VAQRANKA
VALAY, VALAYLAMA
OBASTAN VİKİ
De Val
De Vaal — Şimali Hollandiya əyalətində yerləşən kənd. Den Helder şəhərinin şimalında 15 km aralıqda yerləşir. 2001-ci il statistikasına istinadən bölgədə 188 nəfər yaşayır. 0.06 km2 ərazidə təxminən 78 yaşayış məntəqəsi mövcuddur.
Dirsəkli val
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir. Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi. Dirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil.
Devyatı Val adası
Devyatı Val adası (azərb. Doqquzuncu dalğa‎) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Şikotan adasının cənubunda Ayvazovski buxtasında qərarlaşır. Şikotan adasından 100 metrlik boğaz ayırır. Ayvazovski butasında, adadan cənub-qərbdə Ayvazovski adası yerləşir.
Edqar de Val
Edqar de Vahl (Edgar de Wahl, 23 avqust 1867 - 9 mart 1948) Baltik alman müəllimi, riyaziyyatçı və dilçi idi. O, ilk dəfə 1922-ci ildə nəşr olunan Hind-Avropa dillərinə əsaslanan naturalist qurulmuş bir dil olan Interlingue (həyatı boyunca "Oksidental" kimi tanınır) yaradıcısı olması ilə məşhurdur. Edgar von Wahl. Flexion und Begriffsspaltung. – Linguist 1896, nr 10. Edgar von Wahl. Ausnahmen. – Linguist 1897, nr 3. Edgar de Wahl. [Idiom neutral reformed].
Eduvil (Val-d'Uaz)
Eduvil (fr. Hédouville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 282 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimalında, Serji bələdiyyəsinin 16 km şimal-şərqində yerləşir.
Ennri (Val-d'Uaz)
Ennri (fr. Ennery) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 2.062 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimal-qərbində, Serji bələdiyyəsinin 6 km şimal-şərqində yerləşir.
Eruvil (Val-d'Uaz)
Eruvil (fr. Hérouville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 559 nəfər (2004). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km şərqində yerləşir.
Ezanvil (Val-d'Uaz)
Ezanvil (fr. Ézanville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 8.825 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimalında, Serji bələdiyyəsinin 23 km şərqində yerləşir.
Frankonvil (Val-d'Uaz)
Frankonvil (fr. Franconville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Frankonvil. Əhalisi — 32.988 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimal-qərbində, Serji belediyyənin 14 km cənub-şərqində yerləşir.
Frankonvil (Val-d’Uaz)
Frankonvil (fr. Franconville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Frankonvil. Əhalisi — 32.988 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimal-qərbində, Serji belediyyənin 14 km cənub-şərqində yerləşir.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
La Val
La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. 30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir. Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir. 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar. Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir. Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.
Martin Val
Martin Val (dan. Martin Vahl, 10 oktyabr 1749, Bergen – 24 dekabr 1804, Kopenhagen) — Danimarka (Norveç) botaniki və zooloqu. Christensen, Carl (1932) Martin Vahl, pp. 85–88 in: Meisen, V. Prominent Danish Scientists through the Ages. University Library of Copenhagen 450th Anniversary. Levin & Munksgaard, Copenhagen. Flora Danica. The Royal Copenhagen Porcelain Manufactory’s page on the Flora Danica dinner set. Facsimile of Enumeratio plantarum, Hauniae, 1805–1806.
Paylayıcı val
Paylayıcı val qazpaylayıcı mexanizmin əsas hissəsi olub, daxili yanma mühərrikində qazın verilməsini və çıxışını, həmçinin işçi taktını sinxronizə etməyə xidmət edən dirsəkli valdır. Müasir avtomobillərdə paylayıcı val silindr blokunun üst tərəfində yerləşdirilir və dirsəkli valla qayış və ya zəncirlə əlaqələndirilir. Paylayıcı vallar dirsəkli vala nisbətən iki dəfə kiçik sürətlə fırlanır, çünki dirsəkli valın iki dövrü bir iş tsiklini yaradır (dördtaktlı mühərriklərdə). Valın üzərində yerləşən dirsəklərin sayı sorma və xaricetmə klapanların sayına bərabərdir. Beləliklə hər klapana bir dirsək uyğun gəlir, hansı ki, klapan itələyicilərinin dəstəklərinə toxunaraq onu açır. Dirsək klapanı sətbəst buraxdıqda o, güclü geriyə itələmə yayların köməyi ilə sürətlə qapanır. Paylayıcı val mühərrik boyu uzanır. Sorma və xaricetmə dirsəklərində əlavə olaraq, hər silindrdə püskürtmə nasosunu işə salan yanacaq dirsəyi nəzərdə tutulur. İki istiqamətdə fırlanan mühərriklərdə hər bir istiqamət üçün nəzərdə tutulmuş paylayıcı vallar yanaşı yerləşdirilir. Valı şaquli istiqamətdə hərəkət etdirməklə lazımı valı işə salmaq olur.
Val-d'Uaz
Val-d'Uaz (fr. Val-d'Oise, hərfən — «Uaza vadisi») — Fransanın şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi —95. İnzibati mərkəzi — Pontuaz. Əhalisi — 1 187 836 nəfər (departamentlər arasında 17-ci yer, 2010-cu ilin məlumatları). Sahəsi — 1246 km². Departamentin ərazisində Sena və Uaza çayları axır. Departamentə 3 rayon, 39 kanton və 185 kommun daxildir. Val-dd'Uaz — 1968-ci ilin 1 yanvar tarixində keçmiş Sena və Uaza departamentlərinin ərazisində yaradılmışdır.
Val-de-Alkala
Val-de-Alkala (isp. Vall de Alcalá) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 24,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 185 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 80 km uzaqlıqda yerləşir.
Val-de-Ebo
Val-de-Ebo (isp. Vall de Ebo) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 32,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 272 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 110 km uzaqlıqda yerləşir.
Val-de-Laqvart
Val-de-Laqvart (isp. Vall de Laguart) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 22,96 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 981 nəfərə çatmışdır.
Val-de-Marn
Val-de-Marn (fr. Val-de-Marne, hərfən — «Marna vadisi») — Fransanın mərkəz hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 94. İnzibati mərkəzi — Kretey. Əhalisi — 1,333,702 nəfər (departamentlər arasında 11-ci yer, 2011-ci ilin məlumatları). Ərazi — 245 km². Parisin cənub və şərq-cənubuna yerləşən departamentin ərazisində Sena və Marna çayları axır. Val-de-Marna departamenti 1968-ci il yanvarın 1-də yaradılmış, Sena (29 kommun) və Sena və Uaza (18 kommun) keçmiş departamentlərin tərkibinə daxil edilmişdir. Adı Marna çayından gəlir.
Val-de-Pre
Val-de-Pre (fr. Val-des-Prés, oks. Vau dels Prats) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05174. 2008-ci ildə əhalinin sayı 502 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 325 nəfərdən (15-64 yaş) 265 nəfəri iqtisadi cəhətdən, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 81.5%, 1999-cu ildə 75.7%). Fəal olan 265 nəfərdən 249 nəfər (138 kişi və 111 qadın) işləyir, 16 nəfər işsizdir (8 kişi və 8 qadın).
Val-de-Qalinera
Val-de-Qalinera (isp. Vall de Gallinera) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 53,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 662 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 95 km uzaqlıqda yerləşir.
Val-de-Şalvan
Val-de-Şalvan (fr. Val-de-Chalvagne, oks. Vau de Chalvanha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04043. 2008-ci ildə əhalinin sayı 65 nəfər təşkil edirdi. 2007-ci ildə 43 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83,7%, 1999-cu ildə 60.0%). Fəal 36 nəfərdən 35 nəfəri (20 kişi və 15 qadın), 1 nəfər işsiz idi.
Val-d’Uaz
Val-d'Uaz (fr. Val-d'Oise, hərfən — «Uaza vadisi») — Fransanın şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi —95. İnzibati mərkəzi — Pontuaz. Əhalisi — 1 187 836 nəfər (departamentlər arasında 17-ci yer, 2010-cu ilin məlumatları). Sahəsi — 1246 km². Departamentin ərazisində Sena və Uaza çayları axır. Departamentə 3 rayon, 39 kanton və 185 kommun daxildir. Val-dd'Uaz — 1968-ci ilin 1 yanvar tarixində keçmiş Sena və Uaza departamentlərinin ərazisində yaradılmışdır.
Val Conson hadisəsi
Val Conson hadisəsi (ing. Val Johnson incident) — ABŞ-nin Minnesota ştatının Marşall qraflığında işləyən şerif müavini Val Consonun 1979-cu ildə uçan naməlum obyektlə qarşılaşması iddiasına verilən ad. Conson verdiyi raportda bildirmişdir ki, 27 avqust 1979-cu il tarixində Minnesota ştatının Stiven şəhəri yaxınlıqlarında patrul çəkirdi. O, saat 02:00 radələrində yolunda üzərində işıq şüası görür. Bu işıq şüası ona doğru sürətlənir, onun avtomobili işığa bürünür və o, şüşənin qırılması səsini eşidir. Conson demişdir ki, o, 39 dəqiqə hüşunu itirmişdi. Hüşunu geri alan zaman o, qol saatının və avtomobil saatının 14 dəqiqə geridə olduğunu görür. Avtomobilin külək şüşəsi parça-parça olub, bir avtomobil fənəri və fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş qırmızı işıq zərər görmüş, avtomobilin radio antenni əyilmişdir. Consonun yardım çağırışına cavab verən polis işçiləri onun avtomobilinin yolun üzərində, yanakı vəziyyətdə olduğunu görmüşdür. Conson bu hadisə əzilmiş və göz qıcıqlanması yaşamışdır.
Val-d'Aran
Val-d'Aran Kataloniyanın şimal-qərb hissəsində yerləşən bir dairədir. Dairənin ərazisi 620.5 km², əhalisi isə 7130 nəfər təşkil edir. Regionun rəsmi dili Aranes dilidir. Paytaxtı isə Vielha e Mijaran şəhəri hesab edilir.
Cucumis melo var. bos-valdy
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Cəsarət Valehov
Cəsarət Valehov (31 mart 1974, Qutqaşen) — fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Təhsil İnstitutu direktor müavini Bakı Dövlət Universiteti –"Hüquqşünaslıq" fakültəsi, bakalavr (fərqlənmə diplomu) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – "Siyasi idarəetmə" fakültəsi, magistratura (fərqlənmə diplomu) Bakı Dövlət Universiteti- əyani aspirantura Corc Vaşinqton Universiteti (ABŞ)- Fulbrayt proqramı məzunu Azərbaycan Televizya və Radio Yayımları Şirkətində redaktor Gənclər Təşkilatları Milli Şurası Məclisinin sədri AMEA-nın Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun "Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" şöbəsinin elmi işçisi Qərb, Bakı Mühəndislik və Dövlət Pedaqoji universitetlərində pedaqoji fəaliyyət (baş müəllim, dosent) Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinidə "Açıq Dərs" təhsil layihəsinin müəllifi və moderatoru Azərbaycan RespublikasıTəhsil İnstitutunun aparıcı elmi işçisi/dosent Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqlələr sektorunun müdiri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Müşaviridi 1 monoqrafiya, 30-dan çox elmi məqalə, 500-dən çox teleproqramın müəllifi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Evlidir. İki övladı var. Azərbaycan, rus, ingilis, türk dilini bilir "Şuşa maarifi" (sənədli-bədii filmi- 2022) "Şəki maarifi" (sənədli film- 2023) "Açıq Dərs" təhsil tok-şousu (2005–2013) "Böyük türk" (sənədli film- 2007) Əşrəf Hüseynov.
Darevskia valentini
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Dağ vallabisi
Dağ vallabisi (lat. Petrogale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Digitalis purpurea var. valida
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Dünya valyuta sisteminin təkamülü
Effektiv valyuta məzənnəsi
Erjebet Valkay
Erjebet Valkay (6 mart 1979) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. Erjebet Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Erjebet Valkay, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Ernesto Valverde
Ernesto Valverde (9 fevral 1964) ― İspaniya keçmiş futbolçusu və məşqçisi.
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer (alm. Frank-Walter Steinmeier‎; 5 yanvar 1956, Detmold, Almaniya) - alman siyasətçi, Almaniyanın prezidenti(19 mart 2017-ci ildən). Prezident seçilməmişdən öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləmiş, 2007-2009-cu illər isə vitse kansler olmuşdur. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.
Frans Adam fon Valdeşteyn
Frans Adam fon Valdeşteyn (alm. Franz Adam von Waldstein‎; 14 fevral 1759, Vyana – 24 may 1823) — Macarıstan botaniki. Frans Adam fon Valdeşteyn toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. «Descriptiones et icones plantarum rariarum Hungariae», Vena, 1803—1812 Waldsteinia Willd. — Rosaceae fəsiləsinə aid bitki cinsi Növlər: Campanula waldsteiniana Roem. et Schult. Salix waldsteiniana Willd.
Hallux valgus
Hallux valgus — Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. (lat. hallux — baş ayaq barmaq; lat.
Hordeum vulgare var. valentinae
II Valid
II Valid və ya Valid ibn Yəzid (ərəb. الوليد بن يزيد‎ 706 — 17 aprel 744) — 743-744-cü illərdə hakimiyyətdə olmuş əməvi xəlifəsi. Hakimiyyəti əmisi Hişam ibn Əbd əl-Malikdən almışdır. II Valid 6 fevral 743-cü ildə Hişamın vəfatından sonra taxta çıxmışdır. Ət-Tabari Validin bir neçə şeirindən misal çəkir. Valid kənizdən olan iki oğlunu varisi elan etdikdən sonra ailə daxilində gərginlik yaranmış və sonda o qətlə yetirilmişdir. Validin xələfi əmisi oğlu III Yezid olmuşdur. Muhammad ibn Jarir al-Tabari. History, v. 26 "The Waning of the Umayyad Caliphate, " transl.

Digər lüğətlərdə