tulunilər
tum
OBASTAN VİKİ
Tulyaremiya
Tulyaremiya (lat. tularemia) kəskin, obliqat təbi-ocaqlı zoonoz xəstəlikdir. İntoksikasiya, qızdırma, spesifik limfadenitin inkişafı və müxtəlif orqanların zədələnməsi ilə cərəyan edir. == Tarixi məlumat == 1910 cu uldə Q. Makkoy Kaliforniyada Tulyare bataqlıq rayonunda taunun təbii ocağını müayinə edən zaman sünbülqıranlarda taunabənzər xəstəlik tapmışdır. 1911 ci ildə o, və Ş. Çepin xəstə sünbülqıranlarda bu xəstəliyin lat. bacterium tularence (Tulyare gölü rayonunda epizootiyanın yerinə görə) törədici mikrobunu ayırmışlar. Tezliklə aydınlaşdırılmışdır ki, insanlar da həmin infeksiyaya həssasdırlar. Frensisin təklifi ilə həmin infeksiyaya tulyaremiya adı verilmişdir. Hezvanların və insanların tulyaremiya xəstəliyi Amerika, Avropa və Asiyanın bir çox ölkələrində məlumdur. Afrikada tulyaremiya infeksiyasının olması məlum deyildir.
Tulyaremiya bakteriyası
Tulyaremiyanın lat. Francisella tularensis törədici mikrobu lat. Francisella növünə, lat. Brucellaceae ailəsinə mənsubdur. Mikrob hərəkətsizdir, kokkabənzərdir, ölçüləri 0,1–0,5 mkm-dir. Spor əmələ gətirmir. Kapsulu vardır. Qrammənfidir. Karbol fuksini ilə və Romanovski-Gimza üsulu ilə boyanır. Qida mühitlərində kulturadan alınmış tulyaremiya bakteriyalarının çöpşəkilli formaları biopolyar boyana bilir.