Vene

die; -, -n an. damar, vena
Vemittlung
Venedig
OBASTAN VİKİ
Firulli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. 1.234.679 milyon nəfərdir. 7.845 km²-dir.
Friuli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. 1.234.679 milyon nəfərdir. 7.845 km²-dir.
Guarea venenata
Guarea venenata (lat. Guarea venenata) — meliekimilər fəsiləsinin guarea cinsinə aid bitki növü.
Kiçik Venesiya şəhərciyi
"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi. İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur və Bakı bulvarının bir parkıdır. "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur. Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir. 1960-cı ildə istifadəyə verilmişdir. 10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur. 2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.
Kişilər Marsdan, qadınlar Veneradandır
Kişilər marsdan, qadınlar veneradandır (ing. Men Are from Mars, Women Are from Venus) — 1992-ci ilin mayında nəşr olunan Con Qrey tərəfindən məşhur psixologiya kitabıdır. Bir çox dillərdə nəşr olundu və bestseller oldu. Tənqidçilər kitabın insan psixologiyasını stereotiplərə endirdiyinə diqqət çəkirlər. Con Qreyin “Kişilər Marsdan, Qadınlar Veneradandır” əsəri ilk dəfə 1992-ci ildə nəşr olundu və dərhal bestseller oldu. Belə populyarlıq, ilk növbədə, kitabın əsasını təşkil edən müəllifin mövqeyinin əksər psixoloqların fikrindən tamamilə fərqli olması ilə bağlıdır. Beləliklə, bu, əslində bir kitab deyil, psixoloji və müalicəvi təsir göstərən bədii üslubda, demək olar ki, elmi bir əsərdir və ən əsası, insanın problemlərində çox vaxt tək olmadığını aydınlaşdırır. Con Qrey hər iki cinsdən olan insanların davranışlarında ümumi və ya oxşar cəhətlər tapmağa çalışmır, əksinə, onların tam əksini, o qədər açıq-aşkar göstərir ki, kitabın başlığına çevrilən metafor onu ən yaxşı şəkildə əks etdirir - kişilər və qadınlar o qədər fərqlidirlər ki, sanki fərqli planetlərin nümayəndələridirlər. “Kişilər Marsdan, qadınlar Veneradandır” kitabı öz növbəsində bir neçə tematik hissəyə bölünmüş giriş və 13 fəsildən ibarətdir. Kitabın girişi sözün əsl mənasında Con Qreyin vəhyidir.
Kürklü Venera (roman)
Kürklü Venera - Almaniya yazıçısı Leopold fon Zaxer-Mazox tərəfindən 1870-ci ildə yazılmış roman. Kürlü Venera romanında yazıçı sevdiyi qadınlarla olan münasibətlərini açııq şəkildə sərgiləyir. Romanda Sever ilə dul qadın Vanda arasında yaşanan məhəbbətdən bəhs olunur. Sever sevdiyi qadın üçün hər şey edir. Həmçinin sevdiyi qadın tərəfindən əziyyət görməkdən, onun qulu olmasından zövq alır. Sever tanrı kimi gördüyü Vandanın köləsi olması üçün yalvarır. Vanda onun istəyini qəbul edir və onlar müqavilə imzalayırlar. Roman boyunca Sever Vanda tərəfindən əziyyət görməkdən və başqa kişilərlə gəzməsindən acı duysa da istəmədən bundan zövq alır. Vanda isə onun bu halına görə sevmək ilə nifrət etmək arasında qalır, çünki qısqac kişiyə sahib olacağına, amma sonsuza qədər olacağını bilir. Sonda Vanda Severə əziyyət verməkdən o da zövq almağa başlayır və ona qarşı sevgisi məhv olur.
Lombardiya-Venesiya krallığı
Lombardiya-Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.
Merida (Venesuela)
Merida (Mérida, tam adı isp. Santiago de los Caballeros de Mérida) — Venesuelanın qərb hissəsində şəhər. Ölkənin Merida ştatının paytaxtı və ən böyük şəhəri. Əhalisi 345 489 min nəfər, şəhərətrafı qəsəbələrlə birlikdə 500 min nəfərdən çoxdur. Şəhər dəğətəyi zonada, 1 630 metr hündürlükdə, And dağlarının Kordilyera-del-Merida zolağının aşırımları arasında yerləşir. Şəhərdə dünyanın ən hündür (4 765 m) və ikinci ən uzun (12,5 km) Merida kanat yolu yerləşir. Oradan Bolivar pikinə mənzərə açılır. Birinci dəfə Merida qeyri-qanuni yolla 1558-ci ildə ispan Xuan Rodriges Suares tərəfindən salınıb və Santyaqo-de-Los-Kabalyeros-de Merida adlandırılıb. Şəhər salınmasına İspaniya kral hakimiyyəti tərəfindən rəsmi razılıq olmadığından o həbs edilir və Boqotaya göndərilir. Ölüm hökmü ərəfəsində o yoxa çıxır və Venesuelanın Truxilyo şəhərində gizlənir.
Miloslu Venera
Miloslu Venera heykəli (yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou) və ya "Miloslu Afrodita" (Milos adasından tapılmış Afrodita) heykəli – məşhur antik heykəl olub, e.ə. 130 – 100 illərə aid edilir. Makedoniyalı İsgəndərin çoxsaylı istilaları yunan mədəniyyətinin Ellada xaricində yayılmasına imkan verirdi. Bu işğallardan sonra bir sıra xalqlar Yunanıstanın bilavasitə qonşusuna çevrildi. Yaranan qonşuluq həmin dövr yunan incəsənətinə reallıq gətirdi. Rəssamlar insan təbiətinin müxtəlif hədlərinin təsvirinə üstünlük verməyə başladılar. Hətta ilahə heykəlləri insan simalarına malik idilər. Sevgi ilahəsi Afroditanın heykəli (təx. e.ə.
Miloslu Venera heykəli
Miloslu Venera heykəli (yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou) və ya "Miloslu Afrodita" (Milos adasından tapılmış Afrodita) heykəli – məşhur antik heykəl olub, e.ə. 130 – 100 illərə aid edilir. Makedoniyalı İsgəndərin çoxsaylı istilaları yunan mədəniyyətinin Ellada xaricində yayılmasına imkan verirdi. Bu işğallardan sonra bir sıra xalqlar Yunanıstanın bilavasitə qonşusuna çevrildi. Yaranan qonşuluq həmin dövr yunan incəsənətinə reallıq gətirdi. Rəssamlar insan təbiətinin müxtəlif hədlərinin təsvirinə üstünlük verməyə başladılar. Hətta ilahə heykəlləri insan simalarına malik idilər. Sevgi ilahəsi Afroditanın heykəli (təx. e.ə.
Navicula veneta
Navicula veneta Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun. Navicula cryptocephala Kütz. var. subsalina Hust. N. cryptocephala var. veneta (Kütz.) Rabenh. N. lancettula Schum. Epifit, göllərdə, çaylarda, su anbarlarında və estuarilərdə bentik, torpaqda, şortəhər sularda (Sa), alkalifil (pH), polisaprob (S). Böyük Qafqaz: Şəki-Zaqatala bölgəsinin sututarları, Qax r-nu: Hamamçay və Süskənçay çayları.
Osmanlı-Venesiya müharibəsi
Osmanlı-Venesiya müharibəsi (1463–1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar.
Osmanlı-Venesiya müharibəsi (1463-1479)
Osmanlı-Venesiya müharibəsi (1463–1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar.
Osmanlı-Venesiya müharibəsi (1499-1503)
Osmanlı-Venesiya müharibəsi (1499-1503) — Osmanlı-Venesiya müharibələrindən biri. 1495 ci ildə Avropada həbsdə olan II Bəyazidin qardaşı Cem Sultanın ölümündən sonra Bəyazid müharibəyə başlayır. Osmanlı ordusu Venesiyanın ərazisi olan Lepantoya hücüm edir, daha sonra Venesiyalıları Zonkyo döyüşündə məğlubiyyətə uğradan Osmanlı flotuda Lepantoya yaxınlaşır. 28 avqust 1499 cı ildə Lepanto Osmanlılara keçir. 1499-cu ilin Oktyabrında Osmamlılar bir neçə dəfə Venesiyanın özünə hücüm edir. 1500 ci ildə Osmanlı ordusu Modon döyüşündə Venesiya flotunu məğlubiyyət uğradandan sonra Osmanlılar Modon,Koron və Navarinonu ələ keçirirlər. 1501-ci ildə Venesiya respubliaksı, Papa dövləti və Venqriya krallığı Osmanlı İmperiyasına qarşı müqavilə imzalayırlar.Daha sonra birləşmiş Fransa-Venesiya qüvvələri Lesbos adasına hücüm edirlər, lakin Osmanlı İmperiyası tərəfindən məğlubiyyətə uğradılaraq geri çəkilirlər. 1502-ci ildə Venesiya ordusu Fətxiyəya hücüm edir. 1503-ci ildə Papa dövləti, Venqriya krallığı və Fransanın Venesiyaya köməyinə baxmayaraq Venesiya Osmanlılardan sülh istəyir.
Osmanlı-Venesiya müharibəsi (1537-1540)
Osmanlı-Venesiya müharibəsi (1537-1540) 1537-1540-cı illərdəki Osmanlı-Venesiya Müharibəsi və ya Üçüncü Osmanlı-Venesiya Müharibəsi, I Süleyman dövründə vurulan ilk Osmanlı-Venesiya Müharibəsi idi. Müharibə, Osmanlıların dəniz üstünlüyünün qəbul etdirilməsi və Aralıq dənizinin hakim dəniz qüvvəsi halına gəldiyini göstərmək baxımından diqqətə layiqdir. Bu müharibə dövründə 28 sentyabr 1538-ci ildə Preveze Döyüşü ilə Türk dənizçilik tarixinin ən əhəmiyyətli zəfərlərindən biri qazanıldı. Osmanlı İmperatorluğuna qarşı qurulan Müqəddəs İttifaq da dağıldı. 1536-1539 -cu illərdə Fransa Şimali İtaliyanı işğal edərkən Osmanlı ordusu da İtaliyanın cənubuna endi. II Mehmeddən sonra təkrar Otrantoya qayıdan Osmanlı qoşunları 23 iyul 1537-ci ildə Valona yaxınlığında düşərgə qurdular. Fransa irəliləməsini dayandırdıqdan sonra quruya enən Osmanlı qoşunları da 1 aydan sonra geri çəkildi.Apuliadaki Osmanlı qoşunları və Osmanlı donanmasının Otranto boğazını işğal etməsi Romadakı Papalıq dövləti tərəfindən böyük bir istila təhlükəsi olaraq görülürdü. Bundan əlavə, müharibə zamanı, bu dövrdə Venesiyadakı Türk Xanında qonaqlayan Osmanlı təbəəsi tacirlərinin həbs edilməsinə və mallarının təhlükəsizliyə alınmasına qərar verildi. 1538-ci ilin yazında Osmanlı Nəhəngləri, Egey dənizində Venesiya Respublikasının hakimiyyəti altına olan qalan adaları da ələ keçirmişdi.Onların sırasına Nakşa, Santorini və Paros da daxil idi. Ayrıca, Peloponnes yarmadasında Venesiyanın varlığı Monemvasia və Nafplion qalalarının ələ keçirilməsi ilə sona çatdı.
Osmanlı-Venesiya müharibəsi (1570-1573)
Osmanlı-Venesiya müharibəsi və ya Kipr səfəri — Osmanlı-Venesiya müharibələrinin dördüncüsüdür. 1570-1573-cü illər arasında Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında baş vermişdir. XVI əsrin II yarısında II Səlimin dövründə Osmanlı imperiyasının yeritdiyi xarici siyasətin əsasında əvvəlki dövrlərdə olduğu kimi ziddiyyətli problemlərin hərbi yolla həll edilməsi planı dururdu. Bu məqsədlə Osmanlı imperiyası Avropa cəbhəsində hərbi əməliyyatlara aparıldı. Papa V Pius İspanya kralı və Venesiya ilə birləşərək, 15 may 1571-ci ildə Müqəddəs İttifaq yaratdı və Osmanlı dövlətinə qarşı xaç yürüşünə başladı. 1570-1573-cü illər arasında davam edən Osmanlı-Venesiya müharibəsində Venesiya ilə bir antiosman blokunda İspaniya, Malta, Genuya, Savoyya və başqa İtaliya dövlətləri, həmçinin Roma papası vuruşurdu. 1571-ci ildə Lepanto yaxınlığındakı dəniz savaşında əlib dəniz qüvvəlləri türk donanmasını məğlub etdi. Bu döyüş Osmanlı qüvvələrinin qələbəsi ilə nəticələnən Osmanlı-Venesiya müharibəsi zamanı Osmanlı imperiyasının hərbi qüdrətinin zəiflədiyini göstərən ilk döyüş əməliyyatı idi. Zəngin və böyük Kipr adası 1489-cu ildən bəri Venesiya hakimiyyəti altındadır. Krit ilə birlikdə, Venesiyanın xarici ərazilərinin ən vaciblərindən biri idi.
Pentacalia venezuelensis
Pentacalia venezuelensis (lat. Pentacalia venezuelensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Physostigma venenosum
Zəhərli fizostiqma (lat. Physostigma venenosum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin fizostiqma cinsinə aid bitki növü. Tropik lian olub, şişman silindrik gövdəsinin uzunluğu 15 m-ə qədərdir. Üçər mürəkkəb yarpaqlarının uzunluğu 7-15 sm, növbəli, yumurtavari, itiuclu və çılpaqdır. Çiçəkləri açıq-qırmızı, başı aşağı əyilmiş, boş, tük qələm və ya fırçalarının uzunluğu 15 sm, meyvəsi 10-18 sm uzunluğunda, tünd-qəhvəyi paxlameyvə olmaqla, 2-4 toxumludur. Toxumlarında indol qruplu alkaloidlər vardır. Başlıca olan alkaloid fizostiqminin (ezerin) miqdarı 1,5%-ə qədərdir. Fizostiqminin (ezerin) ilk vəziyyətə qayıtma qabiliyyətinə malikdir. Mioz (daraltma) qabiliyyətinə malik olmaqla gözdaxili təzyiqi aşağı salır. Atropinin antoqonistidir.
Venediger dağları
Venediger (alm. Venedigergruppe‎) - Avstriyada dağ silsiləsi. Silsilə Mərkəzi - Şərqi Alplarda yerləşir və Granatspitze, Glockner, Goldberg və Ankogel silsilələri ilə birlikdə Yüksək Tauern silsiləsini yaradır. Dağ silsiləsinin ən yüksək zirvəsi Qrosvenediger dağıdır (3666 m). Silsilənin əsas hissəsi Yüksək Tauern Milli Parkının ərazisidir. Silsilənin İtaliya ərazisində Rieserferner-Ahrn Milli Parkı yaradılıb. Venediger silsiləsi Avstriyanın Zalsburq federal torpaqlarında yerləşir. Kiçik bir hissəsi isə İtaliyanın avtonom Cənubi Tirol əyalətinə aiddir. Əsas hissə Avstriyayanın Şərqi Tirol əyalətinə məxsusdur. Venediger silsiləsi Yüksək Tauern silsiləsinin qərb hissəsini təşkil edir.
Venegasia
Venegasia (lat. Venegasia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Venegasia carpesioides
Venegasia (lat. Venegasia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Venera
Venera — qadın adı. Venera Məmmədova — əməkdar müəllim, SSRİ Ali sovetinin XI çağırış deputatı. Venera Abbasova — Azərbaycan aktrisası. Venera Qanieva — tatar əsili Sovet və Rusiyanın opera müğənnisi.
Venera, Kupid, Folli və Zaman (Bronzino)
Venera, Kupid, Folli və Zaman (həmçinin Venera və Kupidin rəmzi, Veneranın Triumfu) (ing. Venus, Cupid, Folly and Time, it. Allegoria del trionfo di Venere) — 1540 - 1545-ci illərdə florensiyalı Anyolo Branzinonun çəkdiyi alleqorik rəsm əsəri. Əsər hazırda Londonda, Milli Qalereyada sərgilənir. 1546-cı il ərəfəsində Bronzinoya Venera, Kupid, Folli və Zaman mövzusunda bir əsər yaratmaq tapşırığı verilir. O, bu işdə qərarlılıq göstərə bilmirdi. Çünki mövzu çox çətin, erotik, qaranlıq keyfiyyətlərə malik obrazların yer aldığı və ən əsası onun ustadı Pontoromonun və elə rəssamın öz yaradıcılığnın da aid olduğu Manyerist məktəblə bağlı idi. Əsərin Toskaniyanın böyük hersoqu I Kozimo və ya Fransisko Salviati tərəfindən Fransa kralı I Fransiskə hədiyyə vermək üçün sifariş edildiyi güman edilir. Corcio Vazari əsərin I Fransiskə hədiyyə edildiyini yazır, lakin kim tərəfindən hədiyyə edildiyini göstərmir. O zaman erotik səhnələrlə zəngin əsərlərə həm məşhur Mediçilər sülaləsi nümayəndələrinin, həm də Fransa aristokratiyasının böyük marağı var idi.
Venera (dəqiqləşdirmə)
Venera (planet) — Günəş sisteminin planetlərindən biridir. Venera (mifologiya) — Qədim Roma mifologiyasında bahar ilahəsi. Venera layihəsi — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədiylə qurduğu təşkilat.
Villendorf Venerası
Villendorf Venerası — 7 avqust 1908-ci ildə arxeoloqlar Josef Szombathy , Hugo Obermaier və Josef Bayer tərəfindən Willendorf yaxınlığındakı paleolit ​​sahəsində aparılan qazıntılar zamanı İohan Veran və ya Cozef Veram adlı işçi tərəfindən tapılmışdır. Heykəl indi Avstriyanın Vyana şəhərindəki Təbiət Tarixi Muzeyində saxlanılır. İlk dəfə on doqquzuncu və iyirminci əsrin əvvəllərində aşkar edilmiş oxşar heykəllər arxeologiyada ənənəvi olaraq "Venera heykəlcikləri" adlandırılır, çünki şişirdilmiş cinsi xüsusiyyətləri olan çılpaq qadınların təsvirləri erkən doğuş tanrısını, bəlkə də bir ananı təmsil edir. Bəzi alimlər Venera terminologiyasını rədd edir, əvəzinə heykəlciyi "Qadın" və ya "Villendorflu Qadın" adlandırırlar. Villendorf Venerasının mənşəyi, yaranma üsulu və ya mədəni əhəmiyyəti haqqında çox az şey məlumdur ; lakin o, Avropanın Paleolit ​​dövründən salamat qalan çoxsaylı " Venera heykəlciklərindən " biridir. International Journal of Human Diversity and Evolution (ing.) One of the most fascinating archaeological discoveries of the early 20th century is a small Paleolithic stone sculpture known as the Venus of Willendorf.