Abbasilər: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 35: | Sətir 35: | ||
Abbasi dövlətinin süqutundan sonra [[Misir]]ə qaçan xəlifə Zahirin oğulu Əhməd Memluk Sultanı Baybarsın qoruması altında Mustansır adıyla 1261-ci ildə xəlifə elan edildi. Misir Abbasi xəlifəliyi, siyasi və əsgəri səlahiyyətdən məhrum, tək dini nüfuzu olan bir təşkilat idi. Osmanlı padşahı [[Yavuz Sultan Səlim]] 1517-ci ildə Misiri işğal etdikdən sonra xəlifə III Mütəvəkkili özü ilə paytaxt Konstantiniyə apardı və burada Mütəvəkkil [[Aya Sofya]] məscidində minbərdən sultan Səlimi xəlifə elan etdi. |

Abbasilər vergi siyasəti bilinmir |
|||
== Həmçinin bax == |
== Həmçinin bax == |
13:06, 9 oktyabr 2019 tarixindəki versiya
Abbasilər (ərəb. العبّاسيّون) — Abbasilər xilafətində hakim sülalə. Əməvilər sülaləsindən sonra Ərəb xilafətini Abbasilər idarə etmişdirlər.
Məhəmməd peyğəmbərin əmisi Abbas bin Əbdülmütəllibin soyundan gələn Abbasilər, Əməvilərə qarşı qiyam qaldıraraq 750-ci ildə iqtidarı ələ keçirdilər və 1258-ci ilə qədər İslam dünyasının böyük hissəsinə rəhbərlik etdilər. Ərəb millətçiliyini əsas götürən Əməvilərdən fərqli olaraq Abbasilər zamanı dövlətdə qeyri-ərəblər də yüksək vəzifələr tuturdular.
İlk Abbasi xəlifəsi Əbul-Abbas əs-Səffah (750-754) idi. 754-ci ildə qardaşı Mənsur (754-775) onun yerinə keçdi. Mənsur, 762-ci ildə paytaxtı Şamdan Bağdada daşıdı.
Mənsurdan sonra Mehdi (775-785) və Hadi (785-786) xəlifə oldular. Harun ər-Rəşid (786-809) dövründə ən geniş sərhədlərinə çatdı.
Harun Rəşidin oğulları Əmin (809-813), Məmun (813-833) və Mötəsim (833-842) atalarının siyasətlərini davam etdirdilər.
Mötəsim türklərdən ibarət xüsusi bir ordu qurmuş, paytaxtı Bağdaddan Samirəyə köçürmüşdür.
Mötəsimin oğulu Vasiqin (842-847) dövründə dövlətin zəifləməsi nəticəsində Tahirilər, Samanilər, Qaraxanlılar, Fatimilər, Tolunoğulları və Həmdənilər kimi müstəqil dövlətlər yarandı.
İranda hökm sürən Buveyhilər 945-ci ildə Bağdadı ələ keçirərək xəlifə adından dövləti idarə edirdilər. Xəlifə Qaimin (1031-1075) çağırışı ilə Böyük Səlcuq İmperiyası hökmdarı Toğrul bəy 1051-ci ildə Büveyhileri Bağdaddan çıxardı.
Monqol hücumları zamanı 1258-ci ildə Hülaku xan Bağdadı tutaraq Xəlifə Mustasımı və xanədan üzvlərini edam etdirdi.
Abbasi dövlətinin süqutundan sonra Misirə qaçan xəlifə Zahirin oğulu Əhməd Memluk Sultanı Baybarsın qoruması altında Mustansır adıyla 1261-ci ildə xəlifə elan edildi. Misir Abbasi xəlifəliyi, siyasi və əsgəri səlahiyyətdən məhrum, tək dini nüfuzu olan bir təşkilat idi. Osmanlı padşahı Yavuz Sultan Səlim 1517-ci ildə Misiri işğal etdikdən sonra xəlifə III Mütəvəkkili özü ilə paytaxt Konstantiniyə apardı və burada Mütəvəkkil Aya Sofya məscidində minbərdən sultan Səlimi xəlifə elan etdi.