TUTULMAQ

1. TUTULMAQ Bir gün tutuldu atam; Buna dözərmi adam? (S.Rüstəm); HƏBSƏ ALINMAQ [Əbülhəsən bəy:] Bunların çarpışması nəticəsində ikisindən birisi tələf olacaq, digəri isə həbsə alınacaq (M.S.Ordubadi); HƏBS EDİLMƏK Yoldaşımın əmrilə molla da həbs edilib müddə ümuminin ixtiyarına göndərildi (T.Ş.Simürğ); YAXALANMAQ Xain yaxalandı ən nəhayət (H.Cavid); DAMLANMAQ Kapitan: Yoxsa sən də damlanmaq istəyirsən? (İ.Əfəndiyev).

2. TUTULMAQ (səsə aid), SƏSİ BATMAQ Sədmeyi-səngdən batıbdı səsi (M.Ə.Sabir).

TUTMAQ
TÜFEYLİ

Значение слова в других словарях