TİKANBAŞLILAR

сущ. зоол. колючеголовые, скребни (черви, паразитирующие в зрелом состоянии в кишечнике позвоночных животных)
TİKANBALIQŞƏKİLLİLƏR
TİKANCIQ
OBASTAN VİKİ
Tikanbaşlılar
Tikanbaşlılar (lat. Acanthocephala) — heyvanlar aləminə aid heyvan tipi. Yetkinlik məhələsində onurğalıların bağırsaqlarında, sürfələri onurğasız su heyvanlarının bədən boşluğunda yaşayır. 750 növü təsnif olunub. Tikanbaşlılar bir çox əlamətlərinə-silindrik bədən formasına, kutikula və hipodermanın quruluşuna, ilk bədən boşluğuna, bədəni təşkil edən azsaylı hüceyrələrinə görə dəyirmi qurdlara oxşardırlar. Eyni zamanda tikanbaşlılarda protonefridial tipli ifrazt sistemi, dəri-əzələ kisəsinin quruluşu, bağırsağın ixtisar olunması, lentşəkilli qurdların skoleksində olduğu kimi, başcığında qarmaqcıqlarla təchiz olunmuş sorucu xortumu, sürfələrinin sistiserkə oxşarlığı və s. onları yastı qurdlara yaxınlaşdırır. Tikanbaşlıların en kəsiyi dəyirmi formada olub, müxtəlif ölçülü bədənə malikdirlər. Bədənləri xaricdən buğumlu olsa da, metamerlik müşahidə olunmur. Parazitin bədəninin ön hissəsində xortum yerləşir.

Digər lüğətlərdə