1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çapalamaq. Səhərdən axşamadək vurnuxmaq.
– [Dayım] sonra yenə bir o tərəf-bu tərəfə vurnuxdu.
…Həmişə görərdin ki, [Əsgər] ülgücbülövünü xurcuna qoyub, tülənmiş sərçə kimi vurnuxur.
Mahmud indi hospitalın uzun dəhlizində sağa-sola vurnuxur, şəfqət bacısını axtarırdı.
2. Təşvişə düşmək, təlaşa düşmək, həyəcana düşmək, nə edəcəyini bilməmək, özünü ora-bura vurmaq. İndi neçə saat idi ki, əri getmişdi.
Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu.