Tutmaş

“Xörək növü” mənasında Qərbi Azərbaycanın Basarkeçər şivəsində işlənir. (10, 385) “Tutmaş” sözünün əsasında “tut” feili dayanır. Sözün sonunda işlənən “-maş” şəkilçisi türk dillərində “-mac” morfeminin dialekt və şivələrdəki “c-ş” fonetik variantlarında olan formasıdır. Azərbaycan dilinin qədim dövrlərində bu şəkilçi ilə dökməc, bulamac, bozlamac, unac və s. yemək və xörək adları düzəldilmişdir. Mahmud Kaşğari yazır ki, tutmac türklərin məşhur bir yeməyidir. Bu yemək Zülqərneyndən qalmışdır. Belə icad edilmişdir: Zülqərneyn zülmətdən çıxdıqdan sonra azuqəsi azalmış, yanındakılar ona “bizi tutma ac”, yəni bizi ac saxlama, yolumuzu aç, yurdumuza yuvamıza qayıdaq kimi sözlər söyləmişlər. Zülqərneyn də alimlərlə məsləhətləşmiş və bu yeməyi icad etmişdir. Bu yemək bədəni qüvvətləndirir, üzə qırmızılıq verir, çətin həzm olunur. Tutmac yeyildikdən sonra suyundan da içilir. Türklər bu yeməklə tanış olanda ona “tutmaç” demişlər. Əsli “tutma aç” dır, iki əlif birdən atılmışdır, “özünü ac tutma, bu yeməkdən bişir, ye” deməkdir (8, 442)
Tutmac
Udhıtma
OBASTAN VİKİ
Tutmaşen
Tutmaşen -İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.

Digər lüğətlərdə