Laçın Dövlət Təbiət Yasaqlığı
Laçın Dövlət Təbiət Yasaqlığı — Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Ərazisi 21370 hektardır. Yasaqlığın 862 ha və ya 4% ərazisi qayalar və uçqunlar, 34,0 ha ərazisi isə xüsusi təyinatlı torpaqlardan ibarətdir.
== Ümumi məlumat ==
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edirdi. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır.