varsağı
varsaqlama
OBASTAN VİKİ
Varsaq eli
Varsaq eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurum. == Elin tarixi == Varsaq eli I Şah İsmayıl Səfəvinin hakimiyyətinin ilk illərində Qaraman bəyliyindən qopub ona birləşdi. Bu el çox zaman Rumlu eli ilə birlikdə köç-düş edirdi. Qızılbaşların tərkibində olarkən bu eldən birinci dərəcəli əmirlər çıxmayıb. == Elin tanınmış nümayəndələri == Yusif bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı, Çaldıran savaşında çərxçi idi. Musa bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı Həsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi, I Şah İsmayılın hakimiyyəti illərində Xorasan əyalətinin Xaf vilayətinin hakimi Durhəsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi Qasım xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi Məhəmməd bəy Varsaq-Kamax qalasının komendantı == Mənbə == Ənvər Çingizoğlu, Varsaq eli, "Soy" dərgisi, 2 (34), 2010.
Qasım xəlifə Varsaq
Qasım xəlifə Varsaq (?-?)-Qızılbaş sərkərdəsi, Səfəviyyə xəlifəsi == Həyatı == Qasım xəlifə Varsaq I Şah İsmayıl Səfəvinin və I Şah Təhmasibin hakimiyyəti dönəmndə qızılbaşlar ordusunda xidmət etmiş, Səfəviyyə ordeninin xəlifələrindən olmuşdu. 1526-cı ildə şahın vəkili Div sultan Rumlunun əmri ilə qiyamçı Mustafa bəy Ustaclının (Köpək sultanın) yanına barışığa getmişdi.

Digər lüğətlərdə

альвео́ла вальси́ровать завыва́ть компле́ктный навя́зчивый перепева́ться разлюбля́ться расшива́ние тоха́рский эмира́тский декретное время испыта́ние ми́тинг обеспы́ливаться разблоки́рование разнопёрый э́кскурс baiter circumstance derangement futurology radiance white plague драпировка коксовый