VƏLƏS
VƏLVƏLƏ
OBASTAN VİKİ
Vəliəhd
Vəliəhd — monarxiyanın hökm sürdüyü ölkələrdə sülalədən olan gələcək taxt sahibinə verilən addır. Bir çox monarxiyalarda vəliəhdlər əvvəlcədən müəyyən edilərək dövlət idarəçiliyi üçün xüsusi müəllimlər tərəfindən yetişdirilir və onlar dövləti idarə etməyə hazırlanırdılar. Ümumilikdə Avropada görülən bu praktikaya tarixdəki türk dövlətlərində demək olar ki, rast gəlinməmiş və bütün sülalə mənsublarının taxtda bərabər hüquqları olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat siyahısı == Рудольф, австрийский кронпринц // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Высочество // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Vəliəhd Vəliyev
Vəliəhd Vəliyev — Azərbaycan aktyoru. == Həyatı == 20 yanvar 1952-ci ildə Azərbaycanın Daşkəsən şəhərində anadan olub. 1975–1979-cu ildə Moskvada ÜDKİ-nun Aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilir. Əsasən epizodik rolların ifaçısıdır. Ən yaddaqalanı "Evlənmək İstəyirəm" filmindəki Əhməd bəy obrazıdır. Son 15 il müddətində Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev 10 sentyabr 2015-ci ildə vəfat etmişdir. ABŞ-də dəfn edilmişdir. == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Səməd Bəlkə... (film, 1985) Bəyin oğurlanması (film, 1985) Bir nəfər hamıya görə (film, 1989) Bircəciyim (film, 1986) Boş yer (film, 1989) Cəza (film, 1986) Dad (film, 1984) Evlənmək istəyirəm (film, 1983) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Gözlə məni (film, 1980) Xəbərdarlıq (film, 1985) İlıq dənizdə buz parçası (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) Qanlı zəmi (film, 1985) Qara "Volqa" (film, 1994) Qara gölün cəngavərləri (film, 1984) Qocalar, qocalar...
Vəliəhd (dəqiqləşdirmə)
Vəliəhd — monarxiyanın hökm sürdüyü ölkələrdə sülalədən olan gələcək taxt sahibinə verilən addır. Vəliəhd (islam) — hökmdarın təyin olunmuş varisi üçün ərəb və islam dövlətlərində termin.
Vəliəhd (islam)
Vəliəhd (ərəb. ولي العهد‎, Vəli əl-Əhd) — hökmdarın təyin olunmuş varisi üçün ərəb və islam dövlətlərində termin. Ümumi anlayış üçün vəliəhd məqaləsinə baxa bilərsiniz. == Mənşəyi == Bu titul erkən xilafətlərdə ortaya çıxmış və istifadəsi ən azı təq. 715-ci ilə qədər gedib çıxır. Titulun özü birmənalı deyil, çünki "vəli" termini həm "sahib", həm də "varis" mənasını verə bilər. Həmçinin, "vəsiyyət" mənasında olan "əhd" sözünün dəqiq əhatə dairəsi qeyri-müəyyəndir. Bu, Allahın əhdi və ya bütövlükdə bəşəriyyət, əvvəlki xəlifənin və ya müsəlman cəmiyyətinin əhdi kimi şərh edilə bilər. Əməvi xəlifələri (661–750) daha mütləqiyyətçi şərhə üstünlük verirdilər və bu təfsir vasitəsilə onlar Məhəmmədin varisləri mövqeyinə görə birbaşa Allahdan gələn bir mandat iddia edirdilər. 740-cı illərə qədər "vəli əhd əl-müslimin" (ولي عهد المسلمين; hərf. müsəlmanların əhdinin varisi), hətta "vəli əhd əl-müslimin vəl müslimat" (ولي عهد المسلمين والمسلمات; hərf. müsəlman kişilərin və müsəlman qadınların əhdinin varisi) variantı istifadə olunur. Bu, ya müsəlman ümmətinin vərəsə beyət etməsi, ya da varisin müsəlman ümməti ilə əhdin davamçısı olması mənasındadır.
Vəliəhd şahzadə Naruhito
Naruhito (yap. 皇太子徳仁親王; 23 fevral 1960, Çiyoda[d]) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru. == Uşaqlığı == Naruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub. Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavr və magistr dərəcələrini də tarix fənnindən aldı. O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür". 1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi.
Vəliəhd Şahzadə Sado
Vəliəhd Şahzadə Sado (Hangeul: 사도세자, Hanja: 思悼 世子) 13 fevral 1735-ci ildə dünyaya gəlmişdir. Ona doğuşdan verilən ad Yi Son (Hangeul: 이선, Hanja: 李愃) olmuşdur. Yi Son Çosonun 21-ci kralı Yonqconun ikinci oğlu olmuşdur. Onun bioloji anası Kraliyyət Cariyəsi Yonq olmuşdur. Sadonun böyük qardaşı Vəliəhd Şahzadə Hyocanq erkən vəfat etmişdir. Buna görə də ondan sonra doğulan oğlan uşağı Çoson Krallığının növbəti vəliəhdi olacaqdı. Vəliəhd Şahzadə Sado hələ taxta çıxa bilmədən 27 yaşında düyü sandığına həbs edilərək edam edilmişdir. == Bioqrafiya == === Uşaqlığı === Kral Yonqconun sevimli oğlu Vəliəhd Şahzadə Hyocanqın ölümündən sonra Çoson Krallığı uzun müddət vəliəhdsiz qalmışdı. Kraliçə Çonqsonq övladsız idi, lakin Sonhui xanımın bir neçə qızı dünyaya gəlmişdi (1696–1764). 1735-ci ilin fevral ayında Sonhui xanımın bir oğlu dünyaya gəldi.
Vəliəhd Şəhzadə Sado

Viktoriya İnqrid Dezira Bernadot, İsveç Vəliəhdi
Viktoriya İnqrid Alisa Dezire (isv. Victoria Ingrid Alice Désirée; 14 iyul 1977, Stokholm) — İsveç vəliəhdi şahzadəsi, Vestergotland hersoginyası. Kral XVI Karl Qustav və Kraliça Silvianın böyük övladıdır. 1979-cu ildə İsveç konstitusiyasına edilən dəyişikliklərdən sonra o, İsveç taxt-tacının varisi oldu. == Erkən həyatı və təhsili == Şahzadə Viktoriya 14 iyul 1977-ci ildə Stokholmda anadan olub. Atası İsveç kralı XVI Karl Qustav, anası isə Almaniya əsilli Silvia Sommerlatdır. Viktoriyanın kiçik qardaşı Karl Filip və kiçik bacısı şahzadə Madlen var. Viktoriya 1980-ci ilin 1 yanvarında vəliəhd şahzadə elan edildi. O, İsveç tarixində taxt-tacına birbaşa varislik hüququ olan ilk qadındır. Bu, 1979-cu ildə qəbul edilmiş yeni varislik qanununun nəticəsi idi, hansı ki, cinsi ayrı-seçkiliyi aradan qaldıraraq monarxın ən böyük övladının, cinsindən asılı olmayaraq, taxta çıxmasını təmin edirdi.
Viktoriya İnqrid Dezira Bernadot (İsveç vəliəhdi)

Digər lüğətlərdə