UNO

die; - Birləşmiş Millətlər Təşkilatı
unnütz
unordentlich
OBASTAN VİKİ
UNO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Ryoko Uno
Ryoko Uno (d. 9 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Çiyo Uno
Çiyo Uno (yap. 宇野千代; 28 noyabr 1897, Yokoyama[d], Yamaquçi prefekturası – 10 iyun 1996[…], Tokio[d], Yaponiya) – Yaponiya yazıçısı, nəşrçisi və dəb dizayneri. XX əsrin ən tanınmış qadın Yaponiya yazıçılarından biri hesab olunur. 1936-cı ildə qurduğu, Yaponiyanın ilk dəb jurnalı olan "Sutairu" jurnalına görə tanınır. İkinci dünya müharibəsindən sonra Qərb dünyasına ixrac etdiyi kimono dizaynları ilə məşhurlaşıb. "Rəng etirafları" (1935) və "Arvad" (1957) ən məşhur romanlarıdır. 28 noyabr 1897-ci ildə Yamaquçi prefekturasının İvakuni (keçmiş Yokoyama) şəhərində doğulub, həyatının böyük hissəsini Hokkaydo və Tokioda keçirib. Uşaqlığında evindəki qadağalara baxmayaraq, jurnal və qəzetlərə böyük marağı olub. 18 yaşında yaxınlıqdakı ibtidai məktəbdə müəllim kimi işləməyə qərar verib. Daha sonra Tokioya köçərək xidməti işlərdə işləməyə başlayıb.
Nasist UNO-ları
Elmi fantastika, konspirasiya nəzəriyyələri və yeraltı komikslər, UNO və Nasistləri əlaqələndirən hekayələr və ya iddialar yayılmışdır. Nasist UNO nəzəriyyələrinə görə İkinci Dünya Müharibəsi dövründə və ondan əvvəl qabaqcıl təyyarələrin və ya kosmik gəmilərin inkişaf etdirilməsi üçün uğurlu cəhdlərin edildiyi və bundan əlavə bu nəqliyyat vasitələri müharibədən sonra yaradıcıları ilə birlikdə Antarktida, Cənubi Amerika və ABŞ-dakı gizli yeraltı bazalarda qorunması iddia edilir. Mediya kanonunda UFO nəqliyyat vasitələri üçün bir neçə kod adı və ya alt təsnifatı təyin edilmişdir: Rundflugzeug, Feuerball, Diskus, Haunebu, Hauneburg-Geräte, V7, VRIL, Kugelblitz, Andromeda-Geräte, Flugkreisel, Kugelwaffen, Reichsflugscheiben Vril, Nasist Almaniyasının istehsal etdiyi iddia edilən uçan nəlbəki modelidir. Bu şəhər əfsanəsinə görə almanlar İkinci Dünya müharibəsinin əvvəlində, xüsusən dünyada Hitlerin təşviqi ilə; İkinci Dünya Müharibəsində əhəmiyyətli fayda verəcək əhəmiyyətli hadisələri, ixtiraları və kəşfləri araşdırmaq üçün bir qrup topladılar. Komanda, Ararat dağının yaxınlığındakı bir əfsanəni araşdırmaq üçün Türkiyəyə gəldi. Region sakinlərin dediyinə görə, uçan dairə şəklində dolaşan bir obyekt Ararat dağına düşmüşdü. Komanda qazıntı işlərinə başladı və qısa müddətdə uçan dairəni tapdı. Şayiələrə görə, uçan dairə havada dövrə vururdu və istənilən fiziki müdaxiləyə tez reaksiya verirdi. Almaniyaya aparılmış uçan dairənin aparılmış tədqiqatlar nəticəsində alman versiyası istehsal edildi. Vril adlı bu insan istehsalı olan uçan dairə, yüksək sürətlərə çata bilir və daha az yanacaq sərf edirdi.
Tehran UNO hadisəsi
1976-cı il Tehran UNO hadisəsi — 19 sentyabr 1976-cı ildə səhər saatlarında İranın paytaxtı Tehranda həm vizual olaraq, həm də radarlar vasitəsilə uçan naməlum obyektin (UNO) görünməsi hadisəsidir. Hadisə obyektin yaxınlığında radioelektron maneələrin müşahidə olunması ilə diqqət çəkir: UNO-lara tərəf uçan iki F-4 Phantom II təyyarəsi ilə əlaqə kəsilmiş, obyektə yaxınlaşdıqda göyərtədəki avadanlıqlar və təyyarələrdən birinin silah sistemləri müvəqqəti olaraq sıradan çıxmışdı. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Ağ Evə, ABŞ Dövlət Katibinə, Qərargah Rəislərinin Birləşmiş Komitəsinə, Milli Təhlükəsizlik Agentliyinə və Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim etdiyi dörd səhifəlik hesabatında geniş şəkildə işıqlandırılan hadisə, tarixdə hərbçilərlə əlaqəli ən yaxşı sənədləşdirilmiş anomal hadisələrindən biridir. 19 sentyabr 1976-cı il tarixdə, yerli vaxtla təxminən 00:30-da, İran Hərbi Hava Qüvvələrinin Tehran komandanlığına Şemiranat şəhristanı sakinlərindən gecə səmasında qeyri-adi aktivlik barədə dörd telefon zəngi gəldi. Zəng edənlərin bəziləri quşa bənzər bir cisimdən, bəziləri parlaq işıqlı bir helikopterdən bəhs edirdilər. Havada helikopter olmadığı məlum olduqda, şəhristanın hava qüvvələrinin komandiri general Yusifi ilə əlaqə yaradıldı. General əvvəlcə müşahidə olunan parıltının normal ulduz işığı olduğunu düşünürdü, lakin Mehrabad beynəlxalq hava limanının dispetçer xidməti ilə məsləhətləşəndən və yerdən görünən ulduzlardan ölçücə daha böyük bir parlaq cismi şəxsən müşahidə etdikdən sonra hərbi-hava qüvvələrinin Tehrandan 282 km qərbdə yerləşən Həmədandakı Şahruxi hərbi bazasından bir ədəd F-4 Phantom II önləmə təyyarəsini qaldırmağa qərar verdi. Saat 01:30-da kapitan Məhəmməd Rza Əzizxaninin idarə etdiyi F-4 havaya qalxdı və Tehranın 64 kilometr şimalındakı bir nöqtəyə doğru irəlilədi. Obyekt o qədər parlaq idi ki, 112 kilometr uzaqdan görünürdü. Təyyarə obyektə təxminən 40 kilometr yaxınlaşdıqda, onun bütün avadanlıqları söndü və rabitə kəsildi, bu da Əzizxanini istiqamətini dəyişməyə və yenidən bazaya qayıtmağa məcbur etdi.
İino UNO Muzeyi
İino UNO Muzeyi (福島市飯野UFOふれあい館, Fukuşima İino UFO Fureaykan) – Yaponiyanın Fukuşima prefekturasının İino qəsəbəsində yerləşən muzey. Uçan naməlum obyektlərə və yadplanetlilərə həsr olunmuşdur. Muzeyin yerləşdiyi İino qəsəbəsi Yaponiyada "UNO-ların evi" kimi tanınır və qəsəbənin gəlir mənbələrindən biri UNO turizmidir. Belə ki, burada tez-tez UNO müşahidələri qeydə alınmışdır və iddialara görə qəsəbə ətrafında yerləşən bir çox qayalıq yadplanetlilər tərəfindən qoyulmuşdur. Muzeyin yanında yerləşən Senqanmori dağının əslində yadplanetlilər tərəfindən tikilmiş piramida olduğu, dağdan baza kimi istifadə olunduğu iddia olunur. Qəsəbənin UNO-larla olan əlaqəsini işıqlandırmaq üçün hökumətin dəstəyi ilə 1992-ci ildə İino UNO Muzeyi açılmışdır. Muzeyin indiki direktoru Toşio Kannodur. Muzey binası uçan boşqab formasındadır. Muzeydə UNO-lar və digər müəmmalara aid 935 CİA sənədi nümayiş etdirilir və sərgilər keçirilir. Muzeyin məqsədi UNO-ların fotolarını və videolarını toplamaq, UNO-lar haqqında tədqiqat işləri aparmaqdır.
Uno (kart oyunu)
UNO! ABŞ-də yaranan stolüstü oyundur . Ən azı 2 nəfərlə oynanılır. Oyunun məqsədi əlindəki kartları hamıdan əvvəl bitirməkdir.
Azərbaycanda UNO görülməsi halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. == 1952 == Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. == 2014 == Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
İstanbul Beynəlxalq UNO muzeyi
İstanbul Beynəlxalq UNO muzeyi (İstanbul Uluslararası UFO Müzesi) Türkiyədə ilk olan Dünyadakı 4 UNO muzeyindən biridir. Muzey Sirius UNO Kosmos Elmləri Araşdırma Mərkəzi və onun prezidenti Türk araşdırmaçı ufoloq Haktan Akdoğan tərəfindən 18 Yanvar 2001-ci ildə qurulub.2005-ci ildə muzeyin Kapadokya və Denizli şöbələri açılmışdır. Muzey Türkiyənin İstanbul şəhərində Beyoğlu küçəsində yerləşir.
Azərbaycanda UNO müşahidə halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. == 1952 == Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. == 2014 == Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
UNOOSA
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu (ing. United Nations Office for Outer Space Affairs (UNOOSA)), kosmosun dinc məqsədlərlə istifadəsi üçün beynəlxalq əməkdaşlıqdan məsul olan Birləşmiş Millətlər Təşkilatının bürosudur. Bu şöbə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinin beynəlxalq kosmik hüquqa dair öhdəliklərini yerinə yetirməklə yanaşı, beynəlxalq əməkdaşlıqda xüsusi maraq göstərən Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin (COPUOS) katibliyi vəzifəsini də yerinə yetirir. Mərkəzi, Avstriyanın Vyana şəhərindəki Birləşmiş Millətlər Təşkilatının binasında yerləşir. UNOOSA, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platformasını (UN-SPIDER) idarə edir.