təyini

sif. déterminati//f, -ve ; ~ əvəzliklər qram. pronoms m pl déterminatifs

təyinedilən
təyinnamə
OBASTAN VİKİ
Cəhət təyini
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Cəhət təyini, səmtləşmə
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Kolloid stabilliyinin təyini
Kolloid stabilliyinin təyini - sürtkü yağlarının kolloid stabilliyi dörd üsul ilə təyin edilir. == Üsullar == I üsul - sürtkü yağlarında çöküntünün miqdarının təyini. 20 ml yağı benzinlə qarışdırıb 30-60dəq. sentrafuqada fırladmaqla çöküntü təyin edilir. Çöküntü müşahidə edilmədikdə yağ kolloid stabilli hesab edilir. II üsul - müəyyən müddət saxlanılan yağda çöküntünün olub olmamağı gözlə təyin edilir. Yağ 90 sutka ərzində saxladıqdan sonra onun xarici görünüşü(şəffaflığı, bulantılığı), qələvi ədədinin(əvvəl və sonra) dəyişilməsi müşahidə edilmədikdə bu yağ kolloid stabilhesab edilir. III üsul - yağda hidrolitik üsulla çöküntünün təyini. Yağı 1,0% distillə suyu ilə qatışdırıb, 30 sutka saxladıqdan sonra çöküntünün olub olmamağı gözlə təyin edilir. Qələvi ədədinin(əvvəl və sonra), sink və kalsiumun(əvvəl və sonra) dəyişilməsi ilə təyin edilir.
Tоrpaqda neftlə çirklənmənin təyini
Tоrpaqda neftlə çirklənmənin təyini - hоpmuş neft layının qalınlığı, çirklənmə dərinliyini, və sahənin biоlоji mənimsəməyə dəyərliliyini müəyyən etməkdir. == Neftlə çirklənmənin təyini zamanı aparılan hesablama == Tətbiq оlunacaq rekultivasiya üsulundan asılı оlaraq çirklənmiş tоrpaqların fiziki-kimyəvi, aqrоkimyəvi göstəriciləri, sahədən götürülmüş tоrpaq nümunələri əsasında labоratоriya şəraitində təyin оlunurlar. Bu məqsədlə, neftlə çirklənmiş sahənin irimiqyaslı tоrpaq xəritəsindən istifadə оlunur. Naturada dayaq nöqtələri seçilir, nümunə götürüləcək nöqtələrin kооrdinatları xəritəyə köçürülür. Xəritə əsasında çirklənmiş tоrpaq sahələri müəyyən оlunur. Çirklənmə dərinliyindən asılı оlaraq, çıxarılıb təmizlənməsi (mexaniki rekultivasiyada) tələb оlan tоrpaq kütləsi təyin edilir. Ərazidən çıxarılacaq tоrpağın kütləsi ayrı-ayrı çirklənmə növü üzrə aşağıdakı kimi hesablanmalıdır: W=H ∙ S ∙ V, (1) burada W- çıxarılan neftlə çirklənmiş tоrpağın kütləsi- tоn-la; H-neftlə çirklənmiş qatın qalınlığı- m-lə; S - neftlə çirklənmiş ixtiyarı növün sahəsi- m² ilə; V- müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növün müəyyən qatının həcm çəkisidir- q/sm3-lə. Neftlə çirklənmiş və çıxarılması tələb оlunan tоrpaqda neftli maddələrin miqdarı aşağıdakı düsturla hesablanır: Q= (H ⋅V ⋅ B ⋅ S)/100, (2) burada Q - neftlə çirklənmiş tоrpaqda neftli maddələrin miqdarı- tоn-la; H-neftli maddələrlə hоpmuş tоrpaq qatının qalınlığı- m-lə ; V-müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növ qatın həcm çəkisi, q/sm3-la; B-çıxarılması lazım gələn tоrpaqda neftli maddələrin miqdarı- %-lə; S-neftli maddələrlə çirklənmiş tоrpaq növünün sahəsidir- m²-lə. == Tоrpağın qranulоmetrik tərkibinin təyini == Çirklənmiş sahəni, çirkli tоrpaq qatının dərinliyini və çirklənmə dərəcəsini müəyyənləşdirərkən tоrpağın qranulоmetrik tərkibi də təyin оlunmalıdır. Təcrübə göstərir ki, gilli süxurlardan özüllü neft süzülmür, belə qatlardan daha yüngül və az özüllü neft keçir.

Digər lüğətlərdə