Azərbaycan Dövlət Dəniz Akademiyası: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
Sətir 94: Sətir 94:


==Görkəmli şəxsləri==
==Görkəmli şəxsləri==

1) [[Zamiq İsmayılov]]- “Caspian Marine Services” şirkətinin direktoru


==İstinadlar==
==İstinadlar==

09:39, 3 dekabr 2021 tarixindəki versiya

Azərbaycan Dövlət Dəniz Akademiyası
Xəritə
40°22′13″ şm. e. 49°50′36″ ş. u.
Şüar Dənizləri bizimlə fəth edin!
Əsası qoyulub 1996
Tip Dövlət ali təhsil müəssisəsi
Rektor Heydər Əsədov
Şəhər Bakı
Ölkə
Ünvan AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 18
Sayt adda.edu.az

Azərbaycan Dövlət Dəniz AkademiyasıAzərbaycanda dənizçi kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi[1]

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir.

Tarixi

Çar Rusiyasi və AXC dövrü

Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmışdır.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi.

1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.

1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üç illik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

SSRİ dövrü

1 oktyabr 1921-ci ildə isə Bakı Su Nəqliyyatı Texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.

1925-ci ildə ilk dəfə olaraq, texnikumun tərkibində Azərbaycan bölməsi açıldı.

Müstəqillik dövrü

1995-ci ilin may ayında Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhsilini qurmuşdur.

Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsil məktəbləri kataloquna 012 sayla daxil edilmişdir.

Adının tarixi

  • Bakı Su Nəqliyyatı Texnikumu (1921-1924)
  • Bakı Su Yolları Texnikumu (1924-1930)
  • Bakı Dənizçilik Texnikumu (1930-1944)
  • Bakı Dəniz Yolları Məktəbi (1944-1996)
  • Azərbaycan Dövlət Dəniz Akademiyası (1996-..)

Maddi-texniki Bazası

Akademiyada 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Tələbələr tədrislə yanaşı, həm də kafedraların elmi-tədqiqat laboratoriyalarının araşdırmalarında iştirak edirlər.

Professor-müəllim və tələbə heyətinin effektiv fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Onların tələbatını ödəyən kompüter mərkəzi, poliklinika, yeməkxana, şəhərin mərkəzində rahat, təmirli yataqxana vardır. Akademiyanın Azərbaycan, rus və ingilis dillərində 80.000-nə yaxın dənizçilik ixtisasları üzrə dərslik və dərs vəsaitləri, elmi, bədii ədəbiyyat toplanmış zəngin elmi-texniki kitabxanası fəaliyyət göstərir.

Təhsil sistemi

Bakalavr pilləsində təhsil müddəti 4 il (xarici vətəndaşlar ödənişli əsaslarla əlavə olaraq dil kurslarında da oxumalıdırlar (ingilis dilində tədris istisna olunmaqla)), magistr pilləsində isə 2 ildir.

  • ADDA tələbələri ödənişsiz əsaslarla ildə 2 dəfə (yay və qış geyimləri) forma ilə təmin edilir.
  • Tələbələr Akademiyanın yataqxanasından güzəştli şərtlərlə ödəniş etməklə istifadə edə bilərlər.
  • Tələbələr yelkənli qayıq və üzgüçülük üzrə xüsusi hazırlıq keçəcəklər.
  • Tələbələr Makarov Adına Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universitenin elektron kitabxanasından istifadə hüququna malikdirlər.
  • Həftənin 5 tədris günü (Bazar ertəsi – Cümə) tələbələr gündə 2 dəfə ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar.
  • Təhsil müddətində tələbələr 12 ay Beynəlxalq sularda üzən gəmilərdə, yeni gəmiqayırma zavodunda və limanda təcrübə kecəcəklər.
  • 1-ci kursdan sonra tələbələrə matros, motorçu və gəmi elektriki işçi diplomları və müvafiq Beynəlxalq standartlara uyğun sertifikatlar veriləcək.
  • Akademiyanın diplomu 170-dən çox dövlət tərəfindən tanınır.
  • Məzunlar vakant iş yeri olduğu halda müsabiqə ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) gəmilərində və müəssisələrində yüksək əmək haqqı və zəmanətli işlə təmin olunacaqlar.

Fotoqalereya

Görkəmli şəxsləri

İstinadlar

Xarici keçidlər

  • adda.edu.az — Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi saytı