1. Yalqız, yalnız, təkcə, tək özü. Təkbaşına qalmaq.
– Xan divan otağına gəlib, orada təkbaşına oturdu.
[Murad] …nə vaxtadək bayquş kimi təkbaşına yaşayacaqdı?
2. Başqasının köməyi olmadan; tək, təkcə. Təkbaşına məsələni həll etmək.
– [Südabə:] Təkbaşına Zal oğlu; Üstün gələr onlara.
// Özbaşına, nəzarətsiz, baxımsız.
[Səlim:] …Hər kəs təkbaşına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər.
3. Öz-özünə, müstəqil, rəhbərsiz, müəllimsiz.