VEYSƏL

bax: Veys; dinə möhtac olan.
VEYSƏDDİN
VEYSƏLƏDDİN
OBASTAN VİKİ
Aşıq Veysəl
Aşıq Veysəl (türk. Veysel Şatıroğlu; 25 oktyabr 1894, Sarqışla, Sivas ili – 21 mart 1973, Sarqışla, Sivas ili) — Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi. == Həyatı == Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır: Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6–7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdir. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. Onun fikrinə görə aşıq işıqlı dünyada baş verən olaylara gözlərilə deyil, könlü, ürəyi ilə baxmalıdır.
Veysəl Musibov
Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir. Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır.
Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
Veysəl Özgür
Veysəl Özgür (türk. Veysel Özgür) (d. 1877, Trabzon – ö. 1931, Ankara) — Türk əsgəri. 1895-ci ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1899-cu ildə oranı bitirərək hərbi xidmətə başlamışdır. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 28 oktyabr 1920-ci ildə Anadoluya gedərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 26 mart 1924-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 3 noyabr 1941-ci ildə İstanbulda vəfat etdi.
Veysəl Əroğlu
Veysəl Əroğlu (türk. Veysel Eroğlu; 18 avqust 1948, Afyonkarahisar) — Türkiyə siyasətçisi. O, hakim Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar millət vəkili, Türkiyənin keçmiş meşə və su naziri olmuşdur. Əroğlu evlidir və dörd övladı var. O, ingiliscə danışa bilir. Onun çoxlu sayda hobbisi və maraqları var. Bunlara mərmər kağızı sənəti, üzgüçülük, suya tullanma, oxumaq və xəttatlıq sənəti. 2016-cı ilin noyabrında Malazgirt döyüşünün mininci ildönümünə – 2071-ci ilə qədər aparıcı iqtisadiyyatlardan birinə çevrilməyi hədəfləyən Ərdoğana dəstək olmaq məqsədilə türkiyəli analara yeni laylalar oxumağı tövsiyə etmişdir.
Veysəl Rzayev
Veysəl Rzayev - Azərbaycan Premyer Liqasında "Sabah"dan icarə əsasında "Turan Tovuz"da yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu.
Aşıq Veysəl (film, 2001)
Aşağı Veysəlli
Aşağı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Etimologiyası == Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır. == Tarixi == SSRİ dövründə kənd ərazisində "Şəfəq" kolxozu təşkil edilmişdir. Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"-ın üstündə yerləşmişdir, erməni müsalman davası başladıqda, Təxminən 1830–1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"-in üstündə olan Köyək dağının ətəyinə qayıdraq məskən salmağa başlamışlar. Həmin vaxt Veysəlli camahatı köyək dağının sol hissəsində olan "Kor bulaqda erməni biçinçilərinin başlamış ixtişaşı nəticəsində, yenidən köçərək Qızıl qayanın yaxınlığına dədə-baba qış yatağına qayıtmışlar, ara sakitləşdikdən sonra təxminən 1855-ci ildə Veysəlli obasının bir qismi yenidən qayıdaraq Sultanalı bulağından aşağıda dəyirmanın aşağısı olan "Toola düzü"-ndə məskunlaşmışlar. Təxminən 1870-ci ildə yenidən Erməni Rus işğalı olmuşdur, Veysəlli obası yenə qış yatağı olan qızıl qaya ətəyinə köçmüşdür.1883-cü ilin əvvəllərində yenidən Qızıl qaya ilə köyək dağının arasında yerləşən Qara qayanın ətəyinə qayıtmışlar və burada ata yurdları olan Tikanlıq "Güney çartaz" ərazinin bir adını güney oba öz obalarına qoymuşlar, həmin dövrlərdə Veysəlli obasında su olmadığından övladı olmayan Türk əsilli bir kişi Veysəlli obaya qobu qırağı yerdə bulağ çəkdirmişdir adına isə el arasında "Qara bulaq"qoymuşlar. Veysəlli tayfasının ata baba yurdunun yaxınlığıda soltanalı bulağı və obanın qəbirstanlığı isə soltanalı bulağının üst tərəfində nəzarətsiz qalmışdır ermənilər həmin ərazini zəbt etmişlər. Veysəli obasının bir hissəsidə ağbaşlı dağının ətəyində qaya bulağın aşağısına qayıdaraq məskən salmışlar. Veysəlli obasının əsil yurdunda isə Köyək dağı ilə ağbaşlı dağı arası olan hissədə irandan gətirilmiş erməni biçinçiləri öz obalarını salaraq tikanlıq ərazini (Çartaz) adlandıraraq erməni biçinçilər məskan salmışdır obalarının birinində adını İsvahançıq (balaca isvahan) qoymuşlar.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. == Mədəniyyəti == Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Fəxrəddin Veysəlli
Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor. == Həyat yolu == Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur. İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T. R. Əhmədova və professor F. Ə. Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir. == Elmə gəlişi == Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F. Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.
Nemət Veysəlli
Nemət Bayramalı oğlu Veysəlli (21 mart 1941, Yuxarı Veysəlli, Qaryagin rayonu – 25 mart 2023) — Azərbaycan Yazıçılar Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvü. Nemət Veysəlli 1941-ci il martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra sabiq Martuni (indiki Xocavənd) rayonunun beynəlmiləl (1957–1959) orta məktəbində təhsil almışdır. Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964–1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965–1971) fakültəsini bitirmişdir. Nemət Veysəlli çox mənalı və zəngin həyat yolu keçmişdir. Onun dünyaya gəldiyi dövr çox ağır və məşəqqətli illərlə bağlı idi. Müharibə dövrü və onun sonraya miras qoyduğu üzüntülər bütün ailələrin probleminə çevrilmişdi.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Veysəlli
Veysəlli (Göyçay)
Veysəlli (Göyçay)
Veysəlli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə Veysəlli adlı daha bir kənd 1832, 1849, 1864 illərdə Bakı quberniyasının, Şamaxı qəzasının, Bərgüşad mahalının kəndi kimi yazılmışdır. Bu kənd 1873, 1886 illərdə aparılmış əhalinin siyahıya alınması sənədlərində Bakı quberniyasının, Göyçay qəzasının, Bərgüşad mahalının kəndi kimi göstərilmişdir. Bu kəndin əhalisi Qarabağın Veysəlli kəndindən köçmədir. 1832 ildə aparılmış əhalinin siyahıya alınmasına istinadən, 82 ailədən ibarət Veysəllinin 198 nəfər kişi sakini olmuşdur. Siyahıya alınmada qadınların sayı göstərilməmişdir.1849 ildə aparılmış siyahıya alınmaya görə, 33 tüstüdən ibarət Veysəllidə 99 kişi yaşamış, qadınların sayı göstərilməmişdir. 1864 ildə aparılmış siyahıya alınmaya istinadən, əhalinin ümumi sayı 180 nəfər olmaqla 35 tüstüdən ibarət Veysəllidə 94 kişi, 86 qadın yaşamışdır. 1873 ildə aparılmış siyahıya alınmaya görə, əhalinin ümumi sayı 160 nəfər olmaqla 36 tüstüdən ibarət Veysəllidə 86 kişi, 64 qadın yaşamışdır. 1886 ilin siyahıya alınmasına istinadən, əhalinin ümumi sayı 192 nəfər olmaqla 48 tüstüdən ibarət Veysəllinin 100 kişi, 92 qadın sakini olmuşdur. Veysəllidə müxtəlif illərdə bəylərin və din xadimlərinin onların ailə üzvlərinin siyahıya alınması aparılmış, illərə görə yaşları göstərilmişdir. Veysəlli. Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd.
Veysəloğlu
Veysəloğlu — Pərakəndə, topdansatış,distribusiya,logistika, istehsalat sahələrində 19 mindən artıq əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunda. ixtisaslaşmış Azərbaycan şirkəti. Yaranması Pərakəndə, topdan satış distribusiya, logistika, istehsalat sahələrində Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabr tarixində Türkiyədən TIR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə "Veysəloğlu Distribusiya" şirkətinin əsası qoyulub. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir. "Veysəloğlu Distribusiya" qida və qeyri-qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqelərdən birinə malikdir. İnkişafı Veysəloğlu Şirkətlər Qrupu növbəti illərdə daha da genişlənərək fəaliyyət istiqamətini genişləndirməyə başlayıb. 2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu "Ulduz" Şokolad Fabrikinin əsasını qoyub. Qənnadı məhsulları sahəsində “Milli brend” statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir. Hazırda “Ulduz” şokoladları dünyanın 20-dən çox ölkəsinə ixrac olunur.
Vüqar Veysəlov
Yuxarı Veysəlli
Yuxarı Veysəlli — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Keçmiş adı Veysəlli olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli, bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır. Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır. Kənd 22 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. SSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdir. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.

Значение слова в других словарях