German Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus.
== Həyatı ==
Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi.
Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.