Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adlı təqaüd
Adlı təqaüd — təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.
Təhsil təqaüdü
Təhsil təqaüdü və ya stipendiya (lat. stipendium — "maaş") — ali, orta ixtisas, peşə təhsilinin alınması üçün tələbələrə, həmçinin doktorantlara verilən müntəzəm maliyyə yardımı. 19 iyun 2009-cu il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2 maddəsinə görə " Dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, о cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir ".
Beynəlxalq Parlament Təqaüdü
Beynəlxalq Parlament Təqaüdü — (İPS) (alm. ‎ Internationales Parlaments-Stipendium) Almaniya Bundestaqının Mərkəzi, Şərqi, Cənubi Avropadan, ərəbdilli ölkələrdən, Fransa, İsrail, Kanada eləcə də ABŞ-dən olan 120-ə yaxın gənc üçün hər il təşkil etdiyi təqaüd proqramıdır . 2007-ci ilə kimi proqram Beynəlxalq Parlament Praktikası (İPP) adını daşıyırdı . == Tarixi == Almaniya Bundestaqı Beynəlxalq Parlament Təqaüdü proqramını 1986-cı ildən bəri təşkil edir və bu layihə öz başlanğıcını “Bundestags-Internship-Programm”-dan (BİP) götürüb. BİP sözügedən proqramdan fərqli olaraq yalnız Birləşmiş Ştatlardan olan gənc akademiklər üçün nəzərdə tutulmuşdu. 1986-dan 1988-ə kimi illik olaraq 20 təqaüd verilirdi. 1989-cu ildə Fransa ilə birlikdə BİP nümunəsində “Alman-Fransız Parlament Praktikası” adlı proqram yaradılır. BİP-dən fərqli olaraq bu layihə qarşılıqlı prinsiplər əsasında təşkil edilir, belə ki, alman akademiklər də Fransa Milli Məclisində praktika keçmək imkanına sahib idilər. Bundan əlavə proqramın 10 aylıq dövrü əhatə edirdi. Təqaüdü qazanmış fransızlar hazırlıq məqsədi ilə Berlin Humbolt Universitetində bir semestr dərslərə qatılırdı, Almaniyadan olan təqaüd sahibləri isə ”Sciences Po Paris”-də bir semestr keçirirdilər.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilmişdir. == Verilməsi == Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. == Təqaüdçülər == Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. == Maraqlı faktlar == Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçülərinin siyahısı
== 2002 ==
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Təqlid (davranış)

Təzad (personaj tipi)
Təzad (ing. Foil – Folqa) — uydurmada, onun müəyyən xüsusiyyətlərini vurğulamaq üçün başqa bir personajla, adətən protaqonistlə qarşı-qarşıya gələn personaj. Bəzi hallarda, əsas süjeti gücləndirmək üçün altsüjetdən istifadə olunur. Bu, xüsusilə də metauydurmaya və "hekayə içərisində hekayə" konsepsiyasına aiddir. Tipin ingiliscə adı olan "Foil" Azərbaycan dilində folqa deməkdir. Bunun səbəbi keçmişdə qiymətli daş-qaşların daha parlaq görünməsi üçün folqalara yığılması idi.Təzad personaj rəqibindən ya kəskin şəkildə fərqli, ya da sadəcə bir açar bənzərsizliklə fərqlənərək müstəsna dərəcədə oxşardır. Təzad personajın konsepsiyası daha çox iki şey arasında fərqliliyi ön plana çıxarmaq üçün aparılan müqayisələrə aiddir. Tomas Qirin istifadə edilən təzadları üç kateqoriyaya bölür, Tamara Metse isə onları mübaliğə edilənlər, istisnalarla fəaliyyət göstərənlər və günahı boyunlarına alanlar olaraq izah edir.
Geqard
Geqard və ya Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.. Dini tikilinin tam adı Geqardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır.Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır.
Teğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Coğrafiyası == Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. == Əhalisi == Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Geqard monastırı
Geqard və ya Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.. Dini tikilinin tam adı Geqardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır.Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır.
Məqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Təğabun Surəsi
64-cü surə
Owen Teague
Owen William Teague (8 dekabr 1998, Tampa, Florida) — amerikalı aktyor. == Həyatı == 8 dekabr 1998-ci ildə Florida ştatının Tampa şəhərində anadan olub. Valideynlərinin hər ikisi musiqiçi idi və 15 yaşına qədər skripka çalırdı. == Filmoqrafiya == === Film === 2013 : Contest 2014 : La Belle: the Ship That Changed History 2015 : Echoes of War 2015 : Walt Before Mickey 2015 : Wild in Blue 2016 : Cell 2017 : It 2018 : Every Day 2019 : I See You 2019 : Inherit the Viper 2019 : It Chapter Two 2019 : Mary 2020 : The Empty Man 2021 : Montana Story 2022 : Gone in the Night 2022 : To Leslie 2023 : Eileen 2023 : You Hurt My Feelings 2023 : Reptile 2024 : Kingdom of the Planet of the Apes === Televiziya === 2012 : Malibu Country 2013 : CollegeHumor Originals 2013 : NCIS: Los Angeles 2014 : Reckless 2015 : Bones 2015–2017 : Bloodline 2016 : Mercy Street 2017 : Black Mirror 2019 : Mrs.
Tequ
Tequ (kor. 대구 [tɛ̝.ɡu]) — Cənubi Koreyanın dördüncü böyük şəhəri (Seul, Busan və İnçxondan sonra). Rəsmi olaraq, Tequ şəhər-metropolis (kor. 대구 광역시 Daegu-gwangyeoksi) adlanır və 2016-cı ilə qədər Könsan-Pukto əyalətinin paytaxtı idi. == Qardaşlaşmış şəhərlər == Atlanta, ABŞ; Almatı, Qazaxıstan; Sindao, ÇXR; Hiroşima, Yaponiya; Sankt-Peterburq, Rusiya; Milan, İtaliya; Plovdiv, Bolqarıstan.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Tequ stadionu
Tequ stadionu (kor. 대구스타디움, ing. Daegu Stadium, alternativ ad — Blue Arc («mavi tağ»), keçmiş adı — Daegu World Cup Stadium) — Cənubi Koreyanın Tequ şəhərində yerləşən futbol və yüngül atletika üçün nəzərdə tutulmuş stadion. Tequ futbol klubunun ev arenasıdır. Stadionda 2002 FİFA Dünya Kubokunun , 2003 Yay Universiadasının və 2011 Yüngül Atletika üzrə Dünya Çempionatının oyunları keçirilib. == Haqqında == Stadionun tikintisi 2001-ci ilin may ayında başa çatdırılmış, açılışı isə 28 iyun 2001-ci ildə baş tutmuşdur. Baş podratçı Samsung korporasiyası idi. İşlərin dəyəri 265 milyon dollar hesablanmışdı ki, bu, 2002 Dünya Kuboku oyunlarına ev sahibliyi edən Cənubi Koreyanın ən böyük stadionu idi. 2003-cü ildən Tequ futbol klubunun ev oyunları keçirilir. İlkin adı Daegu World Cup Stadium, 5 mart 2008-ci il tarixində indiki adına dəyişdirildi.