Abbasilər

Vikipediya, azad ensiklopediya
188.253.224.146 (müzakirə) tərəfindən edilmiş 13:05, 9 oktyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Sülalə. Abbasilər

Abbasilər (ərəb. العبّاسيّون‎) — Abbasilər xilafətində hakim sülalə. Əməvilər sülaləsindən sonra Ərəb xilafətini Abbasilər idarə etmişdirlər.

Məhəmməd peyğəmbərin əmisi Abbas bin Əbdülmütəllibin soyundan gələn Abbasilər, Əməvilərə qarşı qiyam qaldıraraq 750-ci ildə iqtidarı ələ keçirdilər və 1258-ci ilə qədər İslam dünyasının böyük hissəsinə rəhbərlik etdilər. Ərəb millətçiliyini əsas götürən Əməvilərdən fərqli olaraq Abbasilər zamanı dövlətdə qeyri-ərəblər də yüksək vəzifələr tuturdular.

İlk Abbasi xəlifəsi Əbul-Abbas əs-Səffah (750-754) idi. 754-ci ildə qardaşı Mənsur (754-775) onun yerinə keçdi. Mənsur, 762-ci ildə paytaxtı Şamdan Bağdada daşıdı.

Mənsurdan sonra Mehdi (775-785) və Hadi (785-786) xəlifə oldular. Harun ər-Rəşid (786-809) dövründə ən geniş sərhədlərinə çatdı.

Harun Rəşidin oğulları Əmin (809-813), Məmun (813-833) və Mötəsim (833-842) atalarının siyasətlərini davam etdirdilər.

Mötəsim türklərdən ibarət xüsusi bir ordu qurmuş, paytaxtı Bağdaddan Samirəyə köçürmüşdür.

Mötəsimin oğulu Vasiqin (842-847) dövründə dövlətin zəifləməsi nəticəsində Tahirilər, Samanilər, Qaraxanlılar, Fatimilər, Tolunoğulları və Həmdənilər kimi müstəqil dövlətlər yarandı.

İranda hökm sürən Buveyhilər 945-ci ildə Bağdadı ələ keçirərək xəlifə adından dövləti idarə edirdilər. Xəlifə Qaimin (1031-1075) çağırışı ilə Böyük Səlcuq İmperiyası hökmdarı Toğrul bəy 1051-ci ildə Büveyhileri Bağdaddan çıxardı.

Monqol hücumları zamanı 1258-ci ildə Hülaku xan Bağdadı tutaraq Xəlifə Mustasımı və xanədan üzvlərini edam etdirdi.

Abbasi dövlətinin süqutundan sonra Misirə qaçan xəlifə Zahirin oğulu Əhməd Memluk Sultanı Baybarsın qoruması altında Mustansır adıyla 1261-ci ildə xəlifə elan edildi. Misir Abbasi xəlifəliyi, siyasi və əsgəri səlahiyyətdən məhrum, tək dini nüfuzu olan bir təşkilat idi. Osmanlı padşahı Yavuz Sultan Səlim 1517-ci ildə Misiri işğal etdikdən sonra xəlifə III Mütəvəkkili özü ilə paytaxt Konstantiniyə apardı və burada Mütəvəkkil Aya Sofya məscidində minbərdən sultan Səlimi xəlifə elan etdi.

Abbasilər vergi siyasəti bilinmir

Həmçinin bax