Kvinslend vombatı
Kvinslend vombatı (lat. Lasiorhinus krefftii) — dünyanın ən nadir məməlilərindən biridir.
== Görünüşü ==
Ən yaxın qohumları kimi Kvinslend vombatı da güclü pənçələrə, qısa quyruğu və güclü qısa ayaqlara sahibdir. Kifayət qədər böyük başı, sivri qulaqları, kiçik gözləri, uzun bir bığları vardır. Buna görə də bəzən bu canlını bığlı vombat adlandırırlar. Digər iki növə nisbətən daha uzun, daha sivri qulaqları və daha geniş ağızları var. İpək kimi xəzi, gümüşü bozdan qəhvəyi rəngə qədər olan müxtəlif çalarlardadır. Göz ətrafı tünd rənglidir. Bədənin uzunluğu orta hesabla təxminən 1 metrdir, cinslər arasında ölçüdə heç bir fərq yoxdur.
== Xüsusiyyətləri ==
Bu növ yarı quraq qumlu çəmənliklərdə və akasiya, evkalipt meşələrində yaşayır.