toxalmaq
toxarca
OBASTAN VİKİ
Toxar dilləri
Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərində və Lop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır. XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur. İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur. == Kəşf edilməsi və tarixi == XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur. Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır: Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir. Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir. Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir.
Toxareu yarımadası
Toxareu yarımadası — Oxot dənizinin qərbində, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. yarımada Ulbanski körfəzi (qərb) ilə Nikolaya körfəzlərini ayırır (şərqdə). Yarımadada Tukurqu (ən şimal nöqtəsi), Qaurovis, Obrıstıy və Nablyudonnıy burunları yerləşir. Yarımadanın reylefi dağlıqdır. Ən hündür nöqtəsi 851 metr təkil edir. Qərbi daha sıldırımlı və ucadır. Şərqi isə alcaq və hamardır. Yarımadanın cənubunda Usalqin adlı yaşayış məntəqəsi olmuşdur. Burada hazırda yaşayış yoxdur.
Toxarey yarımadası
Toxareu yarımadası — Oxot dənizinin qərbində, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. yarımada Ulbanski körfəzi (qərb) ilə Nikolaya körfəzlərini ayırır (şərqdə). Yarımadada Tukurqu (ən şimal nöqtəsi), Qaurovis, Obrıstıy və Nablyudonnıy burunları yerləşir. Yarımadanın reylefi dağlıqdır. Ən hündür nöqtəsi 851 metr təkil edir. Qərbi daha sıldırımlı və ucadır. Şərqi isə alcaq və hamardır. Yarımadanın cənubunda Usalqin adlı yaşayış məntəqəsi olmuşdur. Burada hazırda yaşayış yoxdur.
Toxaristan
Toxaristan – Özbəkistanın Surxandərya vilayəti, Tacikistanın və Əfqanıstanın şimal hissəsini birləşdirən tarixi bölgə.
Toxaristan yabquluğu
Toxaristan yabquluğu — Aşina sülaləsinin bir qolunun Toxaristan ətrafında qurduğu dövlət. == Hökmdarları == === Tarduş şad === Toxaristan bəzi mənbələrə görə 618, bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir. Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. === İşbara Yabqu === 650-ci illərdə İşbara Yabqu (阿史那乌湿波) Toxaristan hakimi idi. === Pantu Nili yabqu === 705-ci ildə hakimiyyətdə olmuş yabqu kimi Pantu Nilinin (般都泥利) adı çəkilir. 718-ci ildə qardaşı Puluo Tigini (阿史恃勒僕羅) Çinə səfir kimi göndərmişdir. === Qutluq İl Tardu === 729-cu ildə Çin tərəfindən Toxaristan yabqusu və Eftalit hökmdarı (悒怛王) kimi tanınmışdır. Bəzi mənbələrdə adı Qutluq Ton Tardu kimi keçir. === Şilimanq Çialuo === Türkcə adı bilinməməklə bərabər 749-cu ildə və 758-ci ildə Çinə səfir yolladığı məlumdur.
Toxarlar
Toxarlar (yun. Τοχάριοι)-Mərkəzi Asiyanın qədim xalqlarından biri. Erkən orta çağda oğuzlara qarşı çıxmış, lakin məğlub olmuşlar. Bir müddət uyğurlarla da döyüş meydanlarında qarşılaşmışlar. Hind-Avropa dillərinə mənsub idilər. Taciklərin babası hesab olunur. == Tarixi == == Mənbə == The Western Regions according to the Hou Hanshu, trans.
Toxarıstan
Toxaristan – Özbəkistanın Surxandərya vilayəti, Tacikistanın və Əfqanıstanın şimal hissəsini birləşdirən tarixi bölgə.