1. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. Vaxtsız banlayan xoruzun başını kəsərlər. ( Ata. sözü ).
// Çox tez.
Qanunsuz, qaydasız mübarizələr; Vaxtsız ölümlərdən gətirir xəbər.
2. Yersiz, qeyri-münasib vaxtda, gec. Vaxtsız gəlmək. – Vaxtsız qonaq kisəsindən yeyər. ( Ata. sözü ).
3. Mövsümündə olmayan, mövsümündən əvvəl və ya sonra hasil olan. Vaxtsız meyvə. Vaxtsız əkin bar verməz.