Təkəlduz
Təkəlduz tikmə, və ya qullabduzluq (türk. kasnak işi, suzeni, türkm. ildirme, ilme , özb. yurma, rus. тамбурная вышивка) - qullabla (qarmaqla) vurulan zəncirli tikişin istifadəsi ilə yapılan bədii tikmə növü və üsuludur. Türk xalqlarının təkəlduzlarının səciyyəvi cəhəti odur ki, kəskin kontrastlı olur: rəngli ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tünd rəngli qalın qumaş (tirmə, mahud, şal və s.) üzərində icra olunur.
"Təkəlduz" sözü hərfi mənada "tək əllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə "zəncirli naxış" deyirlər (fr. point de
chainette, ing. chain stitch, alm.