Şirəli Məmmədov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 35: | Sətir 35: | ||
|work = |
|work = |
||
|publisher = science.gov.az |
|publisher = science.gov.az |
||
|accessdate = |
|||
|language = Azərbaycan |
|||
}}</ref> |
|||
<ref>{{cite web |
|||
|url = http://anl.az/down/meqale/az_muellimi/2012/yanvar/228123.htm |
|||
|archiveurl = https://web.archive.org/web/20220914061551/http://anl.az/down/meqale/az_muellimi/2012/yanvar/228123.htm |
|||
|archivedate = 14-9-2022 |
|||
|title = Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə) |
|||
|author = Azərbaycan müəllimi |
|||
|date = |
|||
|work = |
|||
|publisher = anl.az |
|||
|accessdate = |
|accessdate = |
||
|language = Azərbaycan |
|language = Azərbaycan |
06:17, 14 sentyabr 2022 tarixindəki versiya
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Şirəli Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəstə, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Partiya | ÜİK(b)P (1921) |
Fəaliyyəti | professor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu – 18 fevral 1984, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan EA akademiki.[2] [3]
Həyatı
Şirəli Məmmədov 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə almışdır. Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olmuşdur. 1938-ci ildə "Böyük filiz yataqlarının işlənilməsi zamanı kameralararası kütlələrin qoparılması məsələlərinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləmişdir. 1948-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunda "Filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin seçilməsinin əsas prinsipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir. 1953-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olmuşdur. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv seçilmişdir. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1970-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntıların işlənilməsi kafedrasının professoru olmuşdur. 1958-ci ildən 1984-cü ilə qədər Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoymuş və onun yaradıcısı olmuşdur.
Elmi fəaliyyəti
Məmmədov Ş.N. dağ-mədən süxurlarının partlayışla dağıdılması, filiz və qeyri-filiz yataqlarının işlənməsi, şaxta üsulu ilə neftin çıxarılmasının, filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin təsnifatı üzrə mühüm nəzəri və təcrübü əhəmiyyəti olan elmi tədqiqatları yerinə yetirmişdir. Onun faydalı qazıntıların işlənməsi sistemi üzrə fundamental əsərləri dağ-mədən elmini çox zənginləşdirmişdir.
O, ali təhsil müəssisələrinin dağ-mədən fakültəsi tələbələri üçün azərbaycan dilində ilk dəfə yazılmış dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. 220-dən çox elmi əsəri, o cümlədən 23 monoqrafiyası dərc olunmuşdur. Faydalı qazıntıların işlənməsi üzrə çox sayda mütəxəssislər hazırlamışdır.
İstinadlar
- ↑ [1]
- ↑ "Məmmədov Şirəli Nəsirzadə" (Azərbaycan). science.gov.az. 10-9-2021 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan müəllimi. "Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə)" (Azərbaycan). anl.az. 14-9-2022 tarixində arxivləşdirilib.
- 1904-cü ildə doğulanlar
- 1984-cü ildə vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Texnika elmləri doktorları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 25 dekabrda doğulanlar
- Ordubad rayonunda doğulanlar
- 18 fevralda vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakı Dövlət Universitetinin prorektorları
- Professorlar
- AMEA-nın həqiqi üzvləri
- Azərbaycan akademikləri
- Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin ikinci katibləri