V əsrdə Roma imperiyasının qərb əyalətlərinə soxulan və faktiki olaraq bu imperiyanı süquta yetirən german tayfaları olduqca çoxsaylı idilər. Bu tayfalardan birinin üzvləri özlərini vandallar adlandırırdılar. Həmin sözün mənşəyi bizə məlum deyil. Bu çox qəddar və amansız bir tayfa idi.
406-cı ildə vandallar Reyn çayını keçərək Qalliya ərazisinə daxil olmuş, oradan da 409-cu ildə İspaniyaya soxulmuşdular. Onların Cənubi İspaniyada hökmranlığı iyirmi il sürmüşdü. 479-cu ildə vandallar Karfagen yaxınlığında öz dövlətlərini qururlar.
Bundan sonra vandallar öz donanmalarını yaradaraq Aralıq dənizində bir neçə ada ələ keçirir və 483-cü ildə onların gəmiləri Roma yaxınlığında lövbər salır. Vandallar Romanı ələ keçirir və şəhəri tədricən qarət etməyə başlayırlar. Onlar daşınmaz əmlaka ciddi ziyan vurmurdular. Öldürülən romalıların sayı elə çox də deyildi. Buna baxmayaraq, təbii ki, romalılar dəhşət içində idilər və Romanın qarət olunması tarixçəsi əsrlərdən keçərək bizlərə çatıb.
XVIII əsrin sonlarından etibarən isə Romanın qarət edilməsini kobud və savadsız barbarlar tərəfindən bir mədəniyyətin məhv edilməsinə nümunə kimi göstərməyə başladılar. “Vandal” sözü isə nadanlığı səbəbindən qiymətləndirə bilmədiyi əşyanı məhv edən adama şamil edildi. (Ayzek Azimov. Sözlərin tarixi)