Tod

der; -(e)s, -e ölüm, vəfat; əcəl; j-n zum ~e verurteilen bir kəsi ölümə məhkum etmək; sich zu ~e langweilen çox darıxmaq;e-s natürlichen ~es sterben əcəli gəlmək, öz əcəli ilə ölmək; dem ~e nahe sein bir ayağı qəbirdə olmaq; Kampf auf Leben und ~ ölüm-dirim dava-sı; zu ~e erschrocken bərk qorxmuş; unerwarteter ~ əcəlmayallaq, əcəlmü-əlləq
Tochtergesellschaft
todbringend
OBASTAN VİKİ
Robert Tod Linkoln
Robert Tod Linkoln (ing. Robert Todd Lincoln 1 avqust 1843[…], Sprinqfild – 26 iyul 1926[…]) — Amerikalı hüquqşünas, iş adamı və siyasətçi. XVI ABŞ prezidenti Avraam Linkolnun oğlu. 1897-ci ildə Pulman şirkətinin prezidenti seçilmişdir.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.
Dmitri Todoroqlo
Dmitri Todoroqlo (25 noyabr 1944, Kiriyet Qaqauziya) — Moldova Respublikasından olan və Vasilinin rəhbərlik etdiyi ilk hökumətdə Baş nazir Köməkçisi, Kənd Təsərrüfatı və Qida Sənayesi Naziri vəzifələrində çalışmış siyasətçidir. Dmitri Todoroqlo 25 Noyabr 1944-cü ildə Qaqauziyanın (Moldova Respublikası) Kiriyet kəndində anadan olub. O, Kişinyovda Kənd Təsərrüfatı İnstitutunu alim aqronom ixtisası üzrə təhsil almışdır. İnstitutu bitirdikdən sonra, 1969-1978-ci illər arasında Dubasari mahalında baş iqtisadçı, kolxozun vitse-prezidenti vəzifələrində çalışmışdır. 1978-ci ildən Rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri və Dubasari Rayon İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifələrini icra etmişdir. 1985-1986-cı illər arasında Todoroqlo Moldova Kommunist Partiyası Karinari rayon komitəsinin ikinci katibi kimi fəaliyyət göstərmişdir. Daha sonra 1986-1990-cı illər arasında Karinari Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. 1990-1995-ci illər arasında Dmitri Todoroqlo Moldova SSRİ Ali Sovetinin rəhbəri və Moldova Respublikası Parlamenti aparatında məsləhətçi vəzifəsini icra etmişdir. 1995-ci ildən bəri, katibə, vitse-prezident, Kənd Təsərrüfatı Komissiyasının sədri vəzifələrini icra etdiyi Moldova Respublikası Parlamentinə (Moldova Respublikası Kommunistlər Partiyası siyahısında) millət vəkili seçilmişdir. 19 aprel 2001-ci il tarixdə, parlamentin verdiyi etimad səsverməsinə əsasən, Moldova Respublikası Prezidenti Vladimir Voroninin Fərmanı ilə, Dmitri Todoroqlo Vasile Tarlevin rəhbərlik etdiyi ilk hökumətdə Baş nazir Köməkçisi, Kənd Təsərrüfatı və Qida Sənayesi Naziri təyin edildi.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Fritz Todt
Fritz Todt (4 sentyabr 1891[…], Pforshaym, Karlsrue[d] – 8 fevral 1942[…]) — Almaniya dövlət və siyasi xadimi, silahlanma və sursat reyxsnaziri (1940-1942), SA oberqruppenfürerü, Lüftvaffe general-mayoru. Münhen və Karlsruhe Ali Texniki Məktəbində təhsil alıb. Birinci Dünya Müharibəsində iştirak edib. 1923-cü ildən NSDAP üzvü olub. 1938 -ci ildə mühüm hərbi obyektlərin, dəmir yollarının və avtomobil yollarının tikintisi ilə məşğul olan təşkilata Todt rəhbərlik etmişdir. Eyni zamanda, 1940-cı ildə Reyxin Silahlanma və Sursat Naziri təyin edildi. Bu vəzifədə, məsələn, Aufbau Ost-da SSRİ -yə hücuma hazırlıq əməliyyatlarının əhatə olunmasında iştirak etmişdir.
Hideki Todzyo
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
Kazuyuki Toda
Kazuyuki Toda (d. 30 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 1 qol vurub.
Krisia Todorova
Krisia Marinova Todorova (Bolqarca: Крисия Маринова Тодорова; 1 iyun 2004, Varna) — Bolqarıstanlı müğənni və bəstəkar. Krisia Todorova İqnatov qardaşları ilə birgə Bolqarıstanı 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Planet of the Children" mahnısı ilə təmsil etdi. Todorova həmin müsabiqəni ikinci yeridə başa vurdu, lakin mətbuatın səsverməsində birinci yerdə qərarlaşdı. Ertəsi il isə o, 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Discover" mahnısını ifa etdi. Bununla yanaşı Krisia Todorova 2015-ci ildə Bolqarıstanın sosial inkişafında xidmətinə görə "NASO Qran-Pri" mükafatına layiq görülüb. Krisia Todorova 1 iyun 2004-cü ildə Bolqarıstanın Varna şəhərində Marin Todorov və Angelina Popovanın ailəsində dünyaya gəlib. Krisianın Marina və Tifani adında iki bacısı var. Krisia birinci dəfə səhnəyə 3 yaşında Razqradda bayram tədbirlərinin birində çıxdı. Krisia Todorova musiqi ilə doğma şəhərində Svilena Deçevanın rəhbərliyi altında məşğul olmağa başladı. O, səhnədə birinci uğurunu "Разсмей Слави" layihəsində qalibi olaraq qazandı.
Meri Todd Linkoln
Meri Todd Linkoln (ing. Mary Ann Todd Lincoln; 13 dekabr 1818[…], Leksinqton, Kentukki – 16 iyul 1882[…], Sprinqfild) — ABŞ siyasətçisi, 17-ci Prezidenti Avraam Linkolnun həyat yoldaşı.
Milena Todorova
Milena Todorova (18 yanvar 1998) — Bolqarıstanlı biatlonçu. Milena Todorova Bolqarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Milena Todorova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Todorova 25:33.6 saniyəlik nəticəsi ilə 87 atlet arasında 84-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Motown 25: Yesterday, Today, Forever
Motown 25: Yesterday, Today, Forever - 1983 - cü ildə Motown şirkətinin iyirmi beş illik yubileyi münasibətilə təşkil edilmiş xüsusi televiziya konsert proqramı. Konsertin prodüserliyini Syuzan de Pass etmişdir.
Natiya Todua
Natiya Todua (gürc. ნათია თოდუა ; 21 mart 1996, Tbilisi) — Gürcüstan və Almaniya müğənnisi. O, "Səs Almaniya" verilişinin yeddinci mövsümünü qazandıqdan sonra Almaniyada məşhurlaşmışdır. Todua 2018-ci ildə "İdol"un Gürcüstan versiyası üzrə münsif olmuşdur. Todua 12 mart 1996-cı ildə Tbilisidə 1990-cı illərin əvvəllərində Abxaziya müharibəsi zamanı Abxaziyadan qaçan valideynlərinin ailəsində anadan olub. Onun iki yaşı olanda ailəsi Abxaziyaya qayıdıb Qali rayonunda məskunlaşıb. Məktəbi bitirdikdən sonra o, bacısı ilə Tiflisə qayıdıb, burada Todua Qafqaz Universitetində iqtisadiyyat üzrə təhsil alıb. O, 2014-cü ildə X Factor Georgia və 2015-ci ildə X-Factor Ukraynada iştirak etsə də, yarışlarda uğur qazana bilməyib. Todua 2016-cı ildə Almaniyanın Brüxzal şəhərinə köçmüş və burada "au pair" kimi işləməyə başlamışdır. Növbəti il "Səs Almaniya" verilişinin yeddinci mövsümü üçün dinləmələrə qatılmış, Samu Haberin komandasına qoşulmuşdur.
Paula Todoran
Paula Todoran (9 iyun 1985, Zalau, Rumıniya) — Rumıniyalı marafonçu. Paula Todoran Rumıniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Paula Todoran birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 54 saniyəyə qət edərək 157 marafonçu sırasında 101-ci yeri tutdu.
Pentacalia todziae
Pentacalia todziae (lat. Pentacalia todziae) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Poa todarii
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Tamara Todevska
Tamara Todevska (mak. Тамара Тодевска; d. 1 iyun 1985, Skopye, Şimali Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Şimali Makedoniya müğənnisi. Tamara Todevska 1 iyun 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Şimali Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tamaranın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun böyük bacısı Tiyana Dapçeviç "To The Sky" mahnısı ilə Şimali Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamaranın ilk mahnısı 1997-ci ildə bacısı Tiyana ilə birlikdə ifa etdiyi "Igra luda" (azərb. Çılğın oyun‎) olmuşdur. O, 2003-cü ildə Monteneqroda keçirilən Sunçane Skale musiqi festivalında "1003" adlı mahnı ilə çıxışından sonra şöhrət qazanmışdır. Tamara festivalda 2-ci yerdə qərarlaşmışdır.
Todan
Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.
Todan bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Todd Hovard
Todd Hovard (basketbolçu) — Todd Hovard (dizayner) — ABŞ videooyun dizayner, direktor və prodüseri.
Todd Hovard (dizayner)
Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970, Louer Makunqi Taunşip[d], Pensilvaniya) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseridir. Hovard burada "Fallout 3", "Fallout 4" və "Elder Scrolls" oyunları üzərində işləmişdir. GamePro jurnalı Hovardı son 20 il ərzində "Videooyunçuluğun ən təsirli 20 adamı"ndan biri adlandırmışdır. Hovard IGN tərəfindən "Bütün vaxtların ən yaxşı oyun yaradıcıları" siyahısına əlavə edilmişdir. Todd Hovard 25 aprel 1971-ci ildə Pensilvaniya ştatının Louer Makunqi Taunşipində anadan olmuşdur. Hovardda uşaq vaxtlarında kompüterlərə, xüsusilə videooyunlarına böyük maraq yaranmışdı. Hovard Wizardry və Ultima III: Exodus oyunlarını gələcəkdə yaratdığı oyunların ilham mənbəyi hesab edir. Todd 1989-cu ildə Emmaus Orta Məktəbindən məzun olmuşdur.
Todd Qraff
Todd Graff (22 oktyabr 1959, Manhetten, Nyu-York ştatı) — Amerikada anadan aktyor, yazıçı, rejissor və istehsalçısıdır. O Sundance Film Festivalı dramatik müsabiqə 2003 Edition gəldi ki, Camp ilə istiqamətində həmd-səna ilə daxil oldu. Uğurla Yeni Films / Lincoln Center, Sidney Film Festivalı (bu birinci oldu yerləşir), The Provincetown Film Festivalı (yeni Direktorlar Festivalı saymaq bunların arasında festival dövrə keçdikdən sonra Ən Yaxşı Film) və bir çox başqaları Camp kinoteatr əl IFC filmlərdə premiering başa çatdı. Sonra belə Abyss kimi filmlərdə, uğurlar tam karyera fəaliyyət göstərən və Toni mükafatı və Teatr World mükafatı üçün namizəd olan "Baby" Broadway üzrə Graff yazıçı kimi nüfuz etməyi bacardı. Graff New York, Judith Clarice, fortepiano müəllim və xor direktoru, Jerome Lawrence Graff oğlu anadan olub, bir músico. Su bacısı aktrisa Ilene Graff (cənab Belvedere şöhrət deyil) O Electric Company PBS-nin televiziya seriyası Uşaq tökmə qoşulan zaman Graff Sesame Street (1970) və orijinal cast albom ifa və follow-up Sesame Street 2 (1971), lakin 1975-ci ildə şöhrət yüksəldi . Jesse rolunu oynayan, qısa Sirk üzvü, 1977 (dörd mövsüm sonra sıra döyən Stephen Gustafson əvəz) istehsal sonuna qədər şou ilə qaldı. 1984-cü ildə Baby Broadway ildə Danny onun surət üçün bir Toni mükafatı üçün namizəd oldu. O, Homer kimi Cənnət 1987 Off-Broadway musiqi Birds oynadı. 2006-cı ildə Graff Mark Taper Forumunda, Jason Robert Braun və Dan Elish tərəfindən mərhələ musiqi yönəldilmişdir.
Toddi Sviris
Toddi Sviris (28 may 1973) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. Toddi Sviris Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Toddi Sviris Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Todi
Todi (it. Todi) — İtaliyada kommuna - Ərazi bölgü vahidi. Umbriya regionunda yerləşir. Perudja ərazi mərkəzinə aiddir. Əhalinin sayı 2004-cü ilin məlumatlarına əsasən 17 075 nəfər, sahəsi isə 223 кm²-dir. Poçt indeksi 6059. Telefon kodu isə 075-dir. Yaşayış məntəqəsinin mühafizəkarı San Fartuna hesab edilir. 14 oktyabrda onun şərəfinə bayram keçirilir. Roma Papası Martin I burada doğulub.
USA Today
USA Today (həmçinin Yu-Es-Ey tudey, azərb. “ABŞ bu gün”‎) — ABŞ-də nəşr edilən ilk ümummilli gündəlik qəzet. Vaşinqtonda (Kolumbiya dairəsi) El Nyuhart tərəfindən yaradılıb. Qəzetin ilk nömrəsi 15 sentyabr 1982-ci ildə işıq üzü görüb. Qəzetin ilk baş redaktoru Con Sayqentaler olub.
Xideki Todzyo
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.