TRANSQRESSİYA

dənizin quruya «Hücumu»; Yer qabığının tektonik hərəkəti, geoloji dövrdə rütubətli illərin artması nəticəsində dənizin quru sahələri basması. Yerin tarixində reqressiya ilə əvəz olunması.
TOZLU TUFANLAR
TRANSPİRASİYA
OBASTAN VİKİ
Transqressiya
Transqressiya — yer qabığının materik hissəsinin çökməsi, qismən okean səviyyəsinin qalxması ilə dənizin quruya irəliləməsi. Dəniz transqressiyası – dəniz səviyyəsinin qalxaraq suyun qurunu basması və sahil xətlərinin daha hündür yerlərə doğru irəliləməsi ilə nəticələnən geoloji hadisədir. Transqressiya qurunun enməsi, okean dibinin qalxması və ya okean hövzəsində suyun həcminin artması nəticəsində baş verə bilər. Transqressiya (eləcə də reqressiya) orogenez (dağəmələgəlmə) kimi tektonik hərəkətlər, ciddi iqlim dəyişmələri (buzlaşma dövrü) və ya buzlaqlar əridikdən sonra izostatik hərəkətlərdən yarana bilər. Xəzər dənizinin Dördüncü dövrdə ən böyük və ən sürəkli transqressiyası Erkən Pleystosendə (Bakı əsrində) 730–460 min il əvvəl baş vermişdir. Sonrakı transqressiyalar əvvəlkilərdən öz gücünə və sürəkliliyinə görə zəif olmuşdur.

Digər lüğətlərdə