77-ci dağatıcı diviziya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
77-ci dağatıcı diviziya
77-я горнострелковая Краснознамённая дивизия имени Серго Орджоникидзе
Növü piyada
Yaranma tarixi 30 oktyabr 1920-ci il — oktyabr 1942-ci il
Ölkə SSRİ
Daxildir Quru qoşunları
Himayədarı 1-ci azad Azərbaycan Fəhlə və Kəndli Sovet atıcı diviziyası
Təchizatı 77-ci atıcı diviziyası (2-ci komplektləşmə)(1942)
Müharibələr Sovet-yapon sərhəd münaqişələri
İkinci Dünya Müharibəsi
Döyüşlər Xasan döyüşləri (1938-ci il)
İkinci Dünya Müharibəsi
Kerç-Feadosiya desant əməliyyatı(1941-1942)
Qafqaz döyüşü (1942-1943)
Fərqlənmə nişanları "Qırmızı Bayraq" ordeni
Komandanlıq
Məşhur komandirləri Cəmşid Naxçıvanski
Qambay Vəzirov
Heybət Heybətov

Serqo Orjonikidze adına Qırmızı Bayraqlı 77-ci dağatıcı diviziyaİkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin hərbi hissəsi, milli Azərbaycan hərbi birləşməsi (1940-cı ilə qədər).

Tarixi

1920-ci il oktyabrın 20-də Bakıda 1-ci birləşdirilmiş azərbaycanlı fəhlə və kəndli sovet atıcı diviziyası kimi yaradılmışdır. 1924-cü ilə qədər hərbi birləşmə Qırmızı Bayraqlı Qafqaz Ordusunun ərazi vahidinə daxil idi. 1929-cu ildə diviziya dağatıcı heyətinə çevrildi. SSRİ Hərbi Respublika Şurasının 29 oktyabr 1930-cu il tarixli 218 nömrəli əmri ilə hərbi birləşmə Serqo Orjonikidzenin adı ilə adlandırıldı. 1935-ci ildə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. Hərbi Nazirliyin 21 may 1936-cı il tarixli 072 nömrəli əmrinə uyğun olaraq nömrələnmə dəyişikliyinə görə diviziya Serqo Orjonikidze adına 77-ci Azərbaycan Dağatıcı Qırmızı Bayraq Diviziyası adlandırıldı.

1937-ci ilin iyulunda diviziyanın komandiri Q.M Vəzirov həbs edilmiş və güllələnmişdir. Dviziyanın digər zabitləri də repressiyaya məruz qaldılar.

1938-ci ilin may ayında 77-ci Azərbaycan dağatıcı diviziyasının 2-ci artilleriya diviziyası həyacan siqnalı ilə qaldırıldı və qatarla Uzaq Şərqə göndərildi. Burada 1-ci Sakit Okean Silahlı Qüvvələrinin 15-ci yüngül artilleriya alayının tərkibində Xassan gölü üzərində döyüşlərdə iştirak etdi. Xalq Müdafiə Komitəsinin 16 iyul 1940-cı il tarixli 0150 nömrəli əmri ilə milli təşkil prinsipindən çoxmillətli təşkil olunmaya keçidlə əlaqədar olaraq hərbi birləşmə adından “Azərbaycanlı” sözü çıxarıldı.

İkinci Dünya Müharibəsi

1941-1942-ci ilin qışında 51-ci ordunun tərkibində 77-ci diviziya Kerç-Feodosiya desant əməliyyatında iştirak etdi. 1941-ci il dekabrın 29-da dviziyanın 105-ci piyada alayı Kerç yarımadasına çıxaraq Akmonay rayonuna doğru irəlilədi. Dekabrın 30-na keçən gecə 105-ci atıcı alayı Kerçin, ertəsi gün səhər isə Feodosiyanın azad edilməsində iştirak etdi. 1942-ci il yanvarın 8-də 105-ci atıcı alayı böyük bir dəmiryolu qovşağının yerləşdiyi Vladislavovka dəmir yolu stansiyasını almanlardan azad etdi. Buradan alay 51-ci Ordunun sağ cəbhəsini qorumaq üçün Qeniçesk rayonuna göndərildi. Fevral ayına qədər diviziyanın bütün hissələri artıq Kerç yarımadasına köçürülmüşdü. 1942-ci ilin fevral ayında diviziya ağır texnikalarını itirən Vermaxtın 46-cı piyada diviziyasının birləşmələrini sıxışdıraraq Jantor, Tulumçak və Kiet kəndlərini düşməndən azad etdi. Sonradan hücum dayandırıldı və tərəflər Aq-Manay bərzəğindəki mövqelərində müdafiəyə keçdilər. Diviziya Vermaxtın yeni yaradılan 22-ci tank diviziyasının əks hücumlarını uğurla dəf etdi. 77-ci diviziya ilə gedən döyüşlərdə almanlar 27 tank itirdi. 1942-ci ilin may ayında 77-ci Diviziya Sovet qoşunlarının Taman yarımadasına geri çəkilməsini təmin etmək, çox sayda üstün düşmənin basqınlarını qarşısını almaq vəzifəsini icra etdi. Döyüş tapşırığını yerinə yetirərkən diviziyanın 105-ci piyada alayı 12 tank və 300-dən çox düşmən əsgər və zabitini məhv edərək Oğuztəpə bölgəsindəki mühasirə halqasını yardı. 77-ci atıcı diviziya Qırmızı Ordunun son birləşmələri arasında düşmənin 34 tankını, 10-dan çox artilleriya və minaatan batareyasını, 1500-dən çox əsgərini və zabitini məhv edərək Krımı tərk etdi.

Mayın 19-dan 20-dək diviziyanın şəxsi heyəti 47-ci Ordunun tərkibində Taman yarımadasında döyüş mövqelərini tutdu.

1942-ci il mayın 25-də 77-ci dağatıcı diviziyası 77-ci atıcı diviziyası olaraq yenidən təşkil edildi.

İstinadlar