təpə
təpik
OBASTAN VİKİ
Ber təpəcikləri
Ber təpəcikləri- (rus akademiki K.M. Berin adından) Aşağı Volqa sahillərində,Volqanın deltasında və Xəzər sahili ovalıqda qum və ya gil yığınından ibarət uzunsov,hamar formalı təpəciklərdir.Adətən qərbdən şərqə doğru,bir birinə paralel uzanan bu təpəciklərin hündürlüyü 20-25 metr,uzunluğu isə 0.5-2 kilometr olur.
Təpəcikli yemişan
Təpəcikli yemişan (lat. Crataegus collina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Amerikada çayların kənarındakı təpəciklərdə, quru yamaclarda və seyrək meşələrdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-8 m olan ağacdır. Budaqlarının üzərində seyrək halda 3-7 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları tərs yumurtavari və ya ellipsvaridir. Uzunluğu 3-9 sm, eni isə 2-5 sm-dir, iti uclu və ya kütdür. Budaqlarının hər iki tərəfi zəif tükcüklüdür. Meyvəsi dairəvi, qəhvəyi-qırmızı rəngdədir. Toxumla çoxaldılır.

Digər lüğətlərdə