Uinstonun kollektoru

ру коллектор Уинстона en Winston collector de Winston-Kollektor fr collecteur de Winston es colector de Winston it collettore di Winston
Uinstonun güzgüsü
ultrabənövşəyi radiasiya
OBASTAN VİKİ
Cəfərxan kollektoru
Cəfərxan kollektoru – 1950-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3 kub m, uzunluğu 22 km, təsir zonasında ərazinin sahəsi 8 min hektar; Muğan-Salyan sutullayıcı ərazisində 1950-1954-cü illərdə hazırlanmış və Muğan düzündə tikilmiş əsas təsərrüfatlararası kollektorlarından biridir.
Baş Şirvan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası ərazisində çəkilmiş kollektor-drenaj sistemi. Mil, Şirvan və Qarabağ düzlərindən keçir. 1964-cı ildə istismara verilmişdir. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir. Uzunluğu 150 km olan Mil-Qarabağ və uzunluğu 70 km olan Aşağı Şirvan kollektorları ilə birləşir. Ümumilikdə 174600 ha ərazinin vəziyyətini yaxşılaşdırır.
Baş Mil-Muğan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası Mil-Muğan düzündən çəkilmiş kollektor-drenaj sistemi. Tikintisinə 1984-cü ildə başlanılmışdır. Layihə üzrə uzunluğu qolları ilə birlikdə 185,89 km olmalı idi. 1994-cü ildə uzunluğu 59 km olan birinci hissə (Sabirabad və Saatlı rayonları), 2000-ci ildə isə 52,7 km olan ikinci hissə istifadəyə verilmişdir. Suburaxma qabiliyyəti 107 m³/san təşkil edir. Drenaj sularını Xəzər dənizinə çatdırır. Azərbaycanda ilk dəfə olaraq üzərində mürəkkəb konstruksiyalı balıqqoruyucuqurğu inşa edilmişdir.