Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Udin
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины, ing. Udi people) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Oktomberi kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. == Adlandırılması == Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır.
Bertil Ulin
Bertil Ulin (ing. Bertil Ohlin; 23 aprel 1899[…] – 3 avqust 1979[…]) — isveçli iqtisadçı və siyasətçi. == Həyatı == Bertil Ulin 1917-ci ildə Lund Universitetindən məzun olmuşdur. 1923-cü ildə Harvard Universitetində magistr, 1924-cü ildə isə Stokholm Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1925–1929-cu illərdə Kopenhagen Universiteti, 1929–1965-ci illərdə isə Stokholm İqtisadiyyat məktəbində professor olaraq işləmişdir. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir. Ölkəsində siyasət ilə məşğul olmuşdur və İsveç Liberal Xalq Partiyasının rəhbəri olmuşdur. Bu partiya 1944–1967-ci illərdə iqtidarda olan İsveç Sosial Demokrat Partiyasından sonra əsas müxalifət partiyası olmuşdur. 1944–1945-ci illərdə II Dünya müharibəsi illərində birgə qurulan hökumət kabinetində Ticarət naziri olaraq fəaliyyət göstərmişdir. İqtisadiyyata ən böyük xidməti Eli Hekşer tərəfindən ortaya atılan beynəlxalq ticarət nəzəriyyəsini təkmilləşdirmək olmuşdur.
Lujin boğazı
Lujin boğazı — Sakit okeanına daxil olan Ançiferova adasını Paramuşir adasından ayırır. Oxot dənizini Dördüncü Kuril boğazı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 15 km təşkil edir. Dərinliyi 700 m-ə çatır. Şərq sahilində Fusso vulkanı vardır. Boğazda Neproydennıy, Kapustnıy (Paramuşir),Terkut (Ançiferova) burunları vardır. Bura Fusso və Selasura çayları tökülür. Mərkəzi hissədə Mayora körfəzi yerləşir. Kapustıy burnundan Lujina boğazı Dördüncü Kuril boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Ubin adası
Ubin adası (malay Pulau Ubin) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir. Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir. == Nəqliyyat == Adaya Çanqi sərnişin limanından bərə ilə getmək mümkündür. Adaya 10 dəqiqə müddətində çatmaq mümükündür.
Udin dili
Udi dili – Udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. == Dialektlər == Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir. == Udi əlifbası == Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.Kiril əlifbası əsasında yaradılmış Udin dilinin əlifbası (1974-cü il):.
He Jin
He Jin (3 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == He Jin, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra He Jin, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Fujin (Mortal Kombat)
Fujin (ing. Fujin) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mortal Kombat Mythologies: Sub-Zero seriyasında peyda olmuş, Mortal Kombat 4 oyununda isə oynanılan personaj kimi canlandırılmışdır. Fujin "Mortal Kombat" seriyalarında tanrılardan biri kimi göstərilir.
Kim Jin-Son
Kim Jin-Son (27 aprel 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Jin-Son Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Voo-Jin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Çang Hye-Jin
Çhan He Cin (13 may 1987, Tequ) — Cənubi Koreyalı oxatan. Çang Hye-Jin 2013-cü ildə Dünya Çempionatında bir qızıl, 2016-cı ildə Olimpiya Oyunlarında isə iki qızıl medal qazanıb. == Karyerası == Çang Hye-Jin karyerasında birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Çang Hye-Jin Türkiyənin Antalya şəhərində Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra isə o, Asiya Oyunlarında fərdi yarışlarda gümüş, komanda hesabında isə qızıl medal qazandı. Çang Hye-Jin karyerasının əsas uğurunu isə 2016-cı ildə Olimpiya Oyunlarında qazandı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan yarışlarda 1-ci yeri tutaraq qızıl medal qazandı. Komanda hesabında isə Çang Hye-Jin Çoi Mi-Sun və Ki Bo-Bae ilə birgə XXXI Yay Olimpiya Oyunlarının iki qat çempionu oldu.
Chang Fu Jin Mao Tower
Chang Fu Jin Mao Tower (Çincə:长富金茂大厦) — Çinin Quanqdonq vilayətinin Şenzen şəhərində yerləşən çoxmərtəbəli binadır. Binanın hündürlüyü 303 metrdir. Tikintisi 2011-ci ildə başlanıb və 2016-cı ilin yanvar ayında başa çatmışdır.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Ajen
Ajen (fr. və oks. Agen) — Fransanın Yeni Akvitaniya regionunda yerləşən Lo və Qaronna departamentinin inzibati mərkəzi. 162 metrə çatan Ermitaj təpəsinin ətəyində Qaronna sahillərində yerləşir. Əhalisi — 30 170 nəfər (1999). == Tarixi == İlk olaraq Yuli Sezar tərəfindən "Qalli müharibə haqqında notlar" da Aginnum kimi deyilir, nitiobriq qəbilənin şəhəri. 509-cu ildə Xlodviq tərəfindən fəth edilmişdir.
Ajio
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Bjni
Bicni — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında, Qafqazın 5 verstlik xəritəsində Bicni kimi qeyd edilmişdir. == Toponimi == Toponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır. == Əhalisi == Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Dvin
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni.Emin QuliyevEmin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) —Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Abdullayev — Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum terrorun qurbanı. Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — “Gənc qızıl qələmlər” ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Çjan
Çjan şanyü (v. 85) — 63-cü ildə hakimiyyətə gəldi. Onun dövründə Hun tarixində canlanmalar başlandı. Şimal Hunlarına qarşı danışıqlara başlandı. Çjan sienbilərlə müttəfiqliyə girərək şimalla müharibələrə yenidən davam etmək istəsə də imperator hər iki hun dövlətini ələ keçirmək istədiyi üçün imkan vermədi. Çjan şanyü 85-ci ildə vəfat etdi. Onun dövründə hunların çinliləşməsi prosesi başladı.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. == Ümumi məlumat == Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. == Əkin dövriyyəsi == Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.