udulma spektri

ру спектр поглощения en absorption spectrum de Absorptionsspektrum fr spectre d'absorption es espectro de absorción it spettro d'assorbimento
udulma prinsipi
udulmadakı itkilər
OBASTAN VİKİ
Kütlə spektri
Kütlə spektri- Üzvi maddənin molekul kütləsini və quruluşunu təyin etmək üçündür. Kütlə spektri cihazının iş prinsipi tədqiq olunan maddənin həddindən artıq seyrəkləşdirilmiş buxarlarının güclü elektron seli ilə bombardman edilməsi zamanı əmələ gələn müsbət yüklü qəlpələrin (fraqmentlərin) öyrənilməsi əsaslanır. Elektron selinin təsirinə məruz qalan hər hansı üzvi maddə əmələ gəlməsi mümkün olan müsbət yüklü qəlpələrin hamsımı əmələ gətirir. Müsbət yüklü qəlpələr sürətləndirici lövhələr tərəfindən (onlar ənfi yüklü olur) sürətləndirilir və maqnit vasitəsilə analiz edən kameraya yönəldilir. Onların kütlələri elektrik siqnallarına çevrilib, özüyazan qurğu tərəfindən qeydə alınır. Kütlələlərinə görə alınan "qəlpələrin" təbiəti və onların toplanması ilə tədqiq olunan maddənin quruluşu təyin olunur. Kütlə spektində ən böyük "qəlpə" həmişə tədqiq olunan maddədən bir elektron qopardıqda əmələ gələn müsbət yüklü ion olur. Buna görə də kütlə spektri maddənin molekul kütləsini təyin etmək üçün ən dəqiq üsuldur. Elektronoqrafik metod da üzvi maddələrin quruluşu haqqında əhəmiyyətli məlumat almağa imkan verir. Bu üsuldan istifadə edərək, elektron dəstəsi vasitəsilə bəzi mürəkəb üzvi molekulların quruluşunu əks etdirmək, onların bir növ şəklini (fotosunu) çəkmək mümkün olmuşdur.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.