaratmaq istədiyini açıqlamışdır. Bu istəyə müsbət cavab verilmiş, 29 noyabrda "Sole" gimnaziyasında yığıncaq təşkil edilmişdir. Bu yığıncağa daha sonra klubun birinci prezidenti olmuş Uolter Uayld və klubun ikinci prezidenti olmuş Bartomeu Brutau Terradas da daxil olmaqla 11 nəfər qatılmışdır. Burada alınan qərar ilə "Barselona" FK yaradılmışdır.Joan Qamper 1908-ci ildə klubu məhv olmaqdan xilas etmək üçün ilk dəfə klub prezidenti olmuşdur.
Barselona Müasir İncəsənət Muzeyi
Barselona Müasir İncəsənət Muzeyi (kat. Museu d'Art Contemporani de Barcelona) — Kataloniyanın paytaxtında bədii muzey. == Tarixi == Kataloniyanın paytaxtı Barselonada Müasir İncəsənət Muzeyinin arxitektor Riçard Meyerin layihəsi əsasında tikilmiş binası 1995-ci il 28 noyabrda istifadəyə verilmişdir. Muzeyin kolleksiyasında XX əsrin ikinci yarısına aid incəsənət əsərləri, həmçinin müasir rəssamların əsərləri üstünlük təşkil edir. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir. == Ədəbiyyat == Meier, Richard. Richard Meier, Barcelona Museum of Contemporary Art. New York: Monacelli, 1997. Massot, Josep. "MACBA: Barcelona abre su museo mas contemporaneo." La Vanguardia Magazine, November 12, 1995, 34-51.
Barselona Universiteti
Barselona Universiteti (kat. Universitat de Barcelona, UB; isp. Universidad de Barcelona) — İspaniyanın Barselona şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 3 noyabr 1450-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. Koimbra qrupunun üzvüdür. == Kitabxanası == Kitabxana təxminən 2.000.000 kitaba malikdir və İspaniyanın ikinci ən böyük universitet kitabxanasıdır.
Barselona derbisi
Barselona derbisi (isp. El derbi barcelonés, kat. El derbi Barceloní) Barselona ve Espanyol arasında oynanılan maç.
Barselona metropoliteni
Barselona metropoliteni (isp. Metro de Barcelona) — Kataloniyanın mərkəzi Barselonada şəhərin və şəhər ətrafının sürətli ictimai nəqliyyatının əsasını təşkil edən metropoliten. 1924-cü ildə fəaliyyətə başlayan metro hal-hazırda ümumi uzunluğu 146 km olan 12 xətt üzrə 180 stansiyanı birləşdirir. Barselona metropoliteni 2 operator üzrə xidmət göstərir: TMB (kat. Transports Metropolitans de Barcelona) və FGC (kat. Ferrocarrils de la Generalitat de Catalunya — Kataloniyanın dövlət dəmiryolları) dəmiryolu şirkəti. Gediş haqqı 2,15 yevrodur (birdəfəlik bilet - komposterləndikdən sonra 1 saat 15 dəqiqə müddətində şəhərin bütün növ nəqliyyatında - avtobus, tramvay, funikluyor və d. istifadə edilə bilər. Bir neçə gediş üçün biletlərin alınmasında güzəştlər mövcuddur). 3 yaşından yuxarı uşaqlar üçün də böyüklər kimi biletə pul ödənilməlidir.
Barselona pavilyonu
Barselona pavilyonu və ya Alman pavilyonu (İspanca: Pavelló alemany; ispanca: Pabellón alemán) İspaniyanın Barselona şəhərində yerləşən bir sərgi binasıdır. Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmiş bu bina ilkin olaraq 1929-cu il Beynəlxalq Sərgisi üçün Alman Pavilyonu olaraq inşa edilmiş və sərginin Alman hissəsinin rəsmi açılışı üçün istifadə edilmişdir. Sadə forması və mərmər, qırmızı oniks və traverten kimi ekstravaqant materiallardan möhtəşəm istifadəsi ilə tanınan müasir memarlıq tarixində mühüm bir binadır. Minimalizm və möhtəşəmliyin eyni xüsusiyyətləri, ikonik Barselona stulu da daxil olmaqla bina üçün xüsusi olaraq hazırlanmış prestijli mebellər tətbiq edilmişdir. Pavilyon bir çox mühüm modernist binaya ilham vermişdir. Pavilyon 1980-ci illərdə yenidən qurulmuş və mövcud quruluşunu əldə etmişdir.
Barselona stulu
Barselona stulu, Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən hazırlanmış bir kreslodur. Stul 1929-cu ildə Barselonadakı Beynəlxalq Sərgidə Alman Pavilyonu üçün dizayn və istehsal edilmişdir. Kreslo ilk dəfə Mies tərəfindən Brnodakı xüsusi dizayn edilmiş Villa Tugendhatda istifadə edilmişdir.
Barselona vilayəti
== Ərazisi == Barselona vilayətinin ərazisi 7 728 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Barselona vilayəti ərazisinə görə 30-cu yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Barselona vilayətinin əhalisi 5 540 925 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Barselonnet
Barselonnet (fr. Barcelonnette [baʁ.sə.lɔ.ˈnɛt̪ ], oks. Barcilona de Provença) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qap şəhərindən 67 km şərqdə, dəniz səviyyəsindən bir kilometrdən çox yüksəklikdə Yubey çayı vadisində yerləşən şəhər, 1231-ci ildə IV Berenquer tərəfindən qədim Roma yaşayış yerində qurulmuş və əcdadlarının doğduğu yer Barselona adlandırılmışdır. 1388-ci ildə, şəhər Savoy və Provans sayğacları arasında mübahisənin mövzusuna çevrildi. Savoy Amadeus VIII sayı Provans Lui II-nin sayından şəhəri fəth etdi. XVI — XVII əsrin əvvəllərində şəhər demək olar ki, fasiləsiz Savoy Hersoqluğunun, Vigeria (inzibati məhkəməsi) əlində idi. 1588 və 1600-cü illərdə Barcelonet Fransız komandiri Ledigiere tərəfindən döyüşə alındı. 1628-ci ildə Barcelonet və ətrafı fransız komandiri Şalon tərəfindən darmadağın edildi.
Barselonnet (rayon)
Barselonnet (fr. Barcelonnette) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Provans Alpları. Prefektura — Barselonet. Rayonun əhalisi 2006-cı ildə 7,968 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8 nəf. / km². Rayon ərazisi — 1028 km².
Barsillər
Barsillər (qaraç.-balk. Bars El - Bars eli, Bars milleti, barsilli, barsille) — V əsrlə VIII əsr arasında yaşamış yarıköçəri Avrasiya tayfası olan bulqar boyu. == Tarixi == IV əsrin 50-60-cı illərində hunlarla Qərbə köçməyərək Qafqazda qalan bulqarlara burcalılar deyilirdi. Onlar da öz növbəsində barsillərə, savirlərə və barıncalara bölünürdülər. Bəzi müəlliflər bars sözünün qədim türk dillərində "qaplan" mənasını verdiyini qeyd edirlər. Onların masqutlar (massagetlər) tərəfindən Qafqaza köçürülmüş şumer döyüşçülərinin törəmələri olduqları güman olunur. Yaşadıqları ərazilər isə Bersiliya adlanırdı. Cənubi Qafqazdan başqa, həm də Şimali Qafqazda məskunlaşan barsillər Sulak çayı ilə Terek çayının mənsəbindən İdil (Volqa) çayına qədər uzanan ərazilərdə yaşayırdılar. Şimali Qafqazda yaşayan barsillərin ən böyük şəhərləri Bulker şəhəri idi. Barsil başbuğu Mixtar titulunu daşıyırdı.
Barsiyonnet
Barsiyonnet (fr. Barcillonnette, oks. Barciloneta de Vitròla) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Barsiyonnet kantonuna daxildir. INSEE kodu — 05013. İlk dəfə olaraq (Barcelonia) adı 1339-cu ildə rəsmi sənədlərdə qeyd edilmişdir. Barsiyonnet — qısadılmışı Barselonadır. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 126 nəfər təşkil edirdi.
Barsiyonnet (kanton)
Barsiyonnet (fr. Barcillonnette) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0504. Barsiyonnet kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Barsiyonnet kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2008-cı ildə əhalinin sayı 368 nəfər təşkil edirdi.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir.Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10-12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX-XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədi ilə də “şair” əvəzinə “bard” deyirlər. == Mənbə == «Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, Maarif, 1978, səhifə 20.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Barj
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Barıs
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Mars
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi.
Qars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
Anşan (Fars)
Anşan (şum. 𒀭𒍝𒀭), müasir Təll Malyan (fars. تل ملیان‎), qədim fars şəhəri. İranın cənub-qərbindəki Zaqros dağlarında, Şirazdan təxminən 46 kilometr (29 mil) şimalda və Fars ostanında Beyza/Ramcird düzənliyində Persepolisdən 43 kilometr (27 mil) qərbdə yerləşirdi. Onun yerləşdiyi yer Elam tədqiqatları üçün əlamətdardır. Bu, mövcud olan ən erkən şəhər dövlətlərindən biri və eramızdan əvvəl 4-cü minilliyin sonlarından Elamın ən erkən paytaxtlarından biri idi. Eramızdan əvvəl 7-ci əsrdə farsların hakimiyyəti altına düşdü və sonra Farsın ilk paytaxtlarından birinə çevrildi. Anşan haqqında məlum olanların əksəriyyəti Tall-e Malyanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim artefaktlar və erkən Elam mətnlərindəki keçidlər vasitəsilə aşkar edilmişdir. == Tarixi == Anşan dünyanın ən qədim məlum sivilizasiyalarından biri hesab olunur. Eramızdan əvvəl 4000-ci ildən eramızdan əvvəl 1000-ci ilə qədər ardıcıl olaraq işğal edilmiş və siyasi cəhətdən Suzıdakı elamlılarla, eləcə də mesopotamiyalıların hakimiyyəti altında olmuşdur.
Arpaçay (Qars)
Arpaçay — Türkiyədə qəsəbə. Türkiyənin Qars ilinin Arpaçay ilçəsinin inzibati mərkəzi.
Baas Partiyası
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm".İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir. Suriyada Mişel Əfləqə və onun yaxın silahdaşlarına 70-ci illərdə dövlət çevrilişi cəhdi ittihamı ilə qiyabi olaraq ölüm hökmü çıxarılır.
Bais (islam)
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri. "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.". Şübhəsiz yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir: (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir: "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
Baladeh (Fars)
Valashahr — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2015-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,972 nəfər və 856 ailədən ibarət idi.
Bara Din
Bara din — Bara Din, Pakistanda hər il dekabrın 25-də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində "Böyük gün" mənasını verir. Qeyd etmələr həm Pakistan, həm də Hindistanda yaşayan Milad qeyd etməyən qeyri-xristianlar üçün alternativdir.
Barb.Rodr.
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Barbara Barns
Barbara Enn Barns (ing. Barbara Ann Barnes) — 1995-ci ilin dekabrında, 13 yaşında qətlə yetirilən amerikalı məktəbli qız. İş bu günə kimi həll olunmamış qalır. Çoxları onun ölümünə görə əmisinin məsuliyyət daşıdığını güman etdi, lakin digərləri inanırdılar ki, cinayət ərazidə yerli biri tərəfindən törədilib. Jurnalist Ceyms Renner işin Tina Harmon, Krista Harrison, Debora Smit və Emi Mixaleviç cinayətləri ilə əlaqəli ola biləcəyi barədə nəzəriyyəsini yayımladı. == Məlumat == Barns məktəbdə yaxşı oxuyan, şirindilli bir qız kimi təsvir edilmişdir. O, səkkizinci sinifdə oxuyurdu və Harding orta məktəbinə gedirdi. Evi ilə məktəbi arasında məsafənin az olması səbəbindən o, məktəbə hər gün məktəb yoldaşları ilə gedirdi. Barnsın atası 1989-cu ildə güllələndi, hansı ki bu, onun şəxsiyyətinin dəyişməsinə səbəb oldu. == İtkin düşməsi və qətli == Bir sinif yoldaşı tərəfindən Barnsın 7 dekabr 1995-ci ildə qaçırıldığı zaman məmləkəti Ohayo ştatı, Styubenvill şəhərindən məktəbə getdiyi bildirildi.
Bari FK
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu. 1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir. == Tarixi == XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır. 1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70). 1974-cü ildə komanda C seriyasına qədər düşür.
Bass boğazı
Bass boğazı — Sakit okeanı Hind okeanı ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Tasmaniya adasından ayırır. Boğazın eni 240 km, orta dərinliyi isə 50 m təşkil edir. Boğazın əmələ gəlməsi 10,000 il bundan əvvələ təsadüf edir. Belə ki, Tasman adası materikin bir hissəsi olmuşdur. Suyun qalxması nəticəsində Tasman adası əmələ gəlmişdir. Adına gəldikdə isə onu ilk dəfə üzüb keçən Metyu Flinders tərəfindən gəmi həkimi Corc Bassın şərəfinə vermişdir (1798). 21 oktyabr 1978-ci ildə boğazın üzərindən uçan Federik Valentik səssiz-səmirsiz itkin düşmüşdür.
Bari Məhəmmədəli
Bari Məhəmmədəli (27 yanvar 1989 və ya 27 oktyabr 1989, Göktoğay[d], Sincan-Uyğur Muxtar Rayonu) — hazırda "Qingdao Huanqhay" komandasında oynayan yarımmüdafiəçi Uyğur-Çinli futbolçudur. == Klub karyerası == Bari Sincanda anadan olub. Hər iki valideyninin də yerli Mədən Bürosunda çalışdığına, cüzi maaşlarına baxmayaraq, oğulları üçün məşq etməsi və futbol dərslərini ödəməsi üçün kiçik bir futbol meydançası quraraq fəal şəkildə futbol inkişafına təşviq etdilər. Valideynlərinin təşviqi Barinin Sincan Kişi Futbol Komandası tərəfindən 2005-ci ildə Çin Milli Oyunlarında iştirak etmək üçün kəşf olunduğu Sincan Mahnı Kinqlinq Futbol Məktəbində oynamasına təkan verdi. Turnirdən sonra yerli Sincan futbol idarəsi 2006-cı il peşəkar Çin futbol liqalarında iştirak etmək qərarına gəldi və üçüncü sıradakı "Sincan Ticai" adlı bir komandaya daxil oldular. 2005-ci il Çin Milli Oyunlarına qatılan heyətdən istifadə etdilər. 2007 liqası mövsümündə Bari böyük komandaya yüksəldi və kluba dörddəbir finalda nokaut edildikləri bir yüksəliş pley-off mövqeyiylə kömək etdi. Növbəti mövsüm Sincan əvvəlki mövsümdəki nəticələrini inkişaf etdirə bilmədiyini və rəhbərliyin komandanı ləğv etmək qərarına gəldiyini bildikdən sonra 2009 Çin Milli Oyunlarına çata bilmədiyini müəyyənləşdirdi. Bari 2009-cu il Çin Milli Oyunlarında ilkin hazırlıq dövründə futbol məşqçisi Vu Cinqui tərəfindən kəşf edildi və üst səviyyəli klub olan "Hanqcu Qrintovn"-a baş məşqçi olaraq qatıldıqdan sonra Barini futbolçularından biri halına gətirdi. İlk oyununu 27 mart 2010-cu ildə "Şandonq Lunenq"-ə qarşı keçirdi və 4-2 məğlubiyyətlə bitən bir oyunda Fan Xiaodonqun əvəzinə meydana çıxdı.
Baris (Meşkinşəhr)
Baris (fars. باريس‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (33 ailə).
Baxş
Bəxş (və ya Baxş) (fars. بخش‎) — İran şəhristanlarında inzibati ərazi vahidi. Hər bəxşa bir neçə dehistan daxil olur. Bəxşə rəhbərlik edən şəxsə bəxşdar deyilir.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — Daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.