77-ci atıcı diviziya (2-ci komplektləşmə)

Serqo Orjonikidze adına Suvorov Ordenli Qırmızı Bayraqlı 77-ci atıcı Simferopol DiviziyasıII Dünya Müharibəsi və müharibədən sonrakı dövrdə SSRİ Silahlı Qüvvələrinin Azərbaycanda yaradılmış hərbi birləşməsi.

77-ci atıcı diviziya
77-я стрелковая дивизия
Növü Atıcı
Yaranma tarixi 19 oktyabr 1942-ci il — 4 iyun 1957-ci il
Ölkə SSRİ
Daxildir Quru qoşunları
Ləqəbi "Simferopol diviziyası"
Müharibələr İkinci Dünya Müharibəsi
Döyüşlər İkinci Dünya Müharibəsi
1942—1943: Qafqaz döyüşü
1943: Donbas əməliyyatı
Fərqlənmə nişanları "Qırmızı Bayraq" ordeni
Suvorov Ordeni
Komandanlıq
Məşhur komandirləri Heybət Heybətov, Tərlan Əliyarbəyov,
Simferopolun Qələbə Meydanındakı Simferopolu azad edənlərin abidəsindəki xatirə lövhəsi

Diviziya Azərbaycan SSR-də yaradılmışdır.

Müntəzəm ordunun tərkibində 19 oktyabr 1942-ci ildən 24 yanvar 1944-cü ilədək, 25 fevral 1944-cü ildən 20 may 1944-cü ilədək və 1944-cü il iyulun 1-dən 1945-ci il mayın 9-dək fəaliyyət göstərmişdir.

Qafqaz Cəbhəsi

[redaktə | mənbəni redaktə et]

1942-ci il noyabrın 20-də diviziya 58-ci Ordunun tərkibinə daxil edilmiş və dekabrın 31-də dəmir yolu ilə İşyorskaya stansiyası ərazisinə köçürülür. Oradan qısa müddətdə Mozdok, Mineralnıye Vodı, Stavropol, Tixoretskdən Novo-Nikolayevskə qədər 850 km məsafəni əhatə edən 37 günlük yürüşə başladı. 1943-cü il fevralın 14-də sonuncu yaşayış məntəqəsi olan Lebedi uğrunda döyüşə girdi. 1943-cü il fevralın 19-da Lebedi qəsəbəsi tamamilə almanlardan təmizləndi, amma qarşıda yeni bir vəzifə Vasilçenkovo xoturunu almaq dururdu. Fevralın 22-dək davam edən xotor uğrunda gedən döyüşlərdə, şəxsən hücuma rəhbərlik edən diviziya komandiri Anatoli Mixayloviç Kaşkin həlak oldu.

1943-cü il yanvarın 1-dən iyunun 20-dək diviziyada 594 nəfər mükafata layiq görüldü. 1943-cü ilin yaz-yay aylarında diviziya Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstək aldı.

1943-cü il iyunun 23-də Azərbaycan SSR Xalq Komissarları Soveti, Kommunist Partiyası Mərkəzi Komitəsi diviziyaya təbrik məktubu göndərdi.

Krımda döyüşlər

[redaktə | mənbəni redaktə et]

1943-cü il avqustun 31-də 77-ci atıcı diviziyası Şimali Qafqazdakı hərbi əməliyyatları başa çatdırır və sentyabrın 18-də 4-cü Ukrayna Cəbhəsinin 44-cü Ordusunun 63-cü korpusunun tərkibinə daxil edilir. Sentyabrın 30-da diviziya Neydorf-Vişnevski-Novolyubimovka xəttində düşmənin müdafiəsini yararaq iki düşmən piyada batalyonunu, 5 artilleriya və minaatan batareyasını məhv edir. 45 gün davam edən döyüşdə düşmən 300 km-dən çox geri atılır. Bu dövr ərzində diviziyanın döyüşçüləri almanların beş piyada alayını dağıdıb, 38 tank, 5 zirehli maşın və 210 artilleriya batareyasını məhv edirlər.

77-ci atıcı diviziyası Krımın almanlardan azad edilməsində iştirak etmişdir. Ümumi hücumun üçüncü günündə, Tomaşevsk rayonunda 19-cu Tank Korpusu ilə birlikdə, diviziya almanlara güclü zərbə vuraraq, mühüm dəmir yolu qovşağının yerləşdiyi Cankoyu Vermaxt qüvvələrindən təmizlədi. Bununla Simferopola daha bir hücum üçün Sovet hərbi birləşmələrinə yol açıldı. Diviziya bir neçə gün ərzində Suran-Barın, Maryanovka və Ekaterinovka yaşayış məntəqələri uğrunda ağır döyüşlər apardı. Bu döyüşdə 5 min düşmən əsgər və zabiti məhv edildi, 29 silah, 25 maşın və hərbi texnika ilə 50 vaqon ələ keçirildi.

1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya, Qırmızı Ordunun digər birləşmələri və hissələri ilə birlikdə indiki hava limanından irəliləyərək minə yaxın alman əsir götürərək Simferopolu düşməndən azad etdi.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə hərbi birləşməyə "Simferopol diviziyası" fəxri adı verildi. Diviziyanın 613 döyüşçü və komandiri SSRİ-nin orden və medallarına layiq görüldü.

1944-cü il may ayının 7-də saat 7.30-da 77-ci atıcı diviziya hücumla Sevastopolun "açarı" — Sapun-dağı ələ keçirdi. Diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov hücum zamanı düşmən atəşi altında zirvəyə qalxaraq Sapun-dağın üzərinə Qırmızı Bayraq sancdı.

77-ci diviziya Sevastopola ilk girənlərdən biri oldu. 1944-cü il mayın 7-də və 8-də diviziyanın 105 və 276-cı alayları şəhərin kənarında düşmənin inadkar müqavimətini qıraraq Malaxov Kurqanını ələ keçirdilər. Mayın 9-da 324-cü alayVermaxt hissələrini dəmiryol stansiyasından çıxartdı, şəhər mərkəzini azad etdi və əsas qüvvələr gələnə qədər ələ keçirilmiş mövqeləri qorudu.

Krımdakı döyüşdə diviziya almanların 3 min nəfər canlı qüvvəsini məhv etdi və Vermaxtın 1652 əsgər və zabitini əsir götürdü. Sapun-dağına hücum və Sevastopolun azad edilməsinə görə diviziya II dərəcəli Suvorov ordeni ilə təltif edildi. Diviziya komandiri Rodionov 16 may 1944-cü il tarixində SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Onun şəxsi əşyaları hələ də Sevastopoldakı "Sapun-dağa hücum" dioramının ekspozisiya salonunun vitrinlərindən birində saxlanılır.

Baltik cəbhəsi

[redaktə | mənbəni redaktə et]

1944-cü ilin iyulunda 51-ci Ordunun tərkibində dviziya Baltikyanı ölkələrə gəldi. İyulun 29-da 77-ci diviziya almanlarla döyüşə girdi və Bauskanın cənubundakı mövqelərə çatdı. 1944-cü ilin avqustunda 51-ci Ordunun bir hissəsi olaraq, Dobele bölgəsində düşmənə ağır zərbələr vurdu. İki həftəlik müdafiə döyüşlərində diviziya Vermaxtın 12-ci tank dviziyasının 31 hücumunu dəf etdi, 178 tankı və özüyeriyən silahları məhv etdi və almanların iki piyada alayını dağıtdı. Bir ay ərzində döyüşlərdə fərqlənən 587 əsgər və diviziya zabiti SSRİ-nin orden və medallarına layiq görüldü.

1945-ci ilin yanvar-fevral aylarında 77-ci diviziya, Baltik sahillərindəŞimal-Şərqi Prussiyada Vermaxt qüvvələri ilə döyüşdü. Təkcə fevral ayının birinci yarısında diviziya 17 düşmən hücumunu dəf edərək, 1300-dən çox düşmən əsgər və zabitini sıradan çıxardı.

77-ci diviziya müharibəni Kurlandiyada bitirdi. 1945-ci il mayın 8-də Dzintari bölgəsində Vermaxt qüvvəlləri silahlarını ataraq 77-ci diviziyanın döyüş birləşmələrinə təslim oldular.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibə vaxtı diviziya 25 ay döyüş meydanlarında keçirərək, Qafqazdan Baltikyanı ölkələrə qədər uzun döyüş yolu qət etdi. Bu müddət ərzində Vermaxtın 50 mindən çox əsgər və zabiti məhv edilmiş və əsir alınmış, 255 tank, 938 sursat, 859 pulemyot, 383 minaatan məhv edilmişdi. Təxminən 4 min vaqon, 2344 motorlu nəqliyyat vasitəsi, 30 min tüfəng və pulemyot, 360 maşın, 8 təyyarə hərbi qənimət olaraq ələ keçirilmişdi. Diviziyanın şəxsi heyəti on dəfə Ali Baş Komandandan təşəkkürnamə almışdı. Müharibə illərində diviziyanın əsgər və zabitlərindən 11237 nəfəri orden və medallarla təltif edilmiş, 8 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibədən sonra Ural Hərbi Dairəsinə köçürüldü. 1946-cı ilin iyul ayında 4-cü fərdi atıcı briqadası səviyyəsinə endirildi. 1953-cü ilin oktyabr ayından etibarən 77-ci atıcı diviziyası bazasında yenidən quruldu, 1957-ci ilin iyun ayında 126-cı motoatıcı diviziyasına çevrildi.[1][2]

Döyüş heyəti

[redaktə | mənbəni redaktə et]
  • 105-ci atıcı alay
  • 276-cı atıcı alay
  • 324-cü atıcı alay
  • 239-cu artilleriya alayı (20.9.1942-ci ilə qədər)
  • 796-cı artilleriya polku (20.9.1942-ci ilə qədər)
  • 197-ci fərdi tank əleyhinə qırıcı divizion
  • 502-ci fərdi zenit artilleriya divizionu
  • 351-ci minamyot divizionu
  • 458-ci kəşfiyyat taboru
  • 41-ci sapyor batalyonu
  • 136-cı fərdi rabitə batalyonu
  • 85-ci artilleriya divizionu
  • 73-cü tibb-sanitar batalyonu
  • 140-cı avtonəqliyyat taboru
  • 7-ci sahə çörəkxanası
  • 77-ci artilleriya diviziyonu emalatxanası
  • 207-ci sahə poçt stansiyası
  • Dövlət bankının 235-ci sahə bilet şöbəsi[3]

77-ci atıcı diviziya

[redaktə | mənbəni redaktə et]
  • Buşev Sergey Mixayloviç, polkovnik, 10.19.1942–11.20.1942
  • Tatarçevski, Pyotr Mixayloviç, podpolkovnik, 11.21.1942–01.18.1943
  • Kaşkin Anatoli Mixayloviç, polkovnik, 01.19.1943–02.19.1943 (döyüşdə ölüb)
  • Çornıy Stepan Makaroviç, polkovnik, 02.22.1943–03.28.1943
  • Kudinov Serafim Pavloviç, polkovnik, 03.29.1943–06.19.1943
  • Qorpişenko Pavel Nikolaeviç, polkovnik, 06.20.1943–11.28.1943
  • Sivankov Aleksey İvanoviç, polkovnik, 11.29.1943–02.12.1944
  • Rodionov Aleksey Pavloviç, polkovnik, 05.17.1944-cü ildən general-mayor, 02.13.1944–07.1946

Fərqlənən döyüşçüləri

[redaktə | mənbəni redaktə et]
  • Abdulayev Abdurahman Yagyaeviç — Sovet İttifaqı Qəhrəmanı.
  • Atamanovski Pyotr Yefimoviç — Sovet İttifaqı Qəhrəmanı.
  • Borşik İvan Vladimiroviç — Sovet İttifaqı Qəhrəmanı.
  • Elisov Pavel Aleksandroviç — Sovet İttifaqı Qəhrəmanı.
  • Zagorulko Dmitri Sergeeviç — Sovet İttifaqı Qəhrəmanı
  • Pobedinski Nikifor Fedoroviç, starşina, 324-cü piyada alayının komandir müavini.[4]
  • Rodionov, Aleksey Pavloviç — Sovet İttifaqı Qəhrəmanı.
  • Ağadadaş Səmədov — 2-ci və 3-cü dərəcəli Şöhrət ordeni, "İgidliyə görə" medalı, I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.
  • Toropkin Aleksey Georgiyeviç — Sovet İttifaqı Qəhrəmanı.
  • Çakryan, Harutyun Khachikovich — Sovet İttifaqı Qəhrəmanı.
  • 1974-cü ildə Sapun dağda 77-ci diviziyanın əsgərlərinin şərəfinə xatirə kompleksi (heykəltaraş Ö. Q. Eldarov, memarlar F. B. Seyidzadə, R. M. Şərifov, mühəndis Yu. D. Dubnov) ucaldılmışdır.
  • Diviziyanın adı Simferopolun Qələbə Meydanındakı Simferopolu azad edənlərə qoyulmuş tank abidəsi yaxınlığındakı xatirə lövhəsində həkk edilmişdir.
  1. Калашников К. А., Додонов И. Ю. Высший командный состав Вооружённых сил СССР в послевоенный период. Справочные материалы (1945–1975). Том 4. Командный состав Сухопутных войск (армейское и дивизионное звенья). Часть первая. — Усть-Каменогорск: "Медиа-Альянс", 2019. — 428 с. — ISBN 978-601-7887-31-5. — С.153–155.
  2. Позднее, в феврале 1965 года, 126-я мотострелковая дивизия переименована в 34-ю мотострелковую дивизию.
  3. "Перечень № 5 стрелковых, горнострелковых, мотострелковых и моторизованных дивизий, входивших в состав действующей армии в годы Великой Отечественной войны 1941—1945 гг". 2013-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-23.
  4. Кавалеры ордена Славы трёх степеней. Краткий биографический словарь — М.: Военное издательство,2000.
  • Багиров Н. Т., Джавадов У. А., Зейналов Р. Э., Фельдман Ф. Г., Харченко М. О. "77-я Симферопольская. Краткая история." Баку. 1981 год. Второе издание.
  • Калашников К. А., Додонов И. Ю. Высший командный состав Вооружённых сил СССР в послевоенный период. Справочные материалы (1945–1975). Том 4. Командный состав Сухопутных войск (армейское и дивизионное звенья). Часть первая. — Усть-Каменогорск: "Медиа-Альянс", 2019. — 428 с. — ISBN 978-601-7887-31-5. — С.153–155.
  • Гречко А. А. Битва за Кавказ. — М.: Военное издательство, 1967. — 424 с.
  • Горшков С. Г. На южном приморском фланге (осень 1941 г. — весна 1944 г.). — М.: Воениздат, 1989. — 286 с. — ISBN 5-203-00144-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]