TOY-BAYRAM

сущ. 1. шадвал, шадвилин межлис, сувар, мел, мехъер; 2. пер. хушбахтвал манада.
TOY
TOY-BÜSAT
OBASTAN VİKİ
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Bayram
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna) Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. == Mövzu == Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Toy (rəqs)
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da Toy rəqsi.
Toy adətlərimiz
Azərbaycan toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. == Haqqında == XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Toy marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Toy rəqsi
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da Toy rəqsi.
Toy Şaftalısı
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Wedding Peach — Internet Movie Database saytında.
Toy əti
Bayram (ad)
Bayram — Azərbaycan və Türkiyədə çox işlədilən ad və təxəllüs. Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. == Bu adı olan tanınmış insanlar == Bayram Bayramov — Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990) Bayram Apoyev — pedaqoji elmlər namizədi, dekan (2007-ci ildən), dosent. Bayram Salmanov — azərbaycan əsilli Rusiya rəssamı Bayram bəy Əliyev — Bayram xan Baharlı — Bayram Niyazi Kiçikxanlı — Bayram Hacıyev — Bayram Hüseynli — Bayram xoca — Bayram Allahverdiyev — Bayram Rüstəmov — Bayram Yusifov — == Bu təxəllüsü olan tanınmış insanlar == Tofiq Bayram — Azərbaycan şairi.
Bayram (dəqiqləşdirmə)
Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. Bayram (Üskü) — İranda kənd. Bayram (şəhər) — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. Bayram namazı — Fitr bayramı və Qurban bayramı namazları. Bayram (dərgi) — İranda dərgi.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
Bayram (Üskü)
Bayram (fars. بايرام‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.671 nəfər yaşayır (771 ailə).
Bayram (şəhər)
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Bayram Allahverdiyev
Bayram Vəli oğlu Allahverdiyev (1938, Arçut, Böyük Qarakilsə rayonu – 21 fevral 2019) – BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor. == Həyat və fəaliyyəti == Bayram Vəli oğlu Allahverdiyev 23 yanvar 1938-ci ildə Kirovakan rayonu Arçut kəndində anadan olmuşdur. 4 övladı var. 1962-1964-cü illər Qərbi Azərbaycanın Loru-pəmbək bölgəsində Arçut kəndində klub müdiri vəzifəsində işləmişdir. 1968 –ci ildə Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi; 1968-ci ildən Bakı Dövlət Universitetində çalışmışdır. 1968-1992-ci illərdə BDU-nun "Biblioqrafiyaşünaslıq" kafedrasının dosent və professoru vəzifəsində işləmişdir. 1992-ci ildən 2012-ci ilə qədər BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildən nəşr olunan "Kitabşünaslıq və nəşriyyat işi" jurnalının təsisçisi və baş redaktoru olmuşdur. == Təhsili, elmi dərcəsi və elmi adları == Ali, filologiya elmləri namizədi, tarix elmləri doktoru, professor. == Müdafiə etdiyi dissertasiya mövzuları == Namizədlik dissertasiyasının mövzusu və müdafiə etdiyi il: "Orta əsr Azərbaycan kitabı (XI – XVIII əsrlər)" - 1968-ci il, may.
Bayram Apoyev
Bayram Fəti oğlu Apoyev (Apoyev Bayram Fəti oğlu (Ağrıdağ)) — tanınmış alim-şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi". == Həyatı == B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1964- 1974-cü illərdə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd orta məktəbində təhsil almışdır. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU ), 1988-ci ildə Azərb. ETPEİ –nin (indi Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edib pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 1994-cü ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişdir. 1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2007-ci ildən hal-hazıra kimi Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.100- ə yaxın elmi əsərin, o cümlədən 22 adda elmi monoqrafiya, dərslik, dərs vəsaiti və elmi- metodik vəsaitin,100-dən yuxarı qəzet məqaləsinin müəllifidir.2017-ci ildə " Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi " mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, iki oğlu, iki qızı var. == Kitabları == 1.
Bayram Babaşov
Bayram İlqar oğlu Babaşov (9 iyul 1993, Cəlilabad rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Bayram Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Ailəli idi. 1 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Bayram Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bayram Babaşov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bayram Bayramov
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd[d], Gəncə quberniyası – 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). == Həyatı == Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N. K. Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Bayram Bağırov
Bağırov Bayram Məhəmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, Beynəlxalq Ekologiya Akademiyasının üzvü, SSRİ-nin fəxri ixtiraçısı, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının elmlər doktoru və elmlər namizədi dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının üzvü. O, 2016 cı ildə bir sıra dərsliyin və monoqrafiyaların müəllifidir. " Başım ağrıyor", "Kartofun Cücüyü" , "Rasimə el qızı " , "Xaş ilə bozbaş" əsərləri indidə oxucular tərəfindən sevilir . == Həyatı == == Yaradıcılığı == Bayram Bağırovun ilk elmi əsəri hələ tələbə ikən çap olunmuşdu. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) mexanikiləşdirmə fakültəsində oxuyarkən ikinci kursdan tələbə elmi cəmiyyətində kənd təsərrüfatı maşınları kafedrasının müdiri t.e.d., prof M.R.Məhəmmədəliyevin rəhbərliyi altında "Yer maqnetizimindən kənd təsərrüfatında istifadə edilməsi" mövzusunda elmi-tədqiqat işi aparmış, bu barədə Moskva, Leninqrad, Tbilisi şəhərlərində məruzə etmiş, mütəxəssislərin yüksək rəyini almışdır. Sonradan həmin mövzu üzrə diplom layihəsi işləmiş, onu böyük müvəffəqiyyətlə müdafiə etmişdir. Diplom layihəsinin müdafiəsi zamanı düzəltdiyi yer maqnetizminin təsiri ilə işləyib kvadrat yuva üsulu ilə səpin aparan maşının işlək modelini Dövlət komissiyası qarşısında nümayiş etdirmişdir. İş əla qiymətləndirilmiş, müəllifin aspiranturada oxuması tövsiyə olunmuşdur. Bundan başqa, rəssamlıq, şairlik, müsiqişünaslıq istedadı da vardır. Onun çəkdiyi "Zəngilan löhvələri", "Dağ çayı", "Aşırım", " İki qaniçən", "Qara buludlar", "Avtoportret", "M.N.Tusi" və s.
Bayram Budaqov
Bayram İsmayıl oğlu Budaqov (8 yanvar 1994, Sabirkənd, Marneuli rayonu – 10 oktyabr 2020, Odessa) — hücumçu mövqeyində çıxış etmiş Ukrayna və Azərbaycan futbolçusu. == Karyerası == === Klub karyerası === Bayram Budaqov 8 yanvar 1994-cü ildə Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd kəndində anadan olub. Ukraynanın "XQVUFK-1 Xarkov", "Metallist Xarkov", "İliçyovets Mariupol" və "Dnepr" komandalarının yetirməsidir. Sonuncunun heyətində 2011-2014-cü illər aralığında əvəzedicilərin çempionatında 55 oyun keçirib, 9 qol vurub. 2014-cü ildə "Dnepr"lə müqaviləsi başa çatan Budaqov komandanı tərk edib. 2014-cü ilin iyun ayında "AZAL" və "Xəzər Lənkəran", iyul ayında "Qəbələ", 2015-ci ilin mart ayında isə "Neftçi" komandasında baxışda olub. 2016-cı il qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"la müqavilə bağlayıb. 3 aprel 2016-ci ildə "Qarabağ"a qarşı oynanılan görüşdə yeni komandasında debüt edib. "Xəzər Lənkəran"ın heyətində ilk və yeganə qolunu 20 may 2016-ci ildə "Rəvan"ın qapısından keçirib. 2016-2017 mövsümünü Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail"in heyətində keçirib.
Bayram Hacıyev
Bayram Hacıyev (tam adı Hacıyev Bayram İbrahim oğlu; d. 30 iyun 1900, Şuşa — ö. ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1918-ci ildə Şuşa real məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Fransanın Paris şəhərinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bayram Hacızadə
Bayram Hacızadə — "Azərbaycan Karikatura Mərkəzinin" rəhbəri, karikaturaçı-rəssam. == Həyatı == Bayram Hacızadə 7 may 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir. 2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur. 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib. 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.
Bayram Heydərov
Bayram Heydərov (hakim)
Bayram Hüseynli
Hüseynli Bayram Xəlil oğlu (22 mart 1923, Gəncə – iyul 1992) — musiqişünas, professor == Həyatı == Bayram Xəlil oğlu 1923-cü il martın 22-də Gəncə şəhərində anadan olub. Ilk musiqi təhsilini də burada alıb. 1941-ci ildə Gəncə musiqi texnikumuna daxil olub. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsində təhsilini davam etdirib və ali musiqi təhsili alıb, təhsil almaqla yanaşı M. Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında işləyib, ansablın instrumental qrupuna rəhbərlik edib. Musiqi texnikumunda müəllim, Gəncə dövlət filarmoniyasında xormeyster işləyib. 1959–1962-ci illərdə Azərbaycan EA Me’marlıq və Incəsənət Intstitutunun aspiranturasında namizədlik mövzusu üzərində зalışıb, 1966-cı ildə "Azərbaycan xalq rəqs musiqisi" mövzusunda dissertasiya müdafiə edib və sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1972-ci ilə qədər Institutda elmi işзi kimi зalışıb, folklor tədqiqatları aparıb. 1970-ci ildən ömrünün sonuna kimi o, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. 1976-cı ildə kafedranın dosenti, 1991-ci ildə isə professoru seзilib. B. X. Hüseynli uzun müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik edib.

Значение слова в других словарях