TÜND-MAVİ

прил. тёмно-голубой (голубой темного оттенка)
TÜND-QIRMIZI
TÜND-NARINCI
OBASTAN VİKİ
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir.Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. == Həyat tərzi == Meşə biotoplarında yaşayır.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)
Mavi — azərbaycanlı müğənni Aygün Kazımova, azərbaycanlı reperlər Elşad Xose və Dəyirman qrupunun duetidir. Mahnı Elşad Xosenin 2005-ci ildə işıq üzü görən "İxlas" albomuna daxil edilmişdir. Mahnının efirlərdə səslənməsinə icazə yoxdur. Duetdə İbrahim Tatlısesin "Mavi Mavi", Aygün Kazımovanın "Kişilər" mahnısından istifadə olunmuşdur.
Mavi (Əsədabad)
Mavi (fars. ماوی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 186 nəfər yaşayır (56 ailə).
Mavi Balina
Mavi Diviziya
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Mavi Feniks
Mavi Feniks — Tailand Hərbi Hava Qüvvələrinə məxsus ilk aerobatika komandasıdır. Uçuşlar üçün 5 ədəd Pilatus PC-9 təyyarəsi istifadə olunur. Komanda 2012-ci ildə Tailan Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi şərəfinə qurulmuşdur və Tailand Hərbi Hava Qüvvələri Aviasiya-Təlim Məktəbinin nəzdindədir.
Mavi Fuqatelər
Mavi Fuqatelər (ing. Blue Fugates) və ya Kentukkidəki mavi adamlar (ing. Blue People of Kentucky) — 200 ildən çox müddət ərzində ABŞ-nin Kentukki ştatında yaşamış fransız əsilli Martin Fuqatenin nəslindən olan genetik problemə görə dünyaya gəlmiş mavi dərili insanlar. == Nəslin başlanğıcı == Martin Fuqate 1820-ci ildə Kentukki ştatının qərbində yerləşən sakit bir qəsəbə olan Trablısım Krikdə məskunlaşıb. Ailə qurduğu Elizabet Smit adlı qadından 7 uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi ki, bu səbəbdən də uşaqlarından dördü mavi dərili doğulmuşdu. Elə həmin vaxtdan da 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulmuşdur. == Sosial vəziyyətləri == Yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi.
Mavi Lotus
Mavi Lotus - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 15-ci hissəsidir.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Mavi Nil
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir.2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Mavi akvilegiya
Mavi akvilegiya (lat. Aquilegia coerulea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Mavi ağəsmə
Mavi ağəsmə (lat. Clematis glauca) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Mavi bayraq
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi. == Tarixi == "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. == Təltif edilmə == Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.