TON-KİLOMETR

сущ. хуьс. тонно-километр (са тон заланвал са километр мензилдиз тухунин бинедаллаз гьисабнавай пар ялунин алцумаг, тек).
TON¹
TON-MİL
OBASTAN VİKİ
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Kilometr
Kilometr (qısaca km) — geniş yayılmış uzunluq ölçü vahidi.
TON 618
TON 618, Tazılar bürcündə Qalaktikanın Şimal Qütbünün yaxınlığında yerləşən, super parlaq bir radio-yüksək səsli kvazardır. Kütləsi 66 milyard günəş kütləsi olan ultramassiv qara dəlik kvazarla əlaqələndirilir. Obyekt, 1957-ci ildə Samanyolu müstəvisinin xaricində yerləşən zəif mavi ulduzların (əsasən ağ cırtdanlar) bir tədqiqatı çərçivəsində aşkar edilmişdir. Kvazar konsepsiyası yalnız 1963-cü ildə formalaşmışdır, buna görə də kəşf edildiyi anda obyektin təbiəti qaranlıq qalmışdır. Meksikadakı Tonantzintla Rəsədxanasında 70 santimetrlik Schmidt teleskopu ilə çəkilmiş fotoşəkillərdə obyekt “618” olaraq təyin edilmiş və “mütləq bənövşəyi” kimi təsvir edilmişdir. 1970-ci ildə Boloniyadakı Radio Astronomiya İnstitutu TON 618-dən radio emissiya aşkarladı və bundan sonra obyekt kvazar olaraq təyin olundu. McDonald Rəsədxanasında Marie-Helene Ulrich, TON 618-i müşahidə edərkən kvazara xas olan emissiya xətlərini qeyd etdi. Qırmızıya sürüşmə (z) 2.2-ni keçdi, yəni TON 618 çox uzaq bir obyekt idi və o zaman (1976) ən parlaq kvazarlardan biri idi. Kvazar TON 618-in, qalaktikanın mərkəzində nəhəng bir qara dəlik ətrafında dövr edən isti qazın bir yığılma diskinə sahib olduğu düşünülür. Kvazarın 3,18 gigaparsek və ya 10,37 milyard işıq ili uzaqda olduğu təxmin edilir.
Kvadrat kilometr
Kvadrat kilometr (qısaca km²) — sahə ölçü vahidi.
Ton Dhık Thanq
Ton Dhık Thanq (vyet. Tôn Đức Thắng; 20 avqust 1888[…], Lonqsyuen[d], Fransa Hind-Çini, Fransa – 30 mart 1980[…], Hanoy) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti. Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi. Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.
30-cu Kilometr
Hamarmeşə (əvvəlki adı: 30-cu Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmış adı Otuzuncu kilometr olmuşdur. Yaşayış məntəqəsi Lənkəran-Lerik avtomobil yolunun 30 km.-liyində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim "düzənlikdə olan meşə" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Lənkərançayın sahilində yerləşir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kəndin tamamı şiə müsəlmanlardır. Kənddə Hamarmeşə kənd məscidi dini icması fəaliyyət göstərir.
37-ci Kilometr
Peştətük (əvvəlki adı: 37-ci Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 37-ci Kilometr kəndi Peştətük kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim talış dilindəki peştə (təpə, yüksəklik, zirvə) və tük (bicar, çəltik, əkin) sözlərindən düzəlib, "dağ ətəyində əkin sahəsi" mənasındadır. == Tarixi == == Əhalisi == Əhalisi 215 nəfərdir.
8-ci kilometr
8-ci kilometr — Bakının Nizami rayonunda şəhər tipli qəsəbə. == Mədəniyyəti == Qəsəbədə tikintisinə 2010-cu ilin mayında başlanmış, ümumi ərazisi 22 min 500 kvadratmetr olan, beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təchiz edilmiş, 11 min tamaşaçı yeri olan stadion 14 sentyabr 2012-ci ildə istifadəyə verilmişdir. == Tarixi == == Tarixi məkanları == Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir.
Kilometr bölünsün saat
Kilometr bölünsün saat (km/st formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/st ya da km·st−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
80 kilometr yerin altı ilə (film, 2002)

Digər lüğətlərdə