Traktorist
Trambahn
OBASTAN VİKİ
Dalton Trambo
Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[…] – 10 sentyabr 1976[…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor. Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi. Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi. Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır. Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur.
Daşkənd tramvayı
Daşkənd tramvayı (özb. Toshkent tramvaylari) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1912–2016-cı illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. Daşkənd tramvayı Mərkəzi Asiyanın ən qədim tramvayıdır. Daşkənd tramvayının tarixi 1896-cı ildə, Daşkənd şəhər idarəsi Daşkənd tramvayının imtiyaz müqaviləsi üzərinə qurulması və istismarı mövzusunda Belçikanın anonim şirkəti olan "Taşkentskiy tramvay" (rus. «Ташкентский трамвай», azərb. «Daşkənd tramvayı»‎) ilə müqavilə imzalasıyla başlayır. İlk konka xəttinin inşa prosesinə 1897-ci ildə start verilmişdir. İlk konka xətti stansiyadan başlayıb, Duxovskaya (indiki Əmir Teymur Bulvarı), Məhramskoy (indiki Özbəkistan Bulvarı), Zerabulakskoy, Cizzaxskoy (indiki Buxara), Romanovskaya (indiki Böyük Turon), Vorontsovskaya (indiki Süleymanova), Çernyayevskaya (indiki İstiqbol), Şayxantohur (indiki Navoy Prospekti) küçələrindən keçərək, tramvay anbarının olduğu köhnə qəsəbədəki Çorsu bazarına qədər idi. Vaqon konkası 31 mart 1901-ci il tarixində açılmışdır. İkinci konka xətti isə, 5 aprel 1903-cü il tarixində açılmışdır.
Donald Con Tramp
Donald Con "Don" Tramp (31 dekabr 1977, Manhetten, Nyu-York ştatı) — amerika biznesmeni. ABŞ-nin seçilmiş 45-ci Prezidenti Donald Trampın və çex modeli İvana Trampın böyük oğlu. Hal-hazırdan bacısı İvanka Tramp və qardaşı Erik Trampla Tramp şirkətində icraçı vitse-prezident vəzifəsində işləyir.
Donald Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Donald Tramp (kiçik)
Donald Con "Don" Tramp (31 dekabr 1977, Manhetten, Nyu-York ştatı) — amerika biznesmeni. ABŞ-nin seçilmiş 45-ci Prezidenti Donald Trampın və çex modeli İvana Trampın böyük oğlu. Hal-hazırdan bacısı İvanka Tramp və qardaşı Erik Trampla Tramp şirkətində icraçı vitse-prezident vəzifəsində işləyir.
Donald Trampın filmoqrafiyası
Donald Tramp — ABŞ-nin 45-ci prezidenti, biznesmeni və mediamaqnatı. O, müxtəlif illər ərzində filmlərdə və teleseriallarda epizodik rollarda çəkilmiş və televiziya verilişlərinin qonağı olmuşdur.
Fred Krist Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Fred Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Frederik Krist Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Gəncə tramvayı
Gəncə tramvayı — Gəncə şəhərində mövcud olmuş tramvay xətti. Gəncədə tramvay ilk dəfə 1933-cü ildə istifadəyə verilmişdir. Tramvay xətti üç maşrutdan ibarət olmuşdur. Reylslər arasında məsafə 1524 mm idi. Tramvay xətti 1976-ci ildə ləğv edilmişdir. Yaxın gələcəkdə Gəncədə tramvay xəttinin yenidən bərpası aktualdır. 2013-cü ildə fransız NEWTL şirkəti ilə bu məsələdə razılığa gəlinmişdir.
Marianna Tramp Barri
Məryann Tramp Barri (ing. Maryanne Trump Barry, qızlıq soyadı Tramp; 5 aprel 1937, Kuins, Nyu-York ştatı – 13 noyabr 2023, Nyu-York, Nyu-York ştatı) — ABŞ Apelyasiya Məhkəməsinin hakimi, ABŞ iş adamı və siyasi xadimi Donald Trampın böyük bacısı.
Melanya Tramp
Melanya Tramp (ing. Melania Trump; qızlıq soyadı — Knaus (slov. Knavs); d. 26 aprel 1970[…], Novo-Mesto[d], Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı fotomodel, qol saatlarının və zərgərlik məmulatlarının dizayneri, ABŞ-nin keçmiş prezidenti Donald Trampın həyat yoldaşı.
Salavat tramvayı
Salavat tramvayı — Salavat şəhərində tramvay sistemi. Tramvay təsərüfatının idarə olunmasını Salavat şəhər Tramvay idarəsi təşkil edir. Şəhərdə ilk tramvay 29 iyul 1957-ci ildə № 1 maşrutu üzrə «Kolxoz bazarı — Kombinat idarəsi» hərəkət etmişdir. 10 ədəd МТВ-82 vaqonları ilə hərəkət təmin edilmişdir. Kolxoz bazarından depoya bir xətt hərəkət edirdi. Elə ilk gündən iki vaqonlu tranvayların istismara verilməsi zərurəti yaranmışdır. Ancaq bu gercəkləşdirilməmiş qalır. XX əsrin 60-cı illərində şəhərin cənub-şərqində yeni zavodun inşası ilə bura tramvay xətti çəkilmişdir. Bu istiqamətdə КТМ-2+КТП-2 vaqonları xəttə buraxılır. 1967-cı ildə yeni xətlə zavoddan kombinat idarəsinə və Novo-Salavatskaya TES adlı yerə istiqamətlənir.
San-Fransisko tramvayı
San-Fransisko tramvayı (ing. San Francisco cable car system) - ABŞ-nin Kaliforniya ştatında yerləşən San-Fransisko şəhərini əhatə edən tramvay sistemi.
Sumqayıt tramvayı
Sumqayıt tramvayı — Azərbaycanın Sumqayıt şəhərində 11 mart 1959-cu ildən 2003-cü ilin iyul ayına kimi fəaliyyət göstərən ictimai nəqliyyat növü. Əsas istifadə edilən tramvay modeli KTM5 olmuşdur.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.
Tbilisi tramvayı
Tiflis tramvayı (gürc. თბილისის ტრამვაი) — 1883-cü ildə (konka şəklində) meydana çıxan və 2006-cı ildə fəaliyyətini dayandıran nəqliyyat sistemi. Gürcüstanda yeganə tramvay sistemi idi. XX əsrin ikinci yarısında tramvayda ona qədər marşrut var idi. Lakin sonradan sistem sürətlə geriləmə baş verir. Konka 3 aprel 1883-cü ildə Tiflisdə istifadəyə verilir. Orijinal yol göstəricisi 914 mm olur. Konkanın ilk xətti Mixaylovski (indiki David Aqmaşenebeli prospekti) prospekti ilə və Vorontsovskaya meydanı ilə dəmir yolu stansiyasını birləşdirirdi. Tezliklə marşrut İrəvan meydanına (indiki — Azadlıq meydanı) qədər uzanır və vaqonların sayı 556-ya (439 iki atlı və 117 tək atlı) çatır. 1904-cü ildə Kiroçnaya küçəsi (indi — Marcanişvili) boyunca bir xətt çəkilir Bununla birlikdə XX əsrin əvvəllərində konkanın vaxtının keçdiyi artıq bəlli idi.
Tramole
Tramole (fr. Tramolé) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38512. Kommunanın 2012-ci il üçün əhalisi 542 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 394 ilə 538 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017 – 20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Tramp: razılaşma incəsənəti (kitab)
"Tramp: razılaşma incəsənəti" — Biznes maqnat, milyarder, ABŞ-nin 45-ci prezidenti Donald Tramp və jurnalist Toni Şvartz tərəfindən yazılmış biznes, ticarət haqqında kitab. Yarı xatirələr və yarı biznes məsləhətləri təqdim edən kitab, 'The New York Times' siyahısında 13 həftə ardıcıl olmaqla ümumilikdə 48 həftə bestseller olub. Donald Trampın yazdığı ilk kitabdır. Kitab 2016-cı ildə baş tutmuş ABŞ Prezident Seçkiləri Kompaniyasında yenidən diqqət mərkəzinə düşdü. Belə ki, Tramp çıxışlarının birində qeyd etmişdir ki, bu kitab onun ən böyük uğurlarından biridir və Bibliyadan sonra ən sevimli kitabıdır. Svartz bəyan etdi ki, özünün və Trampın birlikdə işindən peşmandır. Nəşriyyatçı Hovard Kaminski də öz növbəsində qeyd etmişdir ki, əslində Trampın kitabın yazılması ilə əlaqəsi yoxdur. Bu səbəbdən kitabın müəllifliyi ilə bağlı bəzi mübahisələr yaranmışdır. Kitab ilk başlarda Trampın Kuinsdəki uşaqlığından bəhs edir. Növbəti səhifələrdə Manhettenə köçməmişdən öncə Bruklində ilk çalışdığı vaxtlar haqqında məlumat yer alır.
Tramp təşkilatı
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Tramua
Tramua (fr. Tramoyes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01424. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 17 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1674 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1442 nəfərdən (15-64 yaş) 834 nəfəri iqtisadi cəhətdən, 308 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu 76.5%). 834 fəal sakindən 791 nəfər (406 kişi və 385 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın).
Ufa sürətli tramvayı
Ufa sürətli tramvayı — Başqırdısta Respublikasının Uda şəhərində planlaşdırılan sürətli tramvay xətti. Surətli tramvay xətti Ufa metropoliteninin əvəzinə olaraq istifadəyə vriləcəkdir. Hazırdas layihənin ekspertizası aparılır.. Bu layihənin hazırlanmasına zərurət sərnişin daşımada yaranan sıxlıq olmuşdur. Sürətli tramvay metropolitenə əvəz olaraq planlaşdırılır. Belə ki metropolitenə nisbətdə daha az vəsait sərf olunması və sürətin metro ilə eyni olması buna rəvac olmuşdur. Bu layihə həmdə şəhərin hər iki hissəsində yerləşən tramvay xətlərini birləşdirməyə imkan verməlidir. Sürətli tramvay iki xətdən ibarət olmalıdır. Şəhərin əsas magistralına paralel — Oktyabr prospekti — prospetin şərq və qərb küçələri ilə hərəkət edəcəkdir. Xətt Ufa tramvayının digər hissələri ilə birləşdiriləcəkdir.
Ufa tramvayı
Ufa tramvayı — Ufa şəhərində tramvay xətti. 1898 — Ufada ilk elektrikli tramvayın işə salınması fikirini mühəndis koşinn irəli sürmüşdür. 1911 — Ufa şəhər duması şəhərdə tramvayın işə salınmasını qərara alır . 1913 — Mühəndis Vasilev və Ştuder şəhər dumasına tramvay xəttinin çəkilməsi ilə bağlı müraciət etmişlər. 1934 — 5 mart tarixində SSRİ Xalq Komisarları Soveti Ufada tramvay xəttinin çəkilməsi haqqında qərar qəbul edir. 1936 — yazda Zensov küçəsində tramvay xəttinin tikintisinə başlanılır. Beş vaqon və elə bir o qədər də qoşqu alınır. 1937 — 23 yanvarda ilk sınaq keçirilir.24 yanvarda artıq Lenin küçəsindən Perm küçəsinə qədər olan xətt istifadəyə verilir. Daimi yol isə 1 fevralda istifadəyə verilir. 1938 — yanvarda ikən qar təmizləyən istifadəyə verilir.
Zaqreb tramvayı
Zaqreb tramvayı (xorv. Zagrebački tramvaj) — Zaqreb şəhərində mövcüd olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1-17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31-34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5-10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.

Digər lüğətlərdə