vorne

s. vorn
Vorname
vornehm
OBASTAN VİKİ
Lenqdon Vorner
Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets – 9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Yaponiyanın Nara və Kioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir. İndiana Cons personajının prototiplərindən biri hesab olunur. Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir. O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur. Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir. Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur. O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.
Vorner teatrı
Vorner teatrı (ing. Warner Theatre) — ABŞ-nin Pensilvaniya ştatında, Eri şəhərinin işgüzar hissəsində yerləşən fransız intibahı və Ar-deko memarlığında teatr binası. 1982-ci ildə teatr binası ABŞ-nin "Tarixi abidələrin milli qeydiyyatı" siyahısına salınmışdır. Teatr binası ABŞ-nin Çikaqo şəhərinin "Rapp and Rapp" adlı memarlıq şirkəti tərəfindən dizayn olunmuş və 1931-ci ildə açılmışdır. 1976-cı ildə Eri şəhərinə satılana qədər buradan ancaq film nümayişləri üçün istifadə olunmuşdur. 1980-ci illərdə şəhərin işgüzar hissəsini canlandırmaq, binanı incəsənət mərkəzi etmək məqsədi ilə bura teatr binasına çevrilmişdir. Teatrın prostsеniumunun ölçüsü 65x28 futdur və büzülmüş velür, qızıl və gümüş təbəqə, qızıl dəstəkli fransız güzgülərlə tamamlanır. Hazırda teatrda konsertlər və Brodvey teatrının çıxışları baş tutur. Vorner teatrı həm də Eri filarmonik orkestrına və "Lake Erie Ballet"-ə ev sahibliyi edir. Teatrın qrand lobbisi 500 nəfərdən çox şəxsi qəbul edə bilər.