uzaq olsun!

Heaven forbid! / on no account / to perish the thought! / save us! не дай бог! / подальше от … / боже упаси!
uzaq olmaq
Uzaq yerin arpasından yaxın yerin samanı yaxşıdır.
OBASTAN VİKİ
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Uzaq sahillərdə
Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. == Məzmun == Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur. == Film haqqında == Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı.
Uzaq (film, 2002)
Uzaq — 2002-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. == Film haqqında == Yenə Müzəffər Özdemir, Emin Toprak və Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu dəfə "Kann"da "Jüri mükafatı" Nuriyə bu böyük filminə görə təqdim edilir. "Antalya", "İstanbul", "Ankara", "Meksika", "Çikaqo", "Monpelye", "Trieste", "Beyrut" film festivallarında, "Siyad" və "Orhan Anburnu mükafatları"nda qucaq dolusu mükafatlar qazanır. "Uzaq" avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin həyatına bələd olan insan bu filmdə onu asanlıqla görə bilər. Mükəmməl görüntülərlə Avropa rejissorlarına meydan oxudu bu filmi ilə Nuri və illər sonra Kannda yenə alqışlar bir Türk üçün coşdu. Yusuf Güney və Şerif Görenden sonra Nuri Bilge Ceylan vətənini layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi olan filmlə. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı və hazırda da müxtəlif sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri kimi qeyd olunur. Nuri bu filmi ilə Kşiştof Keslevski və Tarkovskidən təsirlənib.
Uzaq Sahillərdə (1958)
Uzaq gələcəyin xronologiyası
Gələcək heç vaxt tam dəqiqliklə proqnozlaşdırıla bilməsə də, müxtəlif elm sahələrindəki mövcud anlayışlar, yalnız ən geniş kontekstdə olacağı təqdirdə, uzaq gələcəkdə baş verəcək və ya baş vermə ehtimalı olan hadisələrin təxmin edilməsinə imkan verir. Bu sahələrə planetlərin və ulduzların necə meydana gəldiyini, bir-birinə qarşılıqlı təsir etdiyini və ölməsini ortaya qoyan astrofizika, maddə və radiasiya meydana gətirən ən kiçik hissəciklərin təbiətini öyrənən hissəciklər fizikası, zamanla həyatın necə inkişaf edəcəyini proqnozlaşdıran təkamül biologiyası və qitələrin minilliklər boyu necə dəyişdiyini tədqiq edən plitələr tektonikası daxildir. Yerin, Günəş sisteminin və kainatın gələcəyinə dair bütün proqnozlar entropiya və ya iş üçün lazım olan enerji itkisinin vaxtla artmalı olduğunu ortaya qoyan termodinamikanın ikinci qanununu nəzərə almalıdır. Ulduzlar gec-tez öz hidrogen yanacağını tükəndirəcək və əbədi olaraq sönəcəklər. Cazibə qüvvəsindən asılı olaraq öz ulduz sistemləri ətrafında dövrə vuran planetlər kimi astronomik obyektlər və bu ulduz sistemlərinin içində olduğu qalaktikalar arasında toqquşmalar da qaçınılmazdır. Fiziklər ən sabit maddələrin də subatom hissəciklərinə parçalandığı bildikləri üçün maddənin nəticədə radioaktiv çürümənin təsiri altında olacağını gözləyirlər. Mövcud elmi araşdırmalar kainatın düz bir həndəsəyə (və ya düzə çox yaxın) sahib olduğuna və bu kainat sona çatdıqdan sonra özündə dağılmayacağına və sonsuz gələcək bir sıra kütləvi qeyri-mümkün hadisələrin baş verməsinə, məsələn, Bolsman beyninin əmələ gələcəyinə işarə edir. Burada göstərilən vaxt cədvəli XI minilliyin əvvəllərindən gələcək zamanın ən uzaq nöqtələrində baş verəcək və ya baş vermə ehtimalı olan hadisələri əhatə edir. İnsanların məhv olacağı, protonların çürüməsi və Günəşin qırmızı nəhəngə çevrildiyi zaman yerin yaşayıb-yaşamayacağı kimi hələ də həll olunmamış bir sıra alternativ hadisələr cədvəldə verilmişdir.
Uzaq Şərq bəbiri
Uzaq Şərq bəbiri (lat. Panthera pardus orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Çılğın izdihamdan uzaq
Çılğın İzdihamdan Uzaq (ing. Far From The Madding Crowd) ingilis yazıçı Tomas Hardinin 1874-cü ildə yayımlanmış dördüncü və ən məşhur romanlarındandır. Əsər ilk dəfə Chornhill Magazine adlı jurnalda, aylıq olaraq hissə-hissə yayımlanmış və böyük nailiyyət əldə etmişdir. Müəllif, 1895 və 1901-ci illərdə əsər üzərində əlavə və dəyişikliklər etmişdir. Hardi, romanın adını, ingilis şair Thomas Grayin şeirində keçən 'Far From the madding crowds ignoble strife' cümləsindən götürmüşdür. Müəllifinə böyük şöhrət qazandıran əsər 1915, 1967, 1998 və 2015-ci illərdə filmə də adaptasiya edilmişdir. == Məzmun == Romanın əsas qəhrəmanı Qabriel Oak adlı bir çoban və Bathsheba Everdene adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir.
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Qəhrəmanlara Eşq Olsun! (1981)
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)

Uzaq sahillərdə (film, 1958)
Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. == Məzmun == Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur. == Film haqqında == Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı.
Uzaq İspaniya (Roma əyaləti)
Uzaq İspaniya (latın dilində:Hispania Ulterior) - qədim Roma respublikasının Pireney yarımadasında, müaasir İspaniyanın Əndəlus və Qvadalkvivar və Qalisiya ərazilərində və İspaniya ərazisində yerləşən əyaləti. == Haqqında == İkinci Pun müharibəsi ərəfəsində İspaniyada karfagenlilərin hakimiyyəti altında olan ərazilərin əsas hissəsi romalılar tərəfindən Uzaq İspaniya adlandırılmışdır. İkinci Pun müharibəsinin gedişində romalılar tərəfindən bu ərazilər işğal edilmişdi. Kantabriya müharibələri nətcəsində Pireney yarımadası romalılar tərəfindən tamamilə işğal edildikdən sonra Uzaq İspaniya Luzitaniya və Betika əyalətlərinə bölündü. Uzaq İspaniyanın müasir Qalisiya ərazisindəki əraziləri Tarrakon İspaniyası əyalətinin tərkibinə daxil edildi. Uzaq İspaniya əyaləti pretor tərəfindən idarə olunurdu. Poma imperatorları Trayan, Adrian, I Feodosi İspaniyada anadan olmuşlar.Qonarinin hakimiyyəti döbründə İspaniya vestqotlar tərəfindən işğal olundu. == Mənbə == == Литература == Tilmann Bechert u. a. (Hrsg.): Orbis Provinciarum.
Uzaq Şərq Federal Dairəsi
Uzaq Şərq federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının ucqar şərq hissəsini tutur. Tərkibinə Saxa (Yakutiya) respublikası, Yəhudi muxtar vilayəti, Çukotka muxtar mahalı, Primorye və Xabarovsk diyarları, Amur, Kamçatka (Koryak muxtar mahalı ilə), Maqadan və Saxalin vilayətləri daxildir. Sahəsi 6215,9 min km.-dir. == Coğrafiyası == Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri daha çox özünü büruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berinq dənizləri yuyur. Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları daxildir.
Uzaq şərq mavi quşu
Uzaq Şərq Mavi quşu və ya Sialia sialis – açıq meşə, əkin və bağlarda aşkar olunan kiçik qaratoyuqa bənzər, şəhər ərafında məskunlaşan quş. Missuri və Nyu-York da bu quşlar şəhər simvolu olaraq qorunur.
Çox uzaq körpü (film)
Çox uzaq körpü (ing. A Bridge Too Far) — 1977-ci ildə İkinci Dünya müharibəsi zamanı Müttəfiqlərin uğursuz Hollandiya əməliyyatını təsvir edən ABŞ və Birləşmiş Krallıq epik müharibə filmi. Tarixçi Kornelius Rayanın eyniadlı qeyri-bədii kitabı əsasında çəkilən filmin rejissoru Riçard Attenboro və ssenaristi Vilyam Qoldmandır. Rollarda Dirk Boqard, Ceyms Kaan, Maykl Keyn, Şon Konneri, Edvard Foks, Elliott Quld, Cin Hekman, Entoni Hopkins, Hardi Krüger, Lourens Olivye, Rayan O'Nil, Robert Redford, Maksimilian Şell və Liv Ulmann. Prodüserliyi Riçard və Cozef Levin tərəfindən müstəqil olaraq edilən film "Ən uzun gün"dən (1962) sonra Rayanın kitabı əsasında ekrana uyğunlaşdırılan ikinci film idi. Bu, "Bu, onların şöhrətidir" (1946) filmindən sonra İkinci Dünya müharibəsində uğursuzluğa düçar olmuş Hollandiya əməliyyatının hadisələri əsasında çəkilən ikinci film idi. Film Niderlandda çəkilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Goldman, William, William Goldman's Story of a Bridge Too Far, Coronet Books, 1977, ISBN 978-0-340-22340-6 [NB: Book has no page numbers] == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Çox uzaq körpü — IMDb səhifəsi Çox uzaq körpü Box Office Mojo-da Çox uzaq körpü AllMovie saytında Çox uzaq körpü TCM Movie Database saytında Çox uzaq körpü Amerika Film İnstitut kataloqunda "A Bridge Too Far". at British Cinema Greats. 2008-03-29 tarixində arxivləşdirilib.
Uzaq Şərq federal dairəsi
Uzaq Şərq federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının ucqar şərq hissəsini tutur. Tərkibinə Saxa (Yakutiya) respublikası, Yəhudi muxtar vilayəti, Çukotka muxtar mahalı, Primorye və Xabarovsk diyarları, Amur, Kamçatka (Koryak muxtar mahalı ilə), Maqadan və Saxalin vilayətləri daxildir. Sahəsi 6215,9 min km.-dir. == Coğrafiyası == Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri daha çox özünü büruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berinq dənizləri yuyur. Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları daxildir.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az.-əski. او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az.-əski. مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Əməyə eşq olsun (film, 1950)
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. == Haqqında == Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. == Tədqiqi == Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. == Məzmun == Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. == Filmin heyəti == === İstehsalçı heyət === === Rollarda === === Filmi səsləndirənlər === Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) == İstehsal == Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
Uzaq yaşıl ada (film, 2004)
Uzaq Şərq beynəlxalq hərbi tribunalı
Uzaq Şərq beynəlxalq hərbi tribunalı — İkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir. == Məhkəmə heyəti == Məhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.
Çox uzaq körpü (film, 1977)